Ərəb mətbuatı Azərbaycan Prezidentinin İƏT-in Baş katibi ilə görüşü barədə xəbərlərə geniş yer ayırıb

İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyi (UNA), Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi və “Əl-Cəzirə” qəzeti, Misirin MENA agentliyi və “Əl Əhram” nəşri, ərəb ölkələrinin digər agentlikləri və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-in Baş katibi Hissein Brahim Tahanı qəbul etməsi barədə xəbərlərə geniş yer verib.

AZƏRTAC-a istinadla yayılan materiallarda qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycanın İƏT-lə səmərəli əməkdaşlıq həyata keçirdiyini və İslam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını söyləyib. O, həm İkinci Qarabağ müharibəsində, həm də postmüharibə dövründə təşkilatın ölkəmizin haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

Ərəb mətbuatının materiallarında diqqətə çatdırılır ki, İƏT-in Baş katibi Azərbaycanın bu təşkilat üçün çox önəmli ölkə olduğunu bildirərək dövlətimizin başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirib. Baş katib qeyd edib ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.

Oqtay Bayramov
Xudaferin.eu

16:38