Riqa şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib

Latviyanın paytaxtı Riqa şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, aksiya Latviyada fəaliyyət göstərən “Azəri” gənclər təşkilatının sədri Amil Səlimovun təşəbbüsü ilə təşkil olunub.

Latviyada yaşayan soydaşlarımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən Amil Səlimov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı parlaq Qələbəyə misilsiz töhfələr bəxş etmiş şəhidlərimizin xatirəsinin unudulmayacağını, xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Sonra şəhidlərimizin ruhuna dualar oxunub, Vətən müharibəsini və qəhrəmanlarımızı əks etdirən fotoların önünə güllər düzülüb və şamlar yandırılıb.

Bundan başqa, Amil Səlimovun təşəbbüsü ilə Riqa şəhərindəki bir neçə reklam lövhəsində Anım Gününə həsr edilmiş videoçarxlar yerləşdirilib.

Asiman Əsədov

Xudaferin.eu

22:16