Rotterdam şəhərində 20 yanvar faciəsi anıldı (FOTOLAR)

Yanvarın 19-da Niderland Krallığının Rotterdam şəhərində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə Benilüks Azərbaycan Konqresinin sədri Elsevər Məmmədov, Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırmışlar ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq, öz suverenliyini əldə etmək və ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.

Azərbaycanın Nidarland Krallığında fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələrinin də iştirak etdiyi bu mötəbər tədbirdə çıxış edən Azərbaycanlı fəallar Sima Babayeva, Lamiyə Babayeva və digər natiqlər Qanlı Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirmişlər.

"Xudafərin" jurnalının region üzrə xüsusi müxbiri,

Şəmil ŞƏKƏRƏMLİ

21:33