Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoli Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk edib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, hərbi gəmilər sentyabrın 18-də Bakıya gəlmişdi.

Xudaferin.eu

16:34