Elnarə balaca ,sarışın ,xurmayı saçları çiyninə səpələnmiş ,göyçək bir qızcığazdı.Təmiz dağ havası ,şəffaf bulaq suyunun təsirindən lalə kimi qizaran yanaqları,gül qönçəsini xatırladan al dodaqları, iri ala gözlərinin fonunda daha da parlaq görünür,onun ürkək gözəlliyinə daha cazibədar bir görünüş verirdi.Kənddə hamı ona sarı qız deyirdi:rəfiqələri,qonsuları ,onu ,cırnatmaq istəyən dəcəl oğlanlar.Təkcə bir nəfərdən ,Elnarədən üç-dörd sinif yuxari oxuyan ,onlarin çəpər qonşusu Etibardan başqa.Etibar 13-14yaşlarında, qarabuğdayı, iti baxışlı qaraqabaq bir oğlandı.Küçədə kiçik oğlanlar Elnarənin ardınca :"sarı qız"deyərək qışqıranda həmişə onlara çəmkirər, elindeki çubuqla onları qovalayardı.Amma özü onunla bir kəlmə də danışmazdı.Yerden kürsülü,uzun aynabəndli evlərinin pilləkənlərində oturub çəpərin üstündən Elnarəgilin həyətini gozətləyərdi.Elnarəni əlində çanta gorən kimi tez taxta darvazalarının ağzına çıxıb daşın ustundə oturar,məktəbə gedən Elnarəni ta gozdən itincəyə qədər iti baxışları ilə müşaiyət ederdi.
Elnarə cox şən ,gülərüz,dəcəl bir qızdıi.Hamının onu "sarı qız"deyə çağırmasından əsəbləşsə də özünü o yerə qoymurdu.Hətta ona belə müraciət edenlerə gülərək biraz da acıqlı halda deyirdi;"nə olsun, qaymaq çiçəyi də sarı rəngdədir"!
Illər bir-birini əvəz edirdi.Qarabağın cənnət guşələrindən olan Xocalı rayonu də gündən günə çiçəklənir,gözəl evləri,çiçəkli bağçaları, mehriban insanları ile Ağdam -Şuşa yolundan ötub keçən hər kəsin diqqətini cəlb edirdi.Elnarə də bu rayonda yaşayırdı.O,ailenin kiçik övladı idi.Özündən böyük bir bacı ve bir qardaşı vardı.Evin son beşiyi olduğundan onu ərköyün böyütmüşdülər.Bütün günü qizlarla Xocalının göy çəmənlərində ,yaşıl meşələrində qaçıb dolaşır,yüksək ,cingiltili səsilə mahnı oxuyur,bulaq baışında rəfqələri ile toplashib curbecur oyunlar oynayırdılar.O, bu kəndin hər cığırına ,meşənin hər koluna, hər ağacına bələd idi.Zaman keçdikcə bu balaca ,sarışın qızcığaz böyüyür,əsrarəngiz gözəlliyə malik bir gənc qıza çevrilirdi.
Artıq orta məktəbi bitirirdilər.May ayinin sonu,kəndin ən gözəl vaxtları idi.Təbiətin füsünkar gözəlliyi,ilıq yaz havası onsuz da coşub qaynayan gəncləri daha da ruhlandirir,onların sevincine sevinc qatırdı.Bu günlərdə Elnarə bir az daha həyəcanlı,daha şən görünürdü.Ala gözlərinin parıltısı daha da artmış,şux çöhrəsinin rəngi daha da gözəlləşmişdi.Şən qəhqəhələri ilə hər kəsi valeh edən genc qız gözəlliyi ilə göz qamaşdırırdı.
Onun bu xüsusi həyəcanının,fövqəladə dəyşikliyinin gizli bir səbəbi vardı.Iki il idi ki, hərbi xidmətdə olan çəpər qonşuları, onun gizli heyranı Etibar bir ay olardı ki, əsgərlikdən qayıtmışdı.Bu iki il ərzində o, elə bil on yaş böyümüş,daha qətiyyətli,məğrur,yaraşıqlı bir oğlan olmuşdu.Əvvəlki qaraqabaqlığı bir az da artmış,sakit baxışları bir az da sərtləşmişdi.Bu halı onu daha da ecazkar etmişdi.Bulaq başındakı qızlar onu gorən kimi sıslərini kəsir,gizli heyranliqla onu izləyirdilər.O isə uzərinə dikilən bu şıltaq baxışlardan utanaraq sıxılır,başını yuxarı qaldırmadan sakitcə salam verib iti addımlarla uzaqlaşırdı.Amma artıq uşaq olmayan bu gənc qızlar onun hər gün Elnarənin ardınca məktəbə qədər gəlib getməyinin,qızı kölgə kimi hər yerdə izləməyinin fərqində idilər.Təbii ki Elnarə də bu izləyişi hiss etmiş,arxasınca dikilən qaynar baxışların hərarətini duymuşdu.Bu səbəbdən də o son günlər sanki olqunlaşmış,dəcəl və şıltaq xasiyyəti bir az mülayimləşmiş ,daha sakit,utancaq ,amma həyəcanlı bir hal almışdı.
Artıq bütün onuncuların həyəcanla gözlədikləri gün gəlib çatmışdı.Məktəbdə son zəng və buraxılış gecəsi keçiriləcəkdi.Bütün şagirdlər böyük şövqlə bu günkü günə hazırlaşırdı.Elnarə bu səhər qəribə bir hisslə oyanmışdı.Bütün gün səbəbini bilmədiyi bir titrəyiş vücuduna hakim kəsilmişdi.Urəyi şiddətlə döyünürdü.Elə bil elə indicə hec sevmədiyi riyaziyyat fənnindən imtahana girəcəkdi.Sanki bu gün həyatında nə isə mühüm bir hadisə baş verəcəkdi.Səhər tezdən məktəbli formasını geyinib artıq dizlerinə qədər uzanan xurmayı saçlarını səliqə ilə darayıb hördu ve iri ağ bantlarla hörüklərinin ucunu bağladı.Son zəngdə edəcəyi çıxışı ,söyləyəcəyi şeiri urəyində təkrar edə-edə məktəbə yollandl.Artıq uzaqdan məktəbin qapısına bərkidilmiş radiodan gozəl musiqi səsi eşidilirdi .Məktəbin giriş qapısı və həyəti gül-çiçəklə, şarlarla bəzədilmiş,ağ önlüklü,aq bantlı qızlar bəyaz kəpənək kimi uçuşaraq bu möhtəşəm görüntüyə gözəllik qatır,qısa saçlarini isladıb səliqə ilə yana daramış yeniyetmə oğlanlar həyətdə var gəl edən qızlarla söhbət edir,son tamamlama işlərində onlara kömək edirdilər.
Artıq onuncular sıraya düzülüb əllərindəki şarlar ve şüarlarla məktəbin həyətində dayanib məktəb binasının giriş qapısına baxırdılar.Budur, məktəbin direktoru,dərs- hissə müdiri və digər muəllimlər qapıda göründü.Onlar sıra ilə bir -bir çıxış edib şagirdləri və valideynləri təbrik etdiler! Sonra isə məzunlar çıxış edərək öz xatirələrini bölşdülər,doğma məktəblərinə və müəllimlərinə olan sevgilərindən danışdılar!Elnarə də çıxış edərək məktəbin,təhsilin önəmindən,muəlimlərindən və doğma məktəbdən ayrılmağın necə çətin olduğundan danışdı.Sonda Bəxtiyar Vahabzadənin "Məktəb yolları" şeiri ile çıxışını bitirdi.Bütün çıxışı boyu məktəbin dəmir hasarına söykənib uzaqdan onu izləyən Etibarın baxışlarını uzərində hiss edirdi.Bu isə heyecanını ikiqat artırırdı.Nıhayət ki ,çıxışı bitirib tribunadan endi.Xeyli yüngülləşmişdi.Lakin ürəyinin döyüntüsü yavaşımaq bilmirdi.Həyəcandan titrəyirdi.
Son zəng tədbirini başa vurub qayıdan Elnarə bütün yol boyu kürəyini yandıran baxışların müşaiyəti ilə evə tələsirdi.Axşam məktəbin idman zalında buraxılış gecəsi keçiriləcəkdi.Hamı hazırlaşmaq üçün evə tələsirdi.Elnarə bu gün üçün məxsusi paltar tikdirmişdi.Zərif çəhrayi ,üzəri xırda çiçəkli parçadan tikilmiş qısa qollu donun ətəyi geniş biçilmiş,uzunluğu dizlərinin üstünə düşürdü.Bu paltarda o,çiçək açmış şaftalı ağacı kimi gözəl ve zərif görünürdü.
Artıq axşam üstü idi.Elnarə həvəslə təzə donunu geyib saçlarinin hörüyünü açdı.Onları darayıb kürəyinə tökdü.Sıx hörükdən azad olmuş saçlar xüsusi əda ilə burularaq onun kurəyində dalğalanır,gənc qızın gozəlliyini daha da artırırdı.Anasının bağişladığı qırmızı qaşlı qızıl sırğaları ve qara dəri kəmərli kiçik yumru qol saatını taxıb aynaya baxdı Üzündə qəribə təbəssüm vardı.Deyəsən görünüşündən razı qalmışdı.
Küçəyə çıxıb məktəbə tərəf addımlayan Elnarə gözünün ucu ilə qonşunun qapısına baxdı.Etibar orada yox idi.O, səbəbini bilmədiyi(bəlkə də bildiyi) bir hüzün vı məyusluqla yoluna davam etdi.Addımlarının səsi ilə urəyinin döyüntüsü hömahənglik təşkil edirdi.Elnarə başını aşağı salıb yeridikcö qeyri-ixtiyari bu səsləri urəyində sayırdı,tuk,tuk,tuk...bir, iki,üç ,on bir ,on yeddi ,iyirmi...Birdən qarşısında bir kölgə hiss edən Elnarə diksinərək başını qaldırdı.Bu, o idi! Yolun ortasında əllərini cibinə qoyub gözlərini ona dikmişdi.Aman allah,qızcığaz qəlbinin səsindən sanki kar olmuşdu,heç nə eşitmirdi,dizləri elə titrəyirdi ki,yıxılmamaq üçün özünü güclə saxlayırdı.Içindəki təlatümlə mübarizə aparan Elnarə boğuq,qalın ve sakit bir səs eşitdi:
-Elnarə!Xahiş edirem, orda çox rəqs etmə!!!
Qlz həyıcandan güclə dayanmışdı.Gözlərini qaldırıb ömründə ilk dəfə onun gözlərinə baxdı.Elə bil gözlərini ildırım vurdu.Bu baxışlara tab gətirməyərək sakitcə kipriklərini aşağı endirdi.Bu, həm də Etibarin xahişinə cavab olaraq: "yaxşı" demək idi.
Tələsik yoluna davam edən Elnarə bütün axşamı nə olub bitdiyinin fərqində deyildi.Rəfiqələrinin suallarına mexaniki cavablar verir,səslənən musiqini sanki duymurdu.Beynində sadəcə Etibarin boğuq səsi canlanırdı:Elnarə,xahiş edirəm,Elnarə xahiş edirəm...
O gün doğrurdan da Elnarənin həyatinda dönüş nöqtəsi oldu.Məktəbdən evə qədər yenə onu izləyən Etibar həyət qapısına yaxınlaşanda addımlarını cəldləşdirib ona yaxınlaşdı və əlindəki bükülmüş, kiçik kağızı ona uzatdı.Elnarə kağızı ondan alıb tez həyətə girdi.Tələsik evlərinin ikinci mərtəbəsindəki otağına qalxıb carpayısına oturdu.Ovcunu yandıran kaqız parcasını açıb həyəcanla birnəfəsə oxudu...
Axşam yorğunluğunu bəhanə edib tez yatmağa gedən Elnarə otağındakı zəif gecə lampasının işığında kiçik kağızda səliqəsiz xəttlə yazılmış bir cümləni azı yüz dəfə oxudu.O ,bu cümləni yazan gənc yaraşıqlı oğlanın boğuq səsini qulaqlarında eşidərək yavaş -yavaş gözlərini yumdu:"Sarı qız,mənim sarı gəlinim olarsanmı?..."
Etibar anasını uşaq vaxtı itirmişdi.Özündən böyük bacısı iki il idi ki, qonşu kəndə ərə getmişdi.O ,atası ilə birgə yaşayırdı.Atası sovxozda işləyirdi.Etibar səkkizinci sinifdən sonra peşə məktəbini bitirmiş,mexanizator sənətinə yiyələnmişdi.Əsgərlikdən sonra o da sovxozda traktor sürür,həm də sovxozun texnikasınınn təmiri ilə məşğul olurdu.Bacısı həftədə,on gündə bir dəfə onlara baş çəkir,əyin -başlarını yuyur,evdə təmizlik edir, bir-iki günlük xörək bişirib qoyurdu.Lakin qadınsız evdə iki kişii xeylağı xeyli çətinlik çəkirdilər.Atası axşamlar süfrə arxasında hərdən Etibara söz atırdı: "bircə bu evdə də bir qadın səliqəsi,bir isti xörək görsəydim dərdim olmazdı".
O həyəcanlı may gecəsindən düz bir il sonra Etibarla Elnarənin toyu oldu.Bir -birini təmiz qəlblə sevən iki gənc gözəl ailə qurmuşdular.Elnarə ailəsinin və dostlarının gozlədiyinin əksinə olaraq çox səiqəli,işgüzar,bacarıqlı bir gəlin olmuşdu.Elə bil o şıltaq,dəcəl, iş- güc bilməyən qızdan əsər əlamət qalmamış,o ,çox təmkinli,yerli- yataqlı, ağır təbiətli gozəl bir ev xanımına çevrilmişdi.Bütün günü ev eşiklə ,biş -düşlə məşğul olur,ata dediyi qaynatası ve həyat yoldaşına sevə -sevə qulluq edir, onların əyin baslarinin,ev eşiyin səliqəsinə xüsusi fikir verirdi.Qaynatası Sabir kişi ona qızım, Etibar isə yalnız ikisi olanda "sarı gəlinim'"deyirdi.Etibarin gozəl səsi vardi.Hemişə həyət bacada iş görəndə pəsdən oxuyur, öz -özünə zümzümə edirdi.Çox vaxt onun zümzümə etdiyi mahnı xalq mahnısı "Sarı gəlin "mahnısı idi: Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər
Bu sevda nə sevdadır
səni mənə verməzlər
Sarı gəlin!...
Elnarə isə astadan zarafatla deyərdi: "daha veriblər də,nə istəyirsən ,ay Qara oğlan!"
Doxsanıncı illərin əvvəlləri idi.Xocalı rayonu xeyli ağır ,çətin günlər yaşayırdı.Öz coğrafi mövqeyinə görə ermənilər yaşayan ərazilərlə həmsərhəd olan Xocalı ve Xocalılar üçün həyat get- gedə çox gərgin və dözülməz olmuşdu.Demək olar ki, hər gun Xankəndi ve Əsgəran istiqamətindən muntəzəm olaraq atəşə tutulan Xocalı sakinləri sanki tikan üstündə yasayırdılar.O zamankı dövlət rəhbərliyindən ,mərkəzdən heç bir kömek görməyən rayon sakinləri yalnız öz quvvələrinə arxalanır,özləri özlərini müdafiə etmeyə çalışırdılar.Bütün bu çətinliklərə baxmayaraq,rayonda təsərrüfat,maldarlıq və əkinçilik işləri davam edir,insanlar özlərini ərzaqla təmin etmək üçün bütün gün işləyirdilər.Hətta gənclər ailə qurur,toy edir,övlad dünyaya gətirirdilər.Elnarə də ana olmuşdu.Altı ay idi ki ,onun gözəl -göyçək bir qızı dünyaya gəlmişdi.Elnarə və həyat yoldaşı sanki yaşadıqları zamanın, ağır həyat şəraitinin acığına qızlarına Sevinc adı qoymuşdular.Yəqin ki ,onlar bu balaca möcüzənin onlara əbədi sevinc bəxş etməyini arzulamışdılar.
1992 ci ilin fevral ayı idi.Xocalı öz adi günlərindən birini yaşayırdı.Ara -sıra eşidilən güllə,atışma səslərinə alışan rayon sakinləri artıq bu səslərə əhəmiyyət vermir,hərə öz evində öz işi ilə meşğul idi.Rayonun gənc və orta yaşlı kişiləri hərbi qərargahda toplaşaraq hər an baş verə biləcək hücuma müqavimət göstərməyə hazırlaşır,nisbətən yaşlı nəsil isə evdə arvad -uşağın yanında qalıb onlara göz -qulaq olur,həyət bacada iş -güclə
məşğul olurdular.
Sabir kişi günorta üstü bazardan qayıdıb həyətdən Elnarəni səslədi:qızım,yaxşı erkək əti almışam ,gəl götür ,bu gün qəşəng bir bozbaş bişir. Etibarı gördüm bayaq. Dedi ki,axşam evə dəyəcək.O da gəlsin oturub şam edərik.Içəridə körpəsini yatızdıran Elnarə Sabir atanın səsini eşidən kimi tez artırmaya çıxıb həsir zənbili qaynatasının əlindən aldi.Sonra icəri kecib qızına baxdı. Uşağın yatdığını görüb mətbəxə keçdi ve yemək tədarükünə başladı.
Axşam üstü idi. Elnarə yuduğu paltarları həyətdəki ipə sərib içəri keçdi.Hava çox şaxtalı idi.O ,küncdə çırtıltı ilə yanan odun sobasına yanaşıb soyuqdan donmuş əllərini sobada qızdırmağa başladı.Beşiyində uzanıb muncuq gözlərini ona zilləyən Sevinc yenicə yuxudan oyanmışdı.Ana onu qucağına alıb kürəyini yoxladı.Tərlədiyini görüb körpənin əynini dəyişdi.Sonra kicik yun döşəkcəni sobanın yanına, yerə atdı,qızını qucağına alıb döşəkcənin üstündə oturdu.Yaşadıqları çətin günlərdən bənizi bir az solmuş Elnarə yenə də cox gözəl görünürdü.Səliqə ilə darayıb hördüyü uzun qızılı saçları çiynindən sürüşüb sinəsinə düşmüş,sobanın isığinda parlayan gözləri uzunə xoş bir ifadə verirdi.Sevinci qucağında atıb tutan ,onu şirin -şirin sevən gənc ana ara- sıra onun toppuş yanaqlarından öpür,kiçik barmaqlarını ovcunda ovuşdururdu.Sabir kişinin pilləkənlə qalxdiğını görən Elnarə tez ayağa durdu,uşağı beşiyə qoyub mətbəxə keçdi.Axşamüstü asdığı bozbaş qazanı sobanın ustundə həzin -həzin pıqqıldayırdı.Sabir kişi otağa girib səsləndi:
-Elnarə ,qızım, yavaş- yavaş süfrəni hazırla ,indi Etibar da harda olsa gəıəcək.Amma əvvəlcə mənə bir isti çay süz,yaman bərk şaxta var,lap donmuşam soyuqdan.
Elnarə süzdüyü pürrəngi çayı stolun üstünə qoydu,həyətlərinin meyvəsindən bişirdiyi heyva murəbbısindən bir qənddan doldurub çayın yanına qoyaraq çarpayının qarşısında nəvəsi ilə oynayan qaynatasını çağırdı:atacan,çayınız hazırdı, gəlin için.Sabir kişi nəvəsini də qucağina alıb masaya yaxınlaşdı.Bir dizi üstündə Sevinci oturdub o biri əli ilə çayını nəlbəkiyə süzdü.Sonra heyva mürəbbəsindən bir qaşıq götürüb çayı ləzzətlə içməyə başladı.Sevinc babasının qucağından toppuş əllərini mürəbbəyə tərəf uzadıb qışqırır,təkidlə qənddanı götürməyə çalışırdı.Sabir kişi kiçik qaşıqla mürəbbə şirəsindən azca götürüb uşağın ağzına sürtdü. Elnarənin gəldiyini görüb tez qaşığı yerə qoydu.Bu mənzərə Elnarənin gözündən qaçmadı.O utancaq səslə dedi: Ata ,axı o hələ kiçikdir,ona mürıbbə vermək olmaz,sonra yanaqları qızarıb səpir.Sabir kişi suçlu -suçlu mızıldadadı: -ay qızım,istəyir axı,ağlayır ,ürəyim dözmür.Qorxma, heç nə olmaz.
Elnarə asta- asta süfrəni hazırlayırdı.O ,buğda unundan bişirdiyi təndir çörəyindən bir qab doğrayıb süfrəyə qoydu.Çörəyin ətri tezliklə otağı bürüdü.Sonra o, artırmadakı çəlləkdən bir boşqab kələm turşusu cıxardıb səliqə ilə doğradı ,Sabir kişinin bazardan aldığı göyərtidən də bir nimçə yuyub stolun üstünə qoydu.Yeməyin ve çörəyin qoxusundan ,turşunun görünüşündın iştaha gələn Sabir kişi bir parça çörək kəsib turşu ile marçıltıyla yeməyə başladı.Aşağıdan ayaq səsləri eşidildi.
-Şükür Etibar da gəldi,qızım,xörəyimizi gətir yeyək -deyə Sabir kişi səbirsizliklə dilləndi.Etibar içəri girdi,çox təşvişli görünürdü.
-Gəl ,oqlum,otur şam eləyək-deye Sabir kişi oğluna səsləndi.
-Yox,ata, mən yeməyəcəm.Qərargaha gedirəm.Vəziyyət yaxşı deyil.Murdarlar deyəsən hücuma hazırlaşır,hər an hər şey ola bilər.Uşaqlar qərargahdadır, mən də gedirəm.Gəldim sizə baş çəkim.O bu sözləri deyərək Sevinci babasının qucağından alıb yuxarı qaldırdı,körpəsini bir necə dəfə atıb tutdu,sonra bağrına basıb qoxlayaraq öpdü.Sanki onu son dəfə öpürmüş kimi dəindən ah çəkdi.Sonra onu babasına verib mətbəxdən boşqab gətirməyə gedən Elnarənin arxasınca getdi.Etibar rəfden boşqab götürən Elnarəyə yaxınlaşıb onun çiyinlerindən tutdu.Sonra onu özünətərəf çevirib sinəsinə sıxdı.Titrək əlləri ilı sevdiyi qadının saçlarını oxşadı:-
Mən gedirəm ,sari gəlinim,allaha əmanət olun.Bir şey olsa atamla birgə evden qaçarsız.Allah yardimçınız olsun.!"Onun gözləri dolmuş,səsi boğuq xırıltılı idi.Elnarə birdən o uzaq may axşamını,küçədə onun qarşısını kəsib həyəcanla ondan rəqs etməməsini xahiş eden gənc Etibarı xatırladi.O zaman da onun səsi bu cür həyəcanlı idi.Gənc qadın başını ərinin sinəsinə qoyub körpə kimi ona sığındı.Pıçıltılı, kövrək səslə dedi:-özünü qoru ,əzizim, allah köməyimiz olsun.
Etibar mətbəxdən çıxıb otağın qapısına yönəldi ,qapını açıb sonra geri çevrildi,dolu baxışlarla Atasına baxıb :-Uşaqlar sənə əmanət,ata,-dedi ve arxasınca qapını örtüb getdi.
Evə ağır bir sükut çökdü.Bayaqdan səbirsizliklə yemək gözləyən Sabir kişinin boğazi tikilmiş ,bütün iştahası qacmışdı.O oturduğu yerdə donub qalmış ,gözlərini yerə dikib fikrə getmişdi.Elnarə isə küncdə sobanın yanında divara söykənib hörüyünün ucu ilə oynayırdı .Gözlərindən süzülən yaş damlaları saclarını oynadan əllərinin üstünə tökülür ,sonra sıçrayıb sobaya düşür və cızıltılı səs çıxarırdı.Sobanın üstündə isə axşamdan bəri qaynayan bozbaş qazanı yavaş -yavaş pıqqıldayır,səbirsizliklə ağzının açılmaqını gözləyirdi.Təkcə balaca Sevinc evə çökən bu kabus qoxusundan xəbərsizdi.Beşiyində uzanıb göze onundə asılmış oyuncaqla oynayır,qığıldayaraq gülür,əllərini uzadaraq ortasını qaldırıb,oyuncağı tutmağa calışırdı.
Gecə yarıya yaxın idi.Kənddə qeyri- adi tükürpədici sakitlik hökm sürürdu.Ara -sıra itlərin hürüşü ve güclü küləyin vıyıltısı eşidilirdi.Sabir kişi başini masaya qoyub mürgüləyir,Elnarə isə sobanın yanında döşəmədə oturub gözlerini çırtıltı ilə yanan ocağa zilləmişdi.Sevinc beşiyində mışıl -mışıl uyuyurdu...Qəflətən bayırda itlərin hürüşü,atların kişnəməsi və iri carxlı silahlardan açilan ürküdücü atəş sesleri eşidilməyə ve bu səslər get- gedə güclənməyə başladı.Yer- göy bir -birinə qovuşdu .Səslər getdikcə yaxınlaşır, qonşuların ,fəryadı,körpələrin çığırtısı insan qəlbinin tab getirmədiyi bir dəhşətlə qulaqları batırırdı.Sabir kişi dik atılıb yerindən sıçradı,Elnarə də ayaq üstə titrəyirdi.
-Qizim, tez yiğış çıxaq.Bu quduzlar yene azğınlaşıb.Amma qorxma,bizi ürkütmək istəyirlər, bir azdan sakitləşərlər.Düşək aşağıda ,tövlədə bir az gözləyək,sakitlik olsun yenə evə qayidarıq .Tez ol,işığı söndur,sobaya isə dəymə ,qoy evimiz isti qalsın -deyə Sabir kişi gosterişlər verirdi.Elnarə jaketini çiyninə atıb başına yayliğını bağladı ve beşiyə tərəf baxdı .Sevinci oyatmağa qıymadı.Sabir kişi dedi:-qoy yatsın, gəl düşüb tövlənin qapısını açaq, sən içəri gir, mən sonra qalxıb onu gətirərəm. Onlar bayıra çıxdılar, pillələri enib tövləyə tərəf getdilər. Sabir kişi tovlənin qapısını acdi ,Elnarəni içəri salıb özü Sevincin dalınca evə qayıtmaq istəyirdi.Mərmi yağış kimi yağır,atəş səsləri səngimək bilmirdi.Tövlənin küncünə sıxılan Elnarə tir -tir əsirdi,Sabir kişi əlindəki yaba ilə darvazanın ağzında bir anlıq ayaq saxlayıb küçədən gələn səslərə qulaq kəsildi.Oradan qonşuların çığırtısı gəlirdi :Ay camaat, ermənilər hər tərəfi muhasirəyə alıblar, tez arvad -uşağı evlərdən çıxarıb qaçırdın !!!Bunu eşidən Elnarə fəryad içində tövlədən çıxıb evə getmek istedi .Bu zaman həyət qapısı təpiklə açıldı,bir nəfər pəzəvəng erməni içəri girib pilləkənə doğru yönəldi.O baqıraraq deyirdi:
-köpək uşağının türkləri,hamınızı tikə -tikə doğrayacağiq!!!!Sabir kişi əlindəki yabanı yuxarıdan onun boynuna sancdı!Yaba onun boynunun ardından girib boğazından çıxdı.O bağıraraq arxaya döndü.Bu bədheybət varlığın boğazından sıçrayan qan Sabir kişinin üzünə sıcrayıb onun sifətini boyadı .Elə bu an qapıdan girən ikinci heybətli, saqqallı bir yaratıq əlindıki avtomatdan atəş açaraq Sabir kişini yerə sərdi və sürətlə yüyürərək pillələri qalxmağa başladı.O,hiddetle bağiraraq söyüş söyür, vəhşi qaban kimi çığıraraq evə qalxırdı.Bayaqdan tövlənin qapısında donaraq bu dəhşətli mənzərəni seyr edən Elnarə sanki yuxudan ayıldı.Əslində o,tez qapıdan cixib gedər ,beş barmağı kimi tanıdığı kend yolları ,meşə cığırları ile qaçıb canını xilas edə bilərdi. Bes beşikde mışıl- mışıl yatan gunahsız korpəsi necə olsun? Elnarə Sevinc deyə fəryad çəkərək evə tərəf qaçdı.Pillələri iki-iki qalxaraq özünü eve saldl .Içəri girənde gördüyü mənzərədən dəhşətə gəldi.Beşiyin qabağında dayanan pəzəvəng erməni dığası avtomatın lüləsini körpənin boğazına dirəyib bağırırdi:
-Türk küçüyü, indi səni it kimi gəbərdəcəm!!!Sevinc isə olanları anlamadan bu məxluqun onunla oynadığını zənn edərək avtomatın lüləsini körpə əlləri ilə cırmaqlayırdı.
Əl çək qızımdan ,it oğlu -deyə jaketi ciyninden sürüşmüş ,yaylığı açılıbb saçları dağılmış Elnarə beşiyə tərəf yüyürdü.Bu zaman erməni vəhşisi avtomatın tətiyini çəkdi.Körpənin bütün beyni bir anda divarlara sıçradı. Elnarənin gözləri böyüyüb hədəqəsindən çıxdı,ağzından zəhər kimi su köpük qarışıq fontanla bayıra töküldü.O, bir anda döşəməyə sərildi,sürünərək otağın küncünə tərəf irəliləməyə başladı.Bu zaman erməni vəhşisi gözü qizmış halda ayaği ilə onun sürünən hörüyünü tapdaladı ve qəh -qəhə çəkib hırıldadi: -He, türk qancığı, indi sənə gününü göstərəcəm. Onun gözlərindən od püskürür,metal dişləri iyrəncliklə parıldayırdı .Elnarə başına gələcəkləri anlamışdı.O, dehsetli ağrıya məhəl qoymadan var gücü ilə dartındı,onun saçından bir çəngə qopub bu alçağın ayağının altında qaldı .Elnarə bir anda başından axan qana boyandı,lakin o artıq heç nə hiss etmirdi.Iməkləyərək cəld qaynatasının qapının dalına söykənmiş ov tüfəngini götürdu .Tez tüfəngi sinəsinə sıxan yaralı qadın cəld atəş açdı.Altdan yuxarı açılan atəş murdar erməninin başını dağıtdı və onun beyni eynilə körpə Sevincinki kimi evin tavanına dağıldı.Elnarə bir anlıq huşunu itirdi.Bir neçə saniyədən sonra özunə gəlib yavaş-yavaş beşiyə tərəf süründü. Beşiyin dirəyindən tutub səndələyərək ayağa qalxdı.Qanlı əlləri ile torlanmış gözlərini silib körpısinin beşikdəki parçalanmış cəsədinə baxdl. Heç nə duymur,hiss etmirdi. Sadəcə qulağında bir uğultu,bir nalə, bir fəryad eşidirdi!Yerdən tüfəngi götürüb ağzına dirədi,ayaği ilə tətiyi çəkib atəş açdı, bir anda tappıltı ilı yerı sərildi.Onun başından axan qan böyük bir gölə çevrilib döşəməyə yayıldı.Yavaş- yavaş huşunu,hafizəsini,həyatla bütün bağlantısını itirən Elnarə qıfildən qulağını batlran uğultunu aydın eşitməyə başladı . Bu, Etibarin həmişə oxuduğu mahnı idi:
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər
Səni mənə verməzlər,
ay sarı gəlin...
Ocağın üstündə qaynayıb quruyan bozbash qazanı közərib yanır ,alov yavaş- yavaş bütün evi bürüyürdü...
Sarı gəlin(Xocalı faciəsini yaşayan gəlinlərə ithaf)
Saçın ucun hördülər,
Zəncirlərə vurdular,
Al qanını xalı tək,
Ağ qar üstə sərdilər, ay sarı gəlin.
Bu yolların uzunu,
Yağır etdi gözünü,
Hey qaçdın , qurtulmadın
Düşmən tapdı izini, ay sarı gəlin.
Dağlarda nalən qaldı,
Yurd-yuvan talan qaldı,
Necə qoyub qaçasan
Qundaqda balan qaldı, ay sarı gəlin!
Ağzında dadın dondu,
Döşündə südün dondu,
Tüstülənən evində
Ocağın, odun dondu, ay sarı gəlin.
Əzizim, nənən ölsün ,
Bu dərdi görən ölsün,
Namusu tapdalanan
Ər ölsün, ərən ölsün, ay sarı gəlin!
Sarı gəlin

Şahrun Süleymanlı
Xudaferin.eu
23:17
Digər xəbərlər