Şəhidlərin xatirəsinə ehtiram

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsrailin və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İsrail Prezidentinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Xudaferin.eu


 

23:19