İnsan var, Allah onu xeyirxahlıq üçün yaradır. Belə insanların qədir-qiyməti bilinməsə də, son tikəsini bölüşməyi, ağlayanın göz yaşını silməyi, yıxılana əl uzatmağı bacarırlar.
Belə insanlar bəzən sağlığında layiq olduğu qiyməti almasalar belə, həyatdan köçəndən sonra illər keçsə də, həmişə sevgi və minnətlə xatırlanırlar.
Bir də həyatda pislik, mərdimazarlıq üçün yaranmış insanlar var.
Adətən belə insanlar müxtəlif elmi və fəxri adların, titulların arxasında gizlənərək insanlara zərər verirlər.
Özlərini Allah adamı, Allah vergisi verilmiş seyid, övliya və başqa dini adlarla təqdim edib, həmin adların arxasında pərdələnərək insanlığa zərər verənlər də çox olur. Allah insanlığı belə pərdəli “əfi ilanlardan” qorusun.
Amma xeyirxahlıq üçün yaranan insanlar şəffaf olurlar. Onlara yaxşılığı üçün titul, vəzifə və pərdə lazım deyil. Allah dünyamızı belə xeyirxah insanlardan əskik eləməsin.
Mənim həyatımda belə insanlardan biri də sovet dövründə əks-kəşfiyyat polkovniki olmuş Fikrət Əfəndiyev idi.
Onu heç vaxt unutmadım və unutmayacağam.
1984-cü ilin yay ayları idi. Tələbəyəm. Xaricdən qayıtmışdım. Orada, vətəndən uzaqlarda qürbətçi azərbaycanlılarla görüşmüşdüm. Təəssüf ki, qrupumuzda olan bəzi “azərbaycanlılar” sonradan mənim haqqımda KQB-yə donos yazmış, guya şübhəli insanlarla görüşdüyümü bildirmişdilər.
Bakıya qayldandan birneçə gün sonra məni KQB-nin yanında yerləşən Dzerjinski klubuna dəvət etdilər. Çox həyəcanlı idim. Mülki geyimli bir nəfər mənimlə söhbət etdi. Sonradan bildim ki, bu şəxs polkovnik Fikrət Əfəndiyevdir.
Məndən soruşdu:
- Niyə qrupla birlikdə muzeylərə və başqa mədəni yerlərə getmirsən? Səhərlər ayrılıb axşam qayıdırsan. Kimlərlə görüşürdün?
Olduqca narahat idim. Düşünürdüm: “Mənimki də bura kimi imiş…” Amma səmimi danışdım:
- Mən internat uşağıyam. Doqquz uşağıq. Mən ailənin ortancıl övladıyam. Ancaq atamız olmadığı üçün ailəmə maddi və mənəvi atalığı mən edirəm. Ailəmizdə yeganə ali təhsil alan da mənəm. Qalan hamısı kənddə yaşayan kolxozçulardır. Buna görə qrupdan ayrılıb alver edirdim. Müxtəlif yerlərdən mal alıb satırdım və əlavə pul qazanırdım.
Sonra növbəti sualına cavab olaraq soydaşlarımla görüşməyimdən danışdım:
- Qürbətdə yaşayan soydaşlarımı ilk dəfə görürdüm. Onların dərdlərini dinləmək, vətən həsrəti ilə axan göz yaşlarını seyr etmək mənim üçün asan deyildi. Onların heç biri sovet hökumətinin əleyhinə bir kəlmə belə söz demirdilər. Sadəcə, qarşımda sınmış taleli soydaşlarımı görürdüm.
Qaldı qrupdan ayrılmağıma… Bir daha təkrar edirım, dəyişdirdiyim rəsmi pul çox az idi. Alver edirdim ki, bir qədər çox qazanım. Məqsədim də bacı-qardaşlarıma, onların uşaqlarına hədiyyə alıb əli boş vətənə qayıtmamaq idi.
Bundan başqa heç bir məqsədim olmayıb. Yalnız alver etdiyim üçün özümü günahkar bilirəm və cəzamı çəkməyə hazıram. Əsla sovet hakimiyyətinə xəyanət etməmişəm.
Fikrət müəllim mənim səmimiyyətimə inandı. Mənə toxunmadı. Sonra soruşdu:
- Başqa nə işlə məşğulsan, hansı hobbin var?
Dedim ki, tələbəlikdən başqa əlavə qazanc məqsədi ilə fotoqrafiya ilə də məşğulam.
Bir neçə gün sonra məni evlərinə dəvət etdi. Nəvələrinin şəkillərini çəkdim. Sonralar evlərində ailə mərasimlərini, ad günlərini çəkərdim. Pul almaq istəməsəm də, məcbur verərdi.
O gündən 1990-cı ilə qədər dostluğumuz davam etdi.
Sovet sistemi dağıldı, mən ölkədən getdim, amma Fikrət müəllimi heç vaxt unutmadım. Bir neçə il əvvəl Azərbaycana gələndə gedib ailəsi ilə görüşdüm. Qızları, kürəkəni və həyat yoldaşı Nona xanımla doyunca söhbət etdim, o illəri xatırladıq…
Nona xanımın artıq 90-dan çox yaşı var. O illəri xatırlayanda bir hadisə xüsusi olaraq yadıma düşür.
Həmişə onların evində olanda mənə ərzaq verərdi ki, yataqxanada dostlarımla bölüşüm. Həmin illərdə Bakıda ərzaq qıtlığı vardı. Ət, yağ və bir çox ərzaq məhsulları xüsusi talonla verilirdi. Nona xanım isə əlində olanı bölüşməyi sevərdi.
Allah sanki bu ər-arvadı xeyirxahlıq üçün yaratmışdı.
Onlara baxanda bir daha düşündüm ki, Fikrət müəllimlə Nona xanımla birgə sanki bir-birini tamamlayan insanlar idilər. Hər ikisini də sankı Allah xeyirxahlıq üçün yaratmışdır.
Mən insanları vəzifəsinə və tutduğu mövqeyə görə deyil, əməlinə görə qiymətləndirirəm. Sovet sistemində də, kapitalist sistemində də, başqa sistemlər də, hər cəmiyyətdə yaxşı insanlar da olub, pis insanlar da. Yaxşılar az ola bilər, amma mütləq olublar. Sadəcə onların qədir-qiyməti vaxtında bilinmir…
Fikrət Əfəndiyevi də məhz belə bir insan kimi xatırlayıram: insanı əvvəlcədən ittiham etməyən, səmimiyyətə inanan, yaxşılığı etməyi bacaran əsil insan kimi xatırlayıram.
Əziz Fikrət müəllim, sizi illər keçsə də sevgi, hörmət və minnətlə xatırlayıram. Mənə göstərdiyiniz insanlığı isə heç vaxt unutmayacağam.
Allah sizə rəhmət eləsin.
Allah millətimizi və bütün bəşəriyyəti müxtəlif titulların, vəzifələrin və müqəddəs adların arxasında gizlənən “əfi ilanlardan” qorusun.
Allah sizin kimi yüksək çinli insanları Azərbaycandan əskik eləməsin.
Bir daha xeyirxahlıq üçün yaranan, şəffaf və vicdanlı insanlarımızı Allah qorusun və çoxaltsın.
Çünki Əsil İnsan olmaq çətindir, ancaq şərəflidir.
Əsil İnsan olmaq çətindir, ancaq şərəflidir

Elman Mustafazade
Xudaferin.eu
13:27
Digər xəbərlər