Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətovun faciəli vəfatı məni dərindən kədərləndirdi.
Xidməti vəzifəsini yerinə yetirərkən Daşaltı kəndində elektrik cərəyanının vurması nəticəsində ağır xəsarət alan Fərəc bəyin həyatını xilas etmək mümkün olmayıb.
İndicə Şuşa ilə əlaqə saxladım. Hörmətli qazimiz Şünasi bəy kövrək səslə dəfn mərasiminin keçirildiyini bildirdi. Əslən şuşalı olan Fərəc bəy doğma şəhərinə yenicə qayıtmış, xidmətə başlamışdı…
Şuşa polisinin nümunəvi xidmətindən bütün Azərbaycanda qürurla danışılır. Bu gün isə həmin xidmətin fədakar əməkdaşlarından biri ilə vidalaşırıq.
Allah rəhmət eləsin! Ailəsinə, doğmalarına və silahdaşlarına səbir diləyirəm.
P.S. Şuşa, sən çox ağrı-acılar yaşamısan. Qoy bu sənin son qəmin, son göz yaşın olsun!
Dərin hüznlə, Elman Mustafazadə
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri,
“Xudafərin” ( www. xudaferin.eu) jurnalının baş redaktoru
SON QƏMİN OLSUN ŞUŞA…

19:17
Digər xəbərlər