Azərbaycan xalqının yaddaşında bəzi sözlərin görünməyən, amma çox dərin mənası var. Onlardan biri də “Böyük qardaş” sözüdür.
Böyük qardaş olmaq sadəcə ailədə hamıdan əvvəl doğulmaq deyil.
Bəzən böyük qardaş olmaq - atadan sonra ailənin yükünü çiyinlərinə götürməkdir. Qardaş-bacının dərdini öz dərdin bilmək, onların yoluna işıq tutmaq, çətin günlərində arxalarında dağ kimi dayanmaqdır. Bəzən öz arzularından keçib doğmalarının arzularının gerçəkləşməsinə çalışmaqdır.
Böyük qardaş olmaq - bir ömür boyu səssizcə fədakarlıq etməkdir.
Amma bu müqəddəs missiyanı hər böyük qardaş daşıya bilmir.
Bəzən isə həyatın qəribə hökmü ilə bu missiyanı yaşca kiçik bir qardaş öz üzərinə götürür. O, illərlə ailənin yükünü daşıyır, doğmalarının əlindən tutur, onların uğuruna sevinir, dərdinə yanır. Ən ağrılısı isə odur ki, bəzən onun çəkdiyi əziyyətin, verdiyi ömrün və zəhmətin qiyməti vaxtında bilinmir…
Mən bunu həyatımda çox görmüşəm.
Bəlkə də elə buna görə “Böyük qardaş” sözünün mənasını yaşdan daha çox mənəvi məsuliyyət kimi qəbul edirəm.
Göyçayın İnçə kəndində yaşayan, ömrünün doqquzuncu onilliyini çoxdan arxada qoymuş, şərəfli və mənalı bir ömür sürmüş və əbədiyyətə qovuşmuş Nəriman Soltan oğlu Hacıyev haqda ürək sözlərimi qeyd edirəm. Bu hər bir adama örnək ola bilər…
Nəriman müəllim bir ailənin sadəcə böyük qardaşı deyildi.
O, bir nəslin dayağı idi.
Atasından sonra böyük qardaşlıq missiyasını öz üzərinə götürdü və bu ağır məsuliyyəti ömrünün sonuna qədər şərəflə daşıdı.
Əxlaqı ilə, dürüstlüyü ilə, sözübütövlüyü və insanpərvərliyi ilə qardaş-bacılarına arxa oldu, nümunə oldu.
O, özündən sonra yalnız xatirələr qoyub getmədi.
O, cəmiyyətə və vətənə sağlam düşüncəli insanlar yetişdirdi.
Vətəninə, millətinə layiqli, savadlı, tərbiyəli övladlar yetişdirmək hər adamın işi deyil.
Müxtəlif məsul vəzifələrdə çalışan Nəriman müəllim Göyçay kimi sözvaz, qiybətin tüğyan elədiyi bir rayonda başıuca yaşamaq elədə asan deyil. Göyçayda dürüst və ədalətli insan kimi xalq arasında hörmət qazanmaq hər kəsə nəsib olmayıb və Nəriman müəllim bu missiyaya nail oldu. Nəriman müəllim öz yüksək tərbiyyəsi ilə bunu bacardı.
Çünki o, həyatı boyu insanlara vəzifəsindən deyil, insanlığından baxdı.
Həyat yoldaşını itirdikdən sonra bir daha ailə qurmadı. Ömrünün son illərində övladlarının sonbeşiyi Mehmanın yanında yaşadı.
Yaşlılığın, xəstəliyin və zəifliyin insanı başqasının qayğısına möhtac etdiyi o ağır günlərdə Mehman atasının yanında oldu.
Onu çimizdirdi, geyindirdi, rahatlığını təmin etdi. Bu işləri yalnız övladlıq borcu kimi deyil, sevgi ilə, səbrlə və böyük ehtiramla yerinə yetirdi.
Bəlkə də insanın həyatda qazandığı ən böyük sərvət elə budur.
Səni vaxtilə qoruyan insanın qocalığında onun əlindən tutmaq…
Sənə həyat verən insanın ömrünün son günlərində onun həyatını asanlaşdırmaq…
Atanı çimizdirəndə, geyindirəndə, ona qulluq edəndə bundan utanmamaq, əksinə, bunu həyatının ən şərəfli işi hesab etmək…
Bax, əsl insanlıq budur.
Bu məqamda bir dostumu xatırlayıram…
Azərbaycanda çox tanınan və sevilən bir aktyor dostum var. Adını bilərəkdən çəkmirəm. Bəlkə də məndən inciyər…
O, səhnələrdə oynayır, filmlərə, seriallara çəkilir, minlərlə insan onu alqışlayır. Amma heç kimin görmədiyi, heç kimin bilmədiyi başqa bir səhnə də var onun həyatında.
İllərdir xəstə və yataq vəziyyətində olan anasına özü qulluq edir.
Hər gün onu çimizdirir, geyindirir, rahat yerinə uzadır. Bütün bunları isə böyük bir sevgi ilə edir. Hətta bəzən anasına mahnılar oxuya-oxuya, onu güldürə-güldürə qulluq edir.
Mən bunun dəfələrlə şahidi olmuşam.
İnsanların alqışladığı aktyor səhnədən düşəndən sonra öz həyatının ən böyük rolunu oynayır.
Və bu rolun nə ssenarisi var, nə rejissoru, nə də tamaşaçısı…
Bu rolun adı övladlıqdır, tamaşaçısı Ulu Tanrı.
Mən həmişə düşünmüşəm ki, insanın böyüklüyü onun səhnədəki alqışları ilə yox, heç kimin görmədiyi yerdə etdiyi yaxşılıqlarla ölçülür.
Bu gün Nəriman müəllimin vəfat günüdür.
Rəhmətlil məni öz qardaşlarından, övladlarından ayırmazdı.
Mən də onu öz doğmalarımdan biri hesab edirdim.
Dedim:
Əgər mənim əlimdə olsaydı, Nəriman müəllimi son mənzilə adi bir insan kimi deyil, “Böyük Qardaş” missiyasını ömrünün sonuna qədər şərəflə daşımış bir insan kimi yola salardım.
İstərdim ki, onu bütün Göyçayın ehtiramı ilə, insanların səmimi duası və alqışları altında, muğam sədaları ilə son mənzilə yola salam, daha mollayla yox…
Çünki belə insanlar adi insanlar deyillər.
Onlar bir ailənin deyil, bir nəslin yaddaşıdırlar.
Onların ölümü ilə bir insan dünyasını dəyişmir.
Bir məktəb bağlanır, insamlıq məktəbi…
Bir həyat kitabının son səhifəsi çevrilir.
Amma o kitabın yazdıqları bundan sonra da oxunur…
Nəriman müəllim artıq aramızda yoxdur.
Amma onun şərəfli ömrü, qardaşlarına və bacılarına, elinə obasına etdiyi yaxşılıqlar, övladlarına verdiyi tərbiyə, yetişdirdiyi insanlar və daşıdığı müqəddəs “Böyük Qardaş” missiyası bundan sonra da yaşayacaq.
İnsanın ömrü bir gün bitir.
Amma insanın adı hər kəsə nəsib olmur ki, ölümündən sonra da hörmətlə çəkilsin.
Nəriman müəllimin adı belə adlardan biridir.
Allah sənə rəhmət eləsin, Nəriman müəllim!
Sən öz ömrünlə bizə bir həqiqəti bir daha xatırlatdın:
Böyük qardaş olmaq yaş məsələsi deyil.
Böyük qardaş olmaq - ömrünü doğmalarına həsr etməkdir.
Böyük qardaş olmaq - ailənin yükünü səssizcə daşımaqdır.
Böyük qardaş olmaq - heç kim görməsə belə, doğru olanı etməkdir.
Və ən əsası, böyük qardaş olmaq - insan olaraq böyük olmaqdır.
ŞƏRƏFLİ ÖMRÜN SONU…

Ruhun qarşısında baş əyirəm.
Elman Mustafazade
Xudaferin.eu
15:31
Digər xəbərlər