Elə ömürlər var ki, onlar sadəcə yaşanmır — xidmətə çevrilir.
Belə insanlar illərin sınağından keçərək dövlətçilik tarixində özünəməxsus yer tutur. Polis general-mayoru Ramiz Məhəmmədəli oğlu Zeynalovun həyat yolu məhz belə talelərdəndir.
1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya göz açan Ramiz Zeynalovun həyat yolu zəhmət, intizam və məsuliyyət prinsipləri üzərində qurulmuşdur.
Orta təhsilini doğma Qovlarda başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alması ; onun dünyagörüşünün və analitik təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır.
Daha sonra SSRİ Daxili İşlər Nazirliyinin Rostov Polis Akademiyasında aldığı peşəkar təhsil isə onun hüquq-mühafizə sahəsində gələcək fəaliyyətinə möhkəm zəmin yaratmışdır.
Əmək fəaliyyətinə elmi işçi kimi başlaması təsadüfi deyildi. Bu, onun sistemli düşüncə tərzinin, planlı və strateji yanaşma qabiliyyətinin ilkin göstəricisi idi. Lakin taleyin və zamanın çağırışı onu daxili işlər orqanlarına gətirdi. 1976-cı ildən başlayaraq daxili işlər sistemində keçdiyi mərhələli və ardıcıl xidmət yolu onun peşəkarlığını və prinsipiallığını formalaşdırdı.
İnspektordan idarə rəisinə qədər yüksələn bu yol zəhmətin, sədaqətin və dövlətə bağlılığın nəticəsi idi. Xüsusilə yol hərəkəti təhlükəsizliyi sahəsində gördüyü işlər dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Uzun illər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edərək, yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında, intizamın gücləndirilməsində və vətəndaşların həyat və sağlamlığının qorunmasında böyük zəhmət sərf etmişdir. Bu fəaliyyət yalnız inzibati idarəçilik deyil, həm də ictimai məsuliyyət nümunəsidir.
30 iyun 2003-cü il tarixli Prezident Fərmanı ilə “polis general-mayoru” ali xüsusi rütbəsinə layiq görülməsi ; onun xidmətlərinin yüksək dövlət qiymətidir. “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunması isə sadəcə mükafat deyil — dövlətin öz sədaqətli zabitinə verdiyi etimadın rəmzidir.
Ramiz Zeynalovun şəxsiyyətində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri sadəlik və təmkinidir.
Yüksək vəzifə daşımasına baxmayaraq, o, hər zaman davranışında ölçülülüyü, qərarlarında prinsipiallığı və dövlətçiliyə sadiqliyi ilə seçilmişdir. Bu keyfiyyətlər onu təkcə rəhbər kimi deyil, həm də nümunəvi vətəndaş kimi xarakterizə edir.
Ömür yolunun hər mərhələsi göstərir ki, dövlətə xidmət anlayışı onun üçün vəzifə deyil, mənəvi borcdur. Şərəfli xidmət yolu, peşəkar fəaliyyəti və təşkilatçılıq bacarığı ilə o, daxili işlər sistemində özünəməxsus iz qoymuşdur.
Doğum günü münasibətilə polis general-mayoru Ramiz Zeynalova möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli xidmətində yeni uğurlar arzulayşrıq.
Dövlətə və xalqa xidmət yolu daim açıq və mübarək olsun !!!!
ŞƏRƏFLİ XİDMƏTİN SİMVOLU ....

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu
16:19