Sərnişin təyyarəsi Amsterdam aeroportunda sərt eniş edib – VİDEO

Britaniyanın “FlyBe” şirkətinin təyyarəsi cümə axşamı, fevralın 23-də, Amsterdamın “Sxipxol” hava limanında sərt eniş zamanı şassilərini zədələyib.

BİBİSİ.az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.

Aeroportun administrasiyasının məlumatına əsasən, insident zamanı xəsarət alan olmayıb. Göyərtədə olan 59 sərnişinin hamısını avtobusla terminala çatdırıblar.

Hadisənin səbəbləri araşdırılır.

23:51