Müəllif: Qəvami Sadıqbəyli
Tarix: 5 fevral 2026-cı il
GİRİŞ :
XX əsrin ən böyük geosiyasi layihələrindən biri olan Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) rəsmi ideologiyada “fəhlə və kəndlilərin dövləti”, “xalq hakimiyyətinin təcəssümü” kimi təqdim edilirdi.
Konstitsion sənədlərdə hakimiyyətin mənbəyi xalq hesab olunur, formal olaraq seçkili orqanlar, parlament strukturu və məhkəmə sistemi mövcud idi.
Lakin siyasi reallıq bu təsvirlərlə kəskin ziddiyyət təşkil edirdi. SSRİ-də real hakimiyyət dövlət institutlarında deyil ; birpartiyalı sistemin mərkəzində dayanan Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının — VKP(b) əlində cəmlənmişdi.
Dövlət mexanizmi partiyanın qərarlarını icra edən texniki aparat funksiyasını daşıyırdı.
Bu monoqrafiyanın məqsədi --- SSRİ-nin gizli idarəetmə modelini, terror və ideoloji nəzarət mexanizmlərini, Leninizm və Stalinizm arasındakı praktik fərqləri, eləcə də bu sistemin niyə uzunömürlü ola bilmədiyini tarixi və siyasi analiz müstəvisində araşdırmaqdır.
I BÖLÜM
SSRİ-DƏ İDARƏETMƏNİN REAL MEXANİZMİ.
SSRİ-də idarəetmə mexanizmi klassik demokratik dövlət modelindən köklü şəkildə fərqlənirdi.
Formal olaraq mövcud olan Ali Sovet, Nazirlər Soveti və məhkəmələr real siyasi subyekt deyildi.
Əsas qərarverici mərkəz bir siyasi qurumun [ VKP(b) ] Politbürosu -- Siyasi bürosu idi.
Politbüro faktiki olaraq:
qanunverici,
icraedici,
məhkəmə hakimiyyətini
özündə birləşdirən “gizli hökumət” funksiyasını yerinə yetirirdi.
Politbüronun Baş katibi isə rəsmi statusundan asılı olmayaraq dövlətin faktiki lideri sayılırdı.
Bu model demokratik hakimiyyət bölgüsü prinsipini tamamilə inkar edirdi.
Məhkəmələr hüququn yox ; siyasi iradənin alətinə çevrilmişdi. Hökm hüquqi normalara deyil ; partiya göstərişlərinə əsaslanırdı.
SSRİ-də dövlət partiyanın kölgəsində mövcud idi : hüquq isə siyasətin davamı rolunu oynayırdı.
II BÖLÜM
QORXU ÜZƏRİNDƏ QURULAN SİSTEM.
SSRİ-də siyasi sabitlik və itaət ideoloji inamdan daha çox ; qorxu mexanizmi ilə təmin edilirdi.
Bu məqsədlə ardıcıl olaraq "ÇEKA", "NKVD", "KQB" adlı repressiv qurumlar yaradılmışdı.
ÇEKA — sovet hakimiyyətinin ilk və ən qəddar repressiya orqanı idi.
ÇEKA -- [ Всероссийская чрезвычайная комиссия
по борьбе с контрреволюцией и саботажем.
Azərbaycan dilində :
Əksinqilab və Sabotajla Mübarizə üzrə
Ümumrusiya Fövqəladə Komissiyası 20 dekabr 1917-ci il tarixində Lenin tərəfindən yaradılmışdı.
İlk rəhbəri -- Feliks Dzerjinski olmuşdu.
Lenin hesab edirdi ki, inqilabın qorunması üçün qanun yox ; qorxu lazımdır. Buna görə ÇEKA-ya
məhkəmədən kənar səlahiyyətlər verilmişdi.
Bu qurum -- istintaq, hökm və icranı eyni anda həyata keçirirdi.
ÇEKA-nın əsas səlahiyyətləri :
--- “Sinfi düşmən”lərin müəyyən edilməsi ;
--- Məhkəməsiz həbslər və güllələnmələri həyata keçirmək ;
--- Kütləvi terror aksiyaları törətmək ;
--- Mülki əhalini izləmək ;
--- Sürgünləri təşki etmə idi.
ÇEKA üçün şübhə sübut sayılırdı. 1918–1922-ci illərdə həyata keçirilən “Qırmızı terror” birbaşa ÇEKA-nın fəaliyyəti idi.
ÇEKA-nın əli ilə on minlərlə insan edam edildi,
yüz minlərlə insan həbs və sürgün olundu, hüquq anlayışı faktiki olaraq ləğv edildi.
Leninin məşhur :
“İnqilab -- düşmənlərinə qarşı amansız olmalıdır.” fikri bunu sübut edir.
Sonralar "ÇEKA" müxtəlif adlarla : "NKVD", "KQB" adı ilə əvəz olundu
Adlar dəyişdi, amma mahiyyət dəyişmədi, dövlətin ideoloji təhlükəsizlik aparatı olaraq insanlara divan tutmaqda davam etdi.
НКВД — [ Народный комиссариат внутренних дел. Azərbaycan dilində: Daxili İşlər Xalq Komissarlığı.] 1934–1946-cı illərdə İosif Stalinin hakimiyyəti dövründə ən güclü repressiya orqan olub.
NKVD -- sıradan adi “daxili işlər” qurumu deyildi.
O, eyni anda bir neçə strukturu özündə birləşdirirdi :
--- Siyasi polis funksiyası,
--- Kəşfiyyat və əks-kəşfiyyat,
--- Kütləvi həbslərin təşkili,
---- Məhkəməsiz güllələnmələr,
--- Sürgünlər və deportasiyalar,
--- "QULAQ" adlı əmək düşərgələrinin idarə olunması.
Ümumiyyətlə NKVD --- Cəmiyyət üzərində total nəzarət funksiyalarını həyata keçirirdi.
1937–1938-ci illərdə baş verən “Böyük Terror”--
birbaşa NKVD tərəfindən həyata keçirilmişdi.
Bu qurumda "Üçlüklər” vasitəsilə sürətli, formal hökm sistemi tətbiq olunurdu, ittihamlar çox vaxt saxta etiraflara əsaslanırdı.
Bu dövrdə ---
milyonlarla insan repressiyaya məruz qaldı,
yüz minlərlə insan güllələndi.
NKVD-nin əsas məqsədi ---
dövlət təhlükəsizliyini deyil ; partiya hakimiyyətinin toxunulmazlığını qorumaq idi. NKVD üçün QANUN məhdudiyyət yox ;
əmrləri icra etmək mexanizmi idi.
Sonralar (1946-cı ildə) NKVD ləğv edildi , onun yerini KQB⁷ aldı. Forma dəyişdi, amma repressiv məntiq dəyişmədi .
NKVD — sovet sistemində qorxunun dövlət institutuna çevrilmiş forması idi.
1946-cı ildə NKVD-ni KQB ( Dövlət Təhlükəsizliyi Komitəsi ) əvəz etdi.
"KQB" --- SSRİ-nin son dövründə fəaliyyət göstərmiş ən güclü və ən mərkəzləşmiş təhlükəsizlik qurumu idi.
KQB [ КГБ --Комитет государственной безопасности ;
Azərbaycan dilində :
Dövlət Təhlükəsizlik Komitəsi ] deməkdir.
KQB əsasən 1954–1991-ci illərdə SSRİ-nin dağılmasına qədər mövcud olub.
KQB --- təkcə kəşfiyyat qurumu deyildi. O, sovet dövlətinin siyasi immunitet (müqavimət) sistemi rolunu oynayırdı.
KQB - nin fəaliyyətinə aşağıdakı funksiyalar daxil idi :
1. Xarici kəşfiyyat sahəsində :
--- Xarici dövlətlərdə casus şəbəkələrinin yaradılması ;
--- Diplomatik və hərbi məlumatların toplanması ;
--- Qərb ölkələrinin siyasi və hərbi planlarının izlənməsi.
2. Əks-kəşfiyyat sahəsində :
--- Xarici casusların aşkarlanması :
--- SSRİ daxilində “xarici təsir”in qarşısının alınması ;
3. Daxili siyasi nəzarət sahəsində :
--- Dissidentlərin, ziyalıların, jurnalistlərin izlənməsi ;
--- Milli azadlıq hərəkatlarının nəzarətdə saxlanması ;
---- Partiyaya qarşı çıxan fikirlərin boğulması.
4. İdeoloji təhlükəsizlik sahəsində :
---- Kommunist ideologiyasının “saflığının” qorunması ;
--- “Anti-sovet təbliğatı” ilə mübarizə.
5. Texniki və psixoloji əməliyyatlar sahəsində :
--- Telefon dinləmələri, gizli izləmələr ;
--- Şantaj, kompromat toplama ;
--- Diskreditasiya kampaniyaları.
NKVD-dən fərqli olaraq KQB --- açıq kütləvi terrora ⁷nadir hallarda müraciət edirdi. Əsasən gizli nəzarət və psixoloji basqı üsullarına üstünlük verirdi. Cəmiyyəti “səssiz qorxu” atmosferində saxlayırdı.
KQB-nin əsas missiyası ---
dövləti yox ; partiya hakimiyyətini qorumaq idi.
KQB üçün QANUN müstəqil norma deyil ;
siyasi tapşırığın hüquqi forması idi.
KQB — sovet sisteminin “son qoruyucu qalxanı” idi.
KQB -- açıq terroru gizli nəzarətlə əvəz edirdi.
SSRİ dağılanda KQB də tarixin səhnəsindən geri çəkildi. Lakin postsovet ölkələrində başqa adla fəaliyyətini indi də davam etdirir.
ÇEKA , NKVD, KQB --- kimi qurumların fəaliyyəti hüquqi çərçivələrlə məhdudlaşdırılmamışdı.
Zamanla “sinfi düşmən” anlayışı -- süni şəkildə formalaşdırılır ,
məhkəməsiz edamlar normaya çevrilir,
terror dövlət siyasətinin legitim aləti kimi qəbul olunurdu.
Leninin məşhur-- “İnqilab zorakılıqsız mümkün deyil”-- fikri ideoloji əsas rolunu oynayırdı.
Terror müvəqqəti tədbir deyil ; sistemin tərkib hissəsi idi.
III BÖLÜM
STALİN DÖVRÜNDƏ TERRORUN SİSTEMLƏŞMƏSİ.
Stalin hakimiyyətə gəldikdən sonra terror təsadüfi yox, institutsional idarəetmə alətinə çevrildi.
Xüsusilə, 1937–1938-ci illərdə aparılan “Böyük Təmizləmə” kampaniyası nəticəsində: milyonlarla insan həbs edildi,
yüz minlərlə insan güllələndi, bütöv sosial qruplar sürgünə göndərildi.
Stalin dövründə -- qorxu --
cəmiyyət üzərində nəzarət mexanizmi, itaətin psixoloji zəmanəti, fərdi təşəbbüsün qarşısını alan baryer idi.
İnsanlar təkcə dövlətə yox ; bir-birinə də etibar etmirdi. Bu isə sosial bölünmələrə və dərin mənəvi aşınmaya səbəb olurdu.
IV BÖLÜM
EYNİ İDEOLOGİYA – FƏRQLİ PRAKTİKA.
Leninizm və Stalinizm eyni ideoloji mənbəyə — Marksizmə əsaslansa da, tətbiq formaları kəskin şəkildə fərqlənirdi.
Leninizm --- Marksizmin Rusiya reallıqlarına uyğunlaşdırılmış forması idi. “Proletariat diktaturası” avanqard partiya nəzəriyyəsinə əsaslanırdı.
Stalinizm --- şəxsi hakimiyyət modeli idi.
Stalinin hakimiyyəti dövründə şəxsiyyətə pərəstiş dövlət ideologiyası oldu. Kompromis -- zəiflik kimi qiymətləndirildi,
iqtisadiyyat -- zorakı kollektivləşmə yolu ilə idarə olundu. Sadə dillə desək :
Lenin sistemi qurdu, Stalin isə bu sistemi şəxsiləşdirdi.
V BÖLÜM
SSRİ-NİN ORTAÖMÜRLÜ OLMASININ SƏBƏBLƏRİ.
SSRİ üç əsas sütun üzərində dayanırdı :
1.Qorxu – repressiya aparatı olaraq, azad iradəni boğurdu.
2.Təbliğat – "mif", reallıq kimi təqdim olunurdu
3.Alternativsizlik – müxalif fikir, fiziki və ideoloji olaraq məhv edilirdi. Bu model qısa və orta müddətdə işlək olsa da, uzunmüddətli olmadı. Perspektivdə:
iqtisadi durğunluq,
ideoloji inamsızlıq,
sosial apatiya
qaçılmaz oldu və sistem öz daxili ziddiyyətləri altında dağıldı.
VI BÖLÜM
TARİXİ DƏRS VƏ MÜASİR YANAŞMA.
SSRİ təcrübəsi sübut etdi ki: ideologiya dövlətin yerini tutanda, təhlükəsizlik orqanları qanundan üstün olanda, lider “xilaskar” kimi təqdim ediləndə,
avtoritarizm qaçılmaz olur və bu sistem gec-tez dağılır.
Bu nəticə təkcə sovet tarixinə yox ; bütün dövrlər və bütün cəmiyyətlər üçün universal siyasi dərsdir.
Nəticə :
SSRİ --- sistemli qorxu və ideoloji manipulyasiya üzərində qurulmuşdu.
Tarixi anlamaq ---- gələcəyi qorumağın yeganə yoludur.
SSRİ-NİN GİZLİ QURULUŞU...
Tarixi – elmi – siyasi - analitik monoqrafiya.

Qəvami Sadıqbəyli.
Xudaferin .eu
16:00