Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin Əhəmiyyəti

Ermənistan atəşkəsi pozdu...
Fevralın 2 də səhər saat 5 .00 radələrin də Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisində yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin məntəqələrinə doğru pulemyotlardan 20 dəfə atəş açmaqla atəşkəs rejimini pozdu .
Məlumdur ki , 10 noyabr 2020 ci il tarixində Azərbaycan , Rusiya və Ermənistan rəhbərləri tərəfindən atəşkəs haqqımda razıılaşma Bəyannamə xarakterlidir . Bu da o deməkdir ki , faktiki olaraq Ermənistanla Azərbaycan arasında rəsmi qaydada təsdiq olunmuş sülh müqaviləsi yoxdur . Yəni , vəziyyət indiki kimi davam etsə atəşkəs hələ çox pozulacaq . Fikrimcə , düşmənə dərhal sarsıdıcı cavab zərbəsi vurulmalıdır . Yoxsa , məğlub olmuş şovinist ermənilər hələ çox quduzlaşacaq . Çümki düşmən ölkədə davam edən xaotik siyasi proseslərin gərginliyi belə hadisələrin təkrarlanacağını labüd edir .
Bütün bu təxribatların qarşısının alınması üçün Qarabağda Türküyə - Rusiya Birgə Monitorinq Mərkəzinim ( T R B M M ) fəaliyyət göstərməsinin əhəmiyyəti böyük olacaqdır . T R B M M nin işə başlaması nəticə etibarı ilə bölgədə uzunmüddətli sülhün və əmin - amanlığın formalaşmasına xidmət edəcək . Türküyə - Rusiya Birgə Monitorinq Mərkəzi olmasa ermənilərin təxribatları davam edəcək .
Biu Mərkəzin funksiyası bölgədə baş verə biləcək hadisələri müşahidə etməklə yekunlaşmayacaq . Eyni zamanda planlaşdırılan təxribatlar haqqında məlumatlar toplaayaraq önləyici addımlar atılmasına köməklik göstərəcəkdir . Stabillik məsələsi həll olunduqdan sonra bölgədə Ərdoğan və Əliyevin təklif etdiyi 6 ( altılı ) iqtisadi - ticari plotmforma işə salınacaq . Yəni , Rusiya , Azərbaycan , İran , Türküyə , Ermənistan və Gürcüstan öz aralarında sərbəst şəkildə nəqliyyat - ticarət şəbəkəsi quracaq və iqtisadiyyatlarını inkişaf etdirəcəklər .
Türküyə - Rusiya Birgə Monitorinq Mərkəzi eyni zamanda " qaçqınların " geri qaytarılması prosesinə nəzarət edəcəkdir .
Vətəndaşlarımızın 30 il bundan əvvəl tərk etməyə məcbur olduqları doğma yurdlarına qayıtması hamımızın arzusudur . Bunun üçün də işğaldan azad olunmuş rayonlarımızın , kəndlərimizin yenidən qurulması prioritet məsələdir . Təbii ki , bu işin həlli ardıcıl , mərhələli hərəkət tələb edir . Ərazilərin minalardan təmizlənməsi , vurulmuş ziyamın qiymətləndirilməsi , kommunikasiya xəttlərinin ( yol , elektrik , su , qaz , telefon və s. ) bərpası həll olunmalıdır . Paralel olaraq evlərin tikilməsi , yaşayış üçün vacib olan infrastrukturların icrası ( poçt , xəstəxana , məktəb , baxça , mağaza , iasə məntəqələri , mədəniyyət evi və s . ) başa çatdırılmalıdir .
Nəzərdə tutulan məsələlətin həllini asanlaşdırmaq vacibdir . Binun üçün ilk növbədə bərpa ediləcək yaşayış məntəqələrində Prezidentin xüsusi nümayəndəlikləri fəaliyyətə başlamalıdır . Görüləcək islər haqqında plan tərtiib edilməli və onun istiqamətləri göstərilməlidir .
Məskunlaşma mərhələli qaydada və kompleks halında həyata keçirilməlidir . Fikrimcə , köçürülmə prosesini bu qaydada yerinə yetirə bilsək həmin ərazilərdə iqtisadi inkişafı da təmin etmiş olacağıq . Bütün bu islərin qansız qadasız , xəta - bəlasız yerinə yetirilməsində Türküyə - Rusiya Birgə Monitornq Mərkəzinin əhemiyyəti böyük olacaqdır .
Doğrudur , Azərbaycan bayrağı , əskəri hələ ki , Xankəndində , Xocalıda , Laçın dəhlizində və rus " sülhməramlılarının " işğalı altında olan ərazilətimizdə görünmür .
Suverenliyimizi Qarabağın hər yerində təmin etmək üçün dayanmadan , qətiyyətlə və fasilə vermədən hərəkət etməliyik . Yəni , sahədə , hərb meydanında qalib gəldiyimiz kimi , informasiya və diplomatiya savaşında da ömdə olmagı bacarmalıyıq .
30 il silahlanmadan sonra Azərbaycana biabrcasına məğlub olan ermənilər indi hər yerdə çabalayırlar . Belə ki , Ermənistan səfirləri , diplomatik nümayəmdələri ABŞ və Avropa ölkələrindən öz müttəəfiqi , xilaskarı , qoruyucusu olan Rusiyaya qarşı sanksiyalar tələb edirlər . Hələ də başa düşə bilmirlər ki , onlar bu davranışla Dağlııq Qarabağ məsələsində nailiyyət əldə edə bilməyəcəklər . Çünki Cənubi Qafqazda söz sahibi Rusiya və Türküyədir . Məhz elə bu baxımdan da Qarabağda yaradılan Türküyə - Rusiya Birgə Monitorina Mərkəzinin əhəmiyyəti müstəsna rol oynayır .
Bu gün Ermənistan siyasi , iqtisadi eləcə də maliyyə cəhətdən böhran içərisindədir . Onlar bir tərəfdən Rusiya ilə müttəfiiqlik edir , digər tərəfdən də Corc Soros və bəzi Avropa ölkələrimin maliyyələşdirdiyi yüzlərlə təşkilatın Ermənistanda fəaliyyət göstərməsinə şərait yaradırlar . Nasist Qaregin Nigdeyə Dağlıq Qarabağda abidə qoymaala həm Azərbaycanı həm də Rusiyanı qıcıqlandırırlar . Bu yaxınlarda Erməmistanın Hollandiyadakı səfiri Tiqran Balayan bu ôlkənin mətbuatına açıqlamasında Rusiyaya tədbiq olunacaq " Novalnı Sanksiyalarımı " Azərbaycana qarşı da icra olunmasını zəruri saymışdıı . Bütün bu hadisələrin törədilməsi onu göstərir ki , Ermənistan Azərbaycanla düşmənçiliyini davam etdirir , eyni zamanda onların Rusiya ilə problemləri də çoxdur . Ona görə də hər yerdə çabalayırlar və təxtibatlar törədirlər . Yenə də bu cür ağır fəsadlar yarada biləcək " oyunbazlığın " qarşısını vaxtında kəsmək üçün Azərbaycanın Ağdam rayonunda yaradılmış Türküyə - Rusiya Birgə Monitorinq Mərkəzinin xidmətinə böyük ehtiyac var
Bütün Dünya bilməlidir ki , Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün Türküyə və Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır .

Müəllif : Qəvami Sadıqbəyli
jurnalist - politoloq

Xudaferin.eu

11:07