Türkiyədə dəhşətli zəlzələ: Ölənlərin sayı 284-ü keçdi - YENİLƏNİB

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

Xudaferin.eu BAKU.WS-ə istinadən xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

10:13

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. Yaralıların sayının 440-a çatdığı bildilir.

BAKU.WS xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

 

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

***08.36

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.

Osmaniyə şəhərində 34 bina dağılıb, 5 nəfər həlak olub.

***07:39

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə baş verən güclü zəlzələdən ən çox zərər çəkən bölgələri açıqlayıb. Bunlar Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz bildirib ki, zəlzələdən şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Şanlıurfa şəhərinin valisi Salih Ayhan açıqlayıb ki, 16 bina dağılıb. 10 vətəndaş ölüb.

Xudaferin.eu

14:54