1 iyun — Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür.Bu günün əsası 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası tərəfindən qoyulmuşdur. Təşkilat Parisdə keçirilən toplantıda uşaqların hüquqlarının qorunması, müharibələrin və aclığın uşaqlara vurduğu zərərin qarşısının alınması üçün xüsusi beynəlxalq gün təsis edilməsini təklif etmişdir. İlk dəfə olaraq 1 iyun Uşaqların Müdafiəsi Günü 1950-ci ildə bir çox ölkələrdə qeyd olunmağa başlanmışdır.
Sonralar Birləşmiş Millətlər Təşkilatı (BMT) və UNICEF uşaqların hüquqlarının qorunmasını beynəlxalq siyasətin mühüm istiqamətlərindən birinə çevirmişdir. 1989-cu ildə qəbul edilən Uşaq Hüquqları Konvensiyası isə bütün dünya uşaqlarının hüquqlarını müdafiə edən ən mühüm beynəlxalq sənədlərdən biri hesab olunur.
Uşaqlar bəşəriyyətin ən saf, ən məsum və ən qiymətli varlıqlarıdır. Onların gülüşü dünyaya sevinc, sevgisi isə insanlığa ümid bəxş edir. İrqindən, dinindən, dərisinin rəngindən, millətindən və yaşadığı ölkədən asılı olmayaraq bütün uşaqların yaşamaq, sevilmək, qorunmaq, təhsil almaq və xoşbəxt böyümək haqqı vardır.
Dünyanın müxtəlif bölgələrində milyonlarla uşaq müharibələrin, yoxsulluğun, aclığın və zorakılığın təsiri altında yaşayır. Halbuki hər bir uşaq təhlükəsiz ailə mühitində böyüməli, qayğı görməli və arzularını gerçəkləşdirmək imkanı əldə etməlidir. Uşaqları qorumaq yalnız valideynlərin deyil ; bütövlükdə cəmiyyətin və insanlığın mənəvi borcudur.
Uşaqlar bizim gələcəyimizdir. Sabahın alimləri, müəllimləri, həkimləri, dövlət rəhbərləri və dünyanı dəyişdirəcək insanları bugünün uşaqlarıdır. Əgər biz uşaqlara sevgi, mərhəmət və düzgün tərbiyə versək, gələcəyin dünyası daha ədalətli, daha humanist və daha gözəl olacaqdır.
1 İyun — Beynəlxalq Uşaqların Müdafiəsi Günü bizə bir daha xatırladır ki, uşaqları qorumaq, onları xoşbəxt etmək və hüquqlarını müdafiə etmək insanlığın ən müqəddəs vəzifələrindən biridir.
Uşaqlar ...
Mışıl mışıl yatarlar ...
Yuxuya bal qatarlar ;
Arzulara çatarlar ...
Yaraşıqlı uşaqlar .
Səhər tezdən qaçarlar ,
Gözəl qoxu saçarlar .
Qanad açıb uçarlar ...
Yaraşıqlı uşaqlar .
Zərif gül çiçəkdilər ,
Çiçəkdən qəşəngdilər .
Həyata bəzəkdilər ...
Yaraşıqlı uşaqlar !!!
UŞAQLAR -- DÜNYANIN SABAHIDIRLAR!

Müəllif : Qəvami Sadıqbəyli.
1 iyun 2026-cı il.
12:09
Digər xəbərlər