USTAD XANƏNDƏ SEYİD ŞUŞUNİSKİ

Azərbaycan Respublikasının xalq artisti, Şərq musiqisinin incisi, ustad xanəndə Seyid Şuşuniskinin 12 aprel 2023 - cü il, dünyamıza gəlişinin 134 - cü baharını qeyd edirik.
Ustad! Dünyamıza gəlişiniz nə xoş günlərə təsadüf edir!
Bu qədim diyarımıza, Azərbaycanımıza yenə də gül - çiçəkli bahar fəsli qədəmləri ilə təbiəti canlandırıb.
Artıq Qarabağımız, tarixi ərazilərimiz, doğulduğunuz Horadiz kəndi də "Dəmir yumruğun" zərbəsi altında, müzəffər ordumuzun zəfər yürüşü ilə işğaldan azad edilib. Erməni vandal qüvvələri qovulub cəhənnəmə vasil olmuşlar.
Vəhşiliklə viran edilmiş kəndlər, qəsəbələr, rayon mərkəzləri yenidən qurulur. Yollar çəkilir. İnfrastrukturlar müasir memarlıq üslubunda inşa edilir. Bir sözlə, Qarabağımızın dillbər guşəsində təbiətlə bəhsə girib libasını dəyişir.
Ustad, körpə yaşlarınızdan şaqraq və məlahətli səsinizlə Qarabağ şikəstəsi" ni oxuduğunuz müqəddəs və sevimli yeriniz olan "İmam yalıında" mətnliklə vətənin keşiyində dayanan əsgərlərimiz o xalq mahnısını fərəhlə oxuyurlar.
Gənclik illərinizdə əziz müəlliminiz, ustadınız Cabbar Qaryağdı oğlu ilə Şuşada, konsert salonunda muğam ifa etdiyiniz o anları bu gün də sevgi ilə musiqi tariximizdə yad edilir və xatırlanır. Azad olunmuş Şuşamızda, Cıdır düzündə möhtəşəm tonqal yandırıldı, məşəl qaldırıldı və dünyaya bəyan edildi ki, - "Şuşa sən artıq azadsan!"
Ustad! Nə yaxşı ki, ustadlarımızın, Üzeyr bəyin istəyini, amalını öz səsinizlə yaşatdınız. Muğam sənətimizin üzərinə günəş təki nur saçıb keşiyində dayandınız. Siz hər zaman Şuşaya gələrkən Cıdır düzündə bir - iki ağız "Qarabağ şikəstəsi" mütləq və mütləq oxuyardınız. İndi isə düşmən tapdağından azad olmuş, təbiətin əsrarəngiz gözəlliyinə meydan oxuyan o möhtəşəm Cıdır düzündə Sizin varisləriniz muğam müsabiqəsində ecazkar səsləri ilə Qarabağ şikəstəsini ifa edir və dünyaya yayır.
Ustad! Vaxtıilə, ustadınız Cabbar Qaryağdı oğlunu ifanızla heyrətləndirmişdiniz. Musiqi sənətimizdə dövrünün ən böyük mükafatı sayılan "Ustad qavalı və Cabbarın varisi" adına, müəlliminiz Cabbar Qaryağdı oğlu tərəfindən şəxsən layiq görüldünüz.
Bütün varlığınızla ahıl yaşınıza qədər, "Səsin sorağı" ilə vətənimizi diyar - diyar gəzib onlarla bəlkə də yüzlərlə nadir səsi olanları aşkar edib musiqi təhsil ocağına cəlb etdiniz. O səsləri ki, sizin varisləriniz təki muğam sənətimizi böyük məhəbbətlə evimiz yer planetində dünya xalqlarının varlığını təmsil edən bəşər övladlarına sevdirirlər.
Ustad, əziz yetirməniz Zeynəb xanım Xanlarova, Qulu Əsgərov, Əlibaba Məmmədov, İslam Rzayev, Şahmalı Kürd oğlu, Nəriman Əliyev, Sabir Mirzəyev, Süleyman Abdullayev və digər layiqli davamçılarınız da, xalq mahnılarımızı, muğamlarımızı yaşatdı və yaşadaraq öz istedadlarına layiq dövlət mükafatları ilə təltif olundu. Onlardan da biri, Sizin sevimli, sonuncu tələbəniz, ustad xanəndə kimi zirvələri fəth etmiş, mərhum Süleyman Cümşüd oğlu Abdullayevdir.
Ustad! Sağlığınızda əziz tələbəniz Süleyman haqqında inamla vurğulayırdınız kİ, bal təki şirin, ecazkar və tükənməz səsin xalqımız içərisində seçilib - seviləcəkdir! Həqiqətən də sizin xeyir - duanız, öncə görməniz və dedikləriniz cəmiyyətdə öz əksini tapdı! Müdrik xalqımız tərəfindən müqəddəs sayılan, "Dədə" adına layiq görülən Süleyman Abdullayev tufanlara sinə gərdi, muğam sənətinin zirvəsini fəth edib xalqımızın sevimlisinə çevrildi!
Sağlığınızda hər zaman qayğınızı əsirgəmədən qoruduğunuz Dədə Süleyman ağrılı olsa da, artıq aramızda yoxdur. Sizin layiqli davamçınız kimi o, da, axirət dünyasına qovuşdu!
Ustad, bu müqəddəs yolda göstərdiyiniz xidmətlərlə sağlığınızda axirət dünyanızı behişt evinə çevirdiniz. Ulu Tanrımızdan Sizə rəhmət diləyirəm! Ruhunuz şad olsun! Amin!

Vaqif Rüstəmov
Xudaferin.eu

17:18