Üzücü xəbərdən sarsıldım...

Azərbaycanın ən sevilən aktyoru Rasim Balayev Türkiyə xəstəxanasında vəfat edib.

Rasim Babayev Azərbaycan kino sənətinin canlı əfsanəsi idi.

Onun ilk kino fəaliyyəti “Ulduzlar sönmür” filmi ilə başlasa da, əsl şöhrət zirvəsi yaratdığı İmadəddin Nəsimi obrazı ilə başladı. 1973-cü ildə çəkilən “Nəsimi” filmində yaratdığı obraz təkcə bir rol deyildi – bu, fəlsəfənin, ağrının, inancın və üsyanın canlı təcəssümü idi. Bu rol Rasim Balayevə təkcə ölkə daxilində deyil, bütün SSRİ məkanında böyük şöhrət gətirdi.

Ardınca “Babək”, "Dədə Qorqud" və beləcə 70-dən çox filimdə unudulmaz obrazlar yaratmışdır Rasim Balayev, həmcinin Azərbaycan kinematoqrafiya İttifaqının sədri idi. Hamımız inanırfıq ki, anun rəhbərliyi ilə kinomuzun kemiş şöhrətini bərpa edəcəyik... Təssüflər...

Xaraktercə xarizmatik insan olan Rasim Balayev hər zaman xalqının yanında olan, prinsipial mövqeyi, milli ruhu və vətənə bağlılığı ilə digər aktyorlardan seçilirdi. Çox təssüflər olsun ki, bəzən paxıllıqca onu haqsız olaraq sağdan, soldan tənqid edənlərdə tapılırdı...

Burada bir haşıyə çıxıb qeyd edimək istərdim ki, son illər Qardaş Türkiyə xəstəxanalarında sağalıb gələn bir tanıdığımı xatırlamıram. Tanıdıqlarım hamısı müalicə üçün bütün pulların tökürlər və sonra şanlı Türkiyə həkimlərinin fəaliyyəti nəticəsində qəşəng bir tabuta qoyub Azərbaycana göndərilirlər...

Aydın məsələdir Azərbaycanda səhiyyə canüstədir, bəlkə xəstə soydaşlarımız müalicə üçün marşrutların Gürcüstana çevirsinlər...Gürcülərdə vicdanlı, gözütox həkimlər daha çoxdur...

Mənə elə gəlir ki, Rasim Balayevdə digər xəstələrimiz kimi paragöz, pulgir Türkiyə həkimlərinin tamahlarının qurbanı oldu...

Heyif...

Əziz Rasım Bəy, sən Azərbaycan kinematoqrafiya tarixində və sevənlərinin qəlbində əbədi yaşayacaqsan.

Nur içində yat, Allah sənə rəhmət eləsin Böyük İnsan.

Hüzün içində sənə sonsuz etiramla:
Elman Mustafazadə

Xudaferin.eu

22:47