Xankəndi öz sahibinə - azərbaycanlılara qaytarılmalıdır .

Məlum oldugu kimi Qarabağ münaqişəsi davam edir . Buna səbəb 10 noyabr 2020 ci ildə Rusiyanın təzyiqi və təşəbbüsü ilə 2 - ci Qarabağ müharibəsinin qəflətən gecə yarısı dayandırılması idi . Doğrudur , Şanlı Orcumuz tərəfimdən işgal altında qalan 7 rayonumuz , Dağlıq Qarabağ adlanan əraziyə aid Şuşa şəhəri və Hadrut ( Ağyurd ) qəsəbəsi azad olundu . Lakin çox təsüf ki , Xankəndi , Xocalı , Xocavəndin bir hissəsi , Laçın dəhlizi və bu məkana yaxın ərazilər Rusiya " sülhməramlıları " tərəfindən zəbt olundu . 50 min nəfərə yaxın erməni əhalisi qaçqın adı altında yenidən Dağlıq Qarabağa qaytarıldı . Müharibənin dayandırılmasından 2 aydan çox vaxt keçməsinə baxmayaraq Birləşmiş Millətlər Təşkilatının ( BMT ) və Beynəlxalq qurumların qəbül etdiyi sənədlərdə Azərbaycanın olduğu bildirilən bəzi ərazilərimizdə o cümlədən Xankəndində suverenliyimiz tapdalanır . Rusiya Fedarasiyasının prezidenti Vladimir Putin də diplomatik görüşlərdə hər dəfə qeyd edir ki , Dağlıq Qarabağ Azərbaycan ərazisidir . O biri tərəfdən də əl altından öz isgtədiyi planları həyata keçirməkdə davam edir :
10 noyabr 2020 ci il tarixli bəyannaməsində açıq - aydın rus
" sülhməramlılarının " 1960 nəfər göstərildiyi halda Qarabağda yerləşdirilən hərbiçilərin sayıını günü gündən artırır ;
Dağlıq Qarabağa qaytarılan separatçıı ermənilərə Azərbaycan ərazisindən ərzaq , tikinti materialları və mənşəyi məlum olmayan yüklər daşıtdırır . Onlara guya humanitar yardım edir . Və bu əməllərində qəsdən " unudur " ki , " sülhməramlıların görəvi bir biri ilə vuruşan tərəfləri savaşdan çəkindirməkdir , onlara yardım etmək yox !
Bəli , Qarabağda müharibə dayandırılıb . Əslində isə reallıq bundan ibzrətdir : Cənubi Qafqazda erməni azərbaycanlı münaqişəsi zəmnində mövqe savaşı gedir . Rusiya son 200 ( iki yüz ) ildə işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyə vadar edilir . Onu bu geriləməyə məcbur edən Turküyənin strateji siyasətidir . Şanlı Ordumuz isə bu savaşda qəhrəmanlıq nümünəsi göstərərək özünün tarixi missiyasını yerinə yetirir .
Təbii ki , Rusiya da mövqelərini asanlıqla itirmək niyyətində deyil . Məhz bu səbəbdən 11 yanvar 2021 ci il tarixində Putinin təşəbbüsü ilə Moskvada Rusiya , Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirildi . Məqsəd 10 noyabr 2020 ci il tarixli " Bəyannamənin " 9 - cu bəndinin icra olunması mexanizminin razılaşdırılması idi . Əslində isə əsas hədəf Ermənistanın iqtisadi blokadadan çıxarılmasına xidmət edən beynəlxalq daşımalara şərait yaradan nəqliyyat xəttləri və köməkçi infrastruktuların işə salınması idi . Yəni , Putin dünyaya , eyni zamanda həm Azərbaycana həm də Ermənistana xatırlatmaq istəyir ki , regipnda ixtiyar sahibi Rusiyadır .
Sirr deyi ki , baş verən prosesləri Türküyə dövlət adamları nəinki diqqətlə izləyir , hətda adekvat addımlar atmaqda bir an yubanmır.
Yanvarın 13 də İslamabadda keçirilən Pakistan , Türküyə və Azərbaycanın Xarici İşlər Nazirlərinin görüsü də bu addımların davamıdır .
Unutmamalıyıq ki , siyasi , iqtisadi və hərbi cəhətdən həmişə Azərbaycanın yanında olduğunu bəyan edən Pakistan xalqı etibarlı dostumuzdur . Nüvə silahına malik olan dövlət kimi bizə ən azından mənəvi dayaqdır .
Bütün bu imkanlara malik olduğumuz halda nədən ərazilərimizin bir hissəsinin işğal altında qalmasına göz yummalıyıq... Məlumdur ki , hər bir xalqıın içində öz şəxsi maraqlarını təmin etmək üçün Vətəni satmağa hazır olan insanlar tapılır . Çox təəsüf ki , belələri bizdə də az deyil . 44 günlük müharibənin gedişi və sonrakı prosesləri diaqətlə izlədikdə məlum olur ki , bu qüvvələr işə salınıb . Belələri hər yerdə : Milli Məclisdə , Prezident apparatında , Nazirlər Kabinetində , ayrı ayrı Nazirliklərdə , Komitələrdə , Cəmiyyətlərdə , Kütləvi İnformasiya Şəbəkələrində hətda özlərini müxalifət adlandıran siyasi partiyalarda da mövcuddurlar . Onları hərəkətlərindən və çıxışlarından sezmək mümkündür . Lakin hər yerdən təmizləmək çox çətin məsələdir .
Fikrimcə : problemlərin öhdəsindən gəlmək üçün konkret hərəkət tələb olunur . Məsələn :
- Prezident yanında iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa təşkil etmək ;
- Dəyirmi Masanın ayda bir dəfədən az olmayaraq toplantısını keçirmək ;
- Böhrandan çıxış yollarını birlikdə müzakirə etmək və ümumi razılığa gəlmək ;
- Qəbul olunmuş qərarları Prezidentə təadim etmək .
Doğrudur , İqtidar bu təklifləri nəzərə almaya da bilər .
Belə olan halda fəal insanların həbsxanalara salınmasına imkan verməmək üçün sivil qaydalarla mübarizə aparmalıyıq ,
Sosial şəbəkələrdə toplaşıb gücümüzü artırmaqlıyıq .
Hakimiyyətin qansız qadasız dəyişdirilməsinə nail olmaq üçün Azərbaycan Xalq Hərəkatında ( AXH ) təşkillatlanmalıyıq .
Milli Məclisə və idarəetmənin strukturlarına demokratik yolla keciriləcək Seçkiləri təmin etməliyik .
Yalniz bu yolla istəyimizə çata bilərik . Vətəndaşlarımıza hər gün mənəvi , maddi , iqtisadi , sosial problemlərlə əziyyət verən siyasi rejimidən qurtulmalıyıq .
Dövlətimizin suveren hüquqlarının bərpasını ölkəmizin bütün ərazilətində təmin etməliyik .
Rus " sülhməramlılarının " işğalı altında qalan torpaqlarımızdan çıxmağa məcbur etməliyik . Laçın dəhlizini və nəhayət doğma Xamkəndi şəhərini öz sahibinə azərbsycan xalqına qaytarmalıyıq .

Müəllif : Qəvami Sadıqbəyli
( jurnalist - politoloq )

Xudaferin.eu

16:34