XİN: Lüksemburqun xarici işlər naziri ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli, tamamilə əsassız bəyanatlarla çıxış edir

Lüksemburqun xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli, tamamilə əsassız, bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Lüksemburq xarici işlər nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı suala cavabına dair şərhində yer alıb.
Bildirilib ki, Lüksemburq parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni təxribatının tezislərini təkrarladığı diqqətdən yayınmır.
Yaxşı olardı ki, Lüksemburqun xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama verməzdən əvvəl təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun.

Xudaferin.eu

15:44