Zafer Sırakaya: Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması təəssüf doğurur
Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri var. Bu əlaqələrimiz bölgədə sülh üçün böyük əhəmiyyət daşıyır. Keçmiş münaqişə Azərbaycan xalqı üçün ağır humanitar nəticələrlə yadda qaldı. Ermənistandan azərbaycanlıların qovulması və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılması təəssüf doğurur.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransda Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya söyləyib.
Millət vəkili qeyd edib ki, Ermənistandan qovulmuş azərbaycanlıların İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq öz evlərinə qayıtmaq haqqı var.
AK Parti sədrinin müavini Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirib. Z.Sırakaya keçmişin ağrılı səhifəsini qapadaraq, gələcəyə baxmağın zamanının gəldiyini vurğulayıb və Azərbaycanın sülh səylərinə dəstək ifadə edib.

Xudaferin.eu
15:24
Digər xəbərlər