02 October 2020

Ermənistanın Azərbaycana təcavüzü: Xocavənd rayonunun işğal olunmasından 28 il keçir

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi.

Füzuli istiqamətində gərginlik - Düşmən kəndləri, ordumuz düşmən mövqelərini vurur

Ermənilər Füzulinin cəbhə bölgəsində yerləşən kəndlərini səhər saat 06:00 radələrindən etibarən atəşə tutmağa başlayıb. Azərbaycan ordusu əks-həmləyə başlayıb.

"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş müxbirləri xəbər verir ki, düşmən mövqeləri yenidən ordumuz trəfindən darmadağın edilir. Düşmən mövqeləri ağır artileriyadan atəşə tutulur.

Vətən müharibəsinin 5-ci günü: Ordumuz düşmənin başını əzməkdə davam edir

Həmsədr ölkələrin prezidentlərindən atəşkəs çağırışı; işğalçı ölkə Qarabağda ağır itkilər verir; dinc sakinlərimiz növbəti dəfə hədəfə alındı; ekspertlər deyir ki...

Sentyabrın 27-dən başlayaraq Ermənistanın xain təxribatına cavab olaraq əks-hücuma keçən Azərbaycanın qəhrəman Ordusu işğalçını darmadağın etməkdədir.