09 January 2021

Prezident məcburi köçkünlərlə bağlı sorğu keçirilməsini önə çəkdi - tanınmışlardan reaksiyalar

Prezident İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər diqqətləri cəlb edib. Ali Baş Komandan çıxışı zamanı söyləyib ki, keçmiş köçkünlər arasında qayıdışla bağlı sorğular keçirilməlidir.

Qarabağdakı ermənilər köç ovqatındadır - səbəblər

Dağlıq Qarabağdakı ermənilər sənədlər hazırlayır, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər ki, çıxıb getsinlər. Rusiya mediasının bildirdiyinə görə, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazırlar.

Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin təminatı və döyüş hazırlığı səviyyəsi yoxlanılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.