Antalyada Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək

Türkiyənin Antalya şəhərində təşkil olunan Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasına hazırlıq işləri başa çatıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edəcək.
Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının (APA) plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.
Yanvarın 8-də APA-nın Siyasi məsələlər üzrə Daimi Komitəsinin və qurumun İcraiyyə Şurasının iclasları keçirilib.
Hər iki iclasda Azərbaycan parlamentini Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edib.

Sabir Şahtaxtı

Xudaferin.eu

22:33