Avropa ...yoxsa erməni şurası? - alman deputat Şvabe haqqında sensasion məlumatlar - EKSKLÜZİV

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməməsi üçün xüsusi canfəşanlıq edən almaniyalı deputat Frenk Şvabe (Frank Schwabe) 2016-cı ildə (2 iyun) Almaniya parlamentində qondarma erməni genosidinin tanınması üçün hərəkətə keçmişdi. Yəni Frenk Şvabe erməni lobbisinin satın aldığı siyasətçilərdən biridir.

O da aydındır ki, onun Azərbaycana qarşı hazırladığı "təşəbbüs" göydən düşməyib, əvvəlcədən ən yüksək səviyyədə hazırlanıb.

Xatırladım ki, Frenk Şvabe 2019-cu ildə Almaniya parlamentində çıxışı zamanı Azərbaycanı müdafiə etmiş deputat həmkarı Karin Strenzi korrupsiyada ittiham edib. Onun iddiasından sonra xanım deputatın toxunulmazlığını qaldırdıblar. Yazıq qadın qorxusundan 2021-ci ildə 53 yaşında dünyasını dəyişib. Deməli, adam özü erməni lobbisindən pul alır, hələ üstəlik guya "Azərbaycandan pul alan" Karin Strenzə qarşı çıxır...

Ermənilər Qərbdə elə bir atmosfer yaradıblar ki, Azərbaycanın pulunu alıb Azərbaycanı müdafiə etmək korrupsiya sayılır, ermənilərin pulunu alıb Ermənistanı müdafiə etmək isə əsl demokratlıqdır...

Uzun sözün qısası budur ki, Frenk Şvabe ermənilərin dostu, Türkiyə və Azərbaycanın isə düşmənidir.

Daha iki türk düşməni haqqında da söhbət açacam.

2009-2019-cu illərdə Frenk Engel (1975) Avropa Parlamentinin üzvü olub. O, dəfələrlə Qarabağa səfər edib, "Dağlıq Qarabağın müstəqilliyinin zəruriliyini" əsaslandırmağa çalışıb. Təqdim etdiyim fotoların birində o, erməni milli paltarında erməni sevgilisi ilə birlikdə yer alır.

202b68ba-78ad-4343-a6d4-156d637bd8a5.jpg (57 KB)

O, 2016-cı ilin aprelində  Qarabağın dağlıq hissəsindəki separatçı rejimlə bağlı Avropa Parlamentindəki çıxışında belə deyir: “Yeganə çıxış yolu Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır, çünki Azərbaycan işğalçı ölkədir, 24 il əvvəl işğalçı ölkə olub və atəşkəsi daim pozub. Bakı qatil Ramil Səfərovu vəsf edir və hesab edir ki, ermənilər bölgədən yoxa çıxmalıdırlar”...

Frenk Engel erməni sevgilisi- Tatev Manukyanla "Dağlıq Qarabağda" toy etməyə hazırlaşırdılar. Bu, toy oldumu, olmadımı, dəqiq bilinmir. Çünki rəsmi tərcümeyi-halında Frank evli birisi kimi təqdim olunmur. Ola bilər ki, dost həyatı yaşayırlar...

Önəmli olan başqa məqamdır. Erməni qadın milli paltardakı şəkilin tarixçəsi ilə bağlı deyir ki, 4 günlük döyüşlərlərdən (1-4 Aprel döyüşləri, 2016-cı il) sonra Frenklə döyüşlərlə əlaqəli qızğın mübahisəl etdik. Frenk mənə dedi: “Onlar (azərbaycanlılar) bir millimetr də olsa (ermənilərdən) torpaq ala bilməyəcəklər. Lazım olsa, mən də hərbi forma geyinəcəm”. Sanki bədənimdən ilıq bir cərəyan keçdi, onun üzünə gülümsədim və dedim: “Bu dediklərin “Mən səni sevirəm” deməkdən daha təsirli oldu”... 

44 günlük müharibədə herr Frenk Engel Ermənistan ordusunun hərbi paltarını geydimi? Məncə, yox. Geysəydi, hər halda onun bu "qəhrəmanlığından" xəbər tutardıq. Ən azı, erməni təbliğat maşını bu məsələdən dolayı bütün dünyaya hay salardı. 

2018-ci ilin fevralında Frenk Engel Avropa Parlamentinin digər 3 üzvü ilə birlikdə (onların arasında Çexiyadan olan Jaromír Štětina da vardı. O, rus dilində erməni ləhcəsi ilə danışırdı. Yəni o dərəcədə erməni idi.) Kiprdən olan deputat Елени Теохарус da onlarla birlikdə idi; Keçmiş Dağlıq Qarabağa, Azərbaycanın işğaldakı torpaqlarına qanunsuz səfər etmişdilər. O zaman bizim Respublika Prokurorluğu onlara qarşı cinayət işi açmışdı. O vaxt Avropa Parlamenti bəyan etdi ki, həmin deputatların Dağlıq Qarabağa gedişi Avropa parlamentinin rəsmi mövqeyinə ziddir... 

7c74b03b-f511-4be8-94c3-30a325a967e9.jpg (49 KB)

Frenk Engel

Ən maraqlısı isə odur ki, cənab Engel Avropa Parlamentində Mütəşəkkil Cinayətkarlıq, Korrupsiya və Çirkli Pulların Yuyulması Komitəsinin (CRIM) sədr müavini olub və əvvəllər korrupsiyaya qarşı mübarizənin önündə gedən Engel Lüksemburq Xristian Sosial Xalq Partiyasının sədrliyindən istefa vermək zorunda qalıb. Niyə? Çünki o, özü korrupsiyada şübhəli bilinib. 2021-ci ilin oktyabrında bu məsələ ilə bağlı cinayət işi açılıb...

1965-ci il doğumlu Martin Hans Sonneborn 2014-cü ildən bəri Avropa Parlametində yer alır. Onun da arvadı Klaudiya Tursarkisyan əslən ermənidir və cənab Sonnebornun həmin qadından 2 qızı var. 

Almaniyaya məxsus “weltexpress.info” saytı 2019-cu ildə “Welche Gründe stecken hinter den Besuchen von EU-Abgeordneten in der separatistischen Region Bergkarabach? – Stehen EU-Abgeordnete im Dienst des armenischen Separatismus?” (Avropa Parlamentinin deputatlarının separatçı Dağlıq Qarabağ bölgəsinə səfərlərinin arxasında hansı məqsədlər dayanır? – Avropa Parlamentinin deputatları erməni separatizminə xidmət edirmi?) adlı məqalə ilə çıxış edib. Gördüyünüz kimi, Almaniyada da rasional düşünənlər var. Həmin məqalədən sadəcə iki məqamı vurğulayacam. Məqalənin müəllifi soruşur: “Martin Sonnebornun Avropa dəyərlərinə qarşı hərəkətə keçməsinə səbəb nədir? Avropa Parlamentinin deputatı separatçıların idarə etdiyi ölkələrlə maraqlanırsa, niyə Osetiya, Abxaziya və Krıma da səfər etmir, niyə yalnız erməni separatçılarının idarə etdiyi Dağlıq Qarabağa gedir? O, azərbaycanlıları “köçəri tatarlar” kimi xarakterizə edir və avropalı turistlərin qondarma respublikaya səfərlərini təşkil etmək arzusunu ifadə edir”... 

d7e9a5b8-e293-45e6-a089-ae4630d17dfa.jpg (59 KB)

Martin Sonneborn və Aşot Qulyan

 

Diqqət edirsizmi? Azərbaycanlılara “köçəri tatarlar” deyən Avropa Parlamentində niyə oturur? Avropa parlamenti faşistlərəmi qucaq açıb?

Müəllif Osetiya, Abxaziya və Krımı soruşur. Mən isə sualı daha geniş qoyardım. Avropada 260 separatçı hərəkat var. Niyə Avropa Parlamentinin deputatları oralara separatizmə dəstək anlamında səfər etmirlər? Çünki bu domino effekti verər və Avropa İttifaqını darmadağın edər. Fikir verin, avropalı deputatlar Avropada və bütövlükdə Qərbdə separatizmə qarşıdırlar, ancaq Azərbaycan və Türkiyədə isə ikiəlli separatizmə dəstək verirlər. Azərbaycan insanı bu sual ətrafında ciddi şəkildə, özü də dönə-dönə düşünməlidir. Niyə belədir? Məntiq deyir ki, Qərb Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı vuruşur. Niyə Ukraynada separatizmə qarşı müharibə aparan Qərb Azərbaycanda separatizmə dəstək verir? Bu suala özünü demokrat adlandıran kəsimin cavabı varmı? Varsa, bu suala onların cavabını dinləmək çox maraqlı olardı...

İkinci məqama diqqət edin: “Mənim həyat yoldaşım ermənidir. Mən bundan əvvəl Avropa İttifaqını Türkiyənin üzvlüyünü qəbul etməyə çağırmışdım. Ailə quran kimi fikrimi dəyişdim. Partiyamız hakimiyyətə gəlsə, türklər heç vaxt Aİ-yə daxil ola bilməyəcəklər”, - Sonneborn bildirib.

Məqalənin müəllifi soruşur: “Sonneborn siyasi fəaliyyətində öz şəxsi hisslərinin alman vergi ödəyicilərinin maraqlarından və Avropa dəyərlərindən üstün tutur və bunu ona bildirməyin vaxtı çatıb, yoxsa bütün bunlar satiradır?” Bu satira söhbəti haradan çıxdı? Cənab Martin Hans Sonneborn 1995-ci ildə ”Eulenspiegel” adlı satirik jurnalda işləyib...

Məqalənin hazırlanmasında istinad edilən qaynaqlar: 

https://rusarminfo.ru/2017/04/12/armyanskaya-nevesta-deputata-evroparlamenta-i-svadba-v-karabaxe-podrobnosti/

https://weltexpress.info/welche-gruende-stecken-hinter-den-besuchen-von-eu-abgeordneten-in-der-separatistischen-region-bergkarabach-stehen-eu-abgeordnete-im-dienst-des-armenischen-separatismus/

https://gisher.news/ru/politics/deputati-evroparliamenta-prizivayut-priznat-nezavisimost-nkr.html

Xudaferin.eu

12:37