Azərbaycan, Gürcüstan və Türkiyə platforması dünyaya nümunədir

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasında çox gözəl münasibətlər var. Bu üçlük platforması dünyaya nümunədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü siyasətçi, professor Bakur Kvalişvili söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə Gürcüstanın etibarlı tərəfdaşlarıdır.

O deyib: “Hazırda Türkiyədə seçkilər keçirilir. Bu seçkilər Gürcüstan üçün də çox önəmlidir. Türkiyə bizim etibarlı tərəfdaşımızdır. Türkiyədə ölkə prezidentinin seçimi birinci turda alınmadı. Kamal Kılıçdaroğlu da imtiyazlı olduğunu göstərirdi, lakin fakt budur ki, birinci turda Ərdoğan liderlik edirdi. Mayın 28-də ikinci tur keçiriləcək. Ərdoğanın Türkiyədə nüfuzu çox böyükdür. İnanırıq ki, ikinci turda Rəcəb Tayyib Ərdoğan qalib gələcək”.

Onun sözlərinə görə, R.T.Ərdoğan Gürcüstanla münasibətlərdə yenilik yaradıb. Onu Gürcüstanda da çox sevirlər.

Xətayi Əzizov

Xudaferin.eu

10:02