Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.
Bu barədə xudaferin.eu Musavat.com-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.
Postsovet məkanındakı prosesləri hər bir vəchlə nəzarətdə saxlamaq istəyən Rusiya bu regionda olan konfliktlərin onun orbitindən kənarda baş verməsini özünün uğursuzluğu hesab edir. Əslində öz milli təhlükəsizliyi baxımından Rusiyanı haqlı saymağa əsas vardır. Belə ki, SSRİ-nin süqutundan sonra onun varisi olaraq ortada qalan bu böyük ölkə qırmızı dünyanın rəqibləri ilə üz-üzə qalmaqda davam etdi.