Bir sıra şəhər və rayonlarda ermənilərin atdığı mərmi qalıqları zərərsizləşdirilib - FOTO
2020-ci il 13 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Oğuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 10 (on) və Dövlət Sərhəd Xidmətindən 1 (bir) müraciət daxil olub.