Macarıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə töhfə verən dövlətlər sırasındadır
Prezident İlham Əliyevin aprelin 13-də Bakıda ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlər Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə çevirməyə sadiqliyini nümayiş etdirdi.