15 April 2021

Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək “bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Mənə maraqlıdır ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar? Bütün bunlar Azərbaycanı “qələbədən qırağa baxmaq” və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir.

Müdafiə Nazirliyi Zəngilan rayonunun Ağ oyuq qəsəbəsinin videogörüntülərini paylaşıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Zəngilan rayonunun işğaldan azad edilmiş Ağ oyuq qəsəbəsinin videogörüntülərini paylaşıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Xudaferin.eu
 

Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir

Bakıda Hərbi Qənimətlər Parkının açılışında sonra Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxışı zamanı bir sıra vacib məsələlərə toxundu. Şanlı Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunun böyük bir hissəsini məhv etdi və regionda yeni reallıq yaratdı. Azərbaycan 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərini öz gücü hesabına azad etdi.