24 June 2022

Köləliyin düşməni...

Bu gün Elçi Bəyin - köləliyə düşmüş millətinə azadlıq yolu göstərən Türk bozqurdlarından birinin ad günüdür.
Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinə damğa vurmuş adın mübarək olsun, Bəy!
Sən təkcə Rəsulzadə öndərliyində millətimizin qurduğu Cümhuriyyəti bərpa etmədin. Təkcə ölüm-dirim savaşında üç rəngli bayrağımızı öz əlinlə eski yerinə sancmadın. Həm də qatil və quduz rus işğalının güllələdiyi BƏY adını... adımızı bərpa etdin.
Bəyliyi əskik olanların hələ də ürpəndiyi BƏY sözünün VƏTƏN, ANA sözü ilə həmməna olduğunu isbat etdin.

Elçin Mirzəbəyli: Ermənistan mina xəritələrini Azərbaycana verməkdən qəsdən boyun qaçırır

Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Baxmayaraq ki, Ermənistan Minalar Əleyhinə Konvensiyaya qoşulmayıb, hər bir ölkə Konvensiyaya qoşulmasa da, onun tələbələrini yerinə yetirməlidir.
Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə mahir olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.
Bu fikirləri AZƏRTAC-a Zəngilana səfər çərçivəsində müsahibə verən siyasi şərhçi, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Kamal Cəfərov: Sosial medialarda təhlükəsiz mühitə doğru getmək üçün adekvat institusional və qanunvericilik mexanizmi qəbul edilməlidir

Xəbərləri bəyənmə, paylaşma və onlara yazılmış şərhlər əksəriyyətin əvvəlcədən formalaşmış rəylərinə və ya strateji olaraq planlaşdırılmış dezinformasiyanın güclü təsirinə məruz qaldığı halda sosial mediada nə dərəcədə azadıq?
Emmanuel Kantın fəlsəfəsinə uyğun olaraq desək, sosial mediada azadlıq sadəcə istəkləri təmin etməyi ehtiva etdiyi üçün əsl azadlıq deyil.

Elçibəyin çiçəkləyən məzarı

Bu gün Elçibəyin doğum günüdür. 84 yaşı tamam olur. Elə şəxsiyyətlər var ki, onlar ölmürlər. Vaqif Cəbrayılzadənin təbirincə desək:

Su kimi çəkilib

torpağa gedirlər.

Elçibəy də ölmədi ki… Və ölə də bilməz. O da su kimi çəkilib torpağa getdi və torpağı daha nurlu elədi, daha işıqlı elədi, daha bərəkətli elədi.