03 January 2023

Bakıda Sudanın müstəqilliyinin 67-ci ildönümü qeyd olunub

Sudanın Bakıdakı səfirliyi bu ölkənin müstəqilliyinin altmış yeddinci ildönümü münasibətilə ziyafət təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ziyafətdə Azərbaycanda yaşayan Sudan icmasının nümayəndələri və onların ailə üzvləri iştirak ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Sudan Afrika qitəsində müstəqillik əldə edən ilk ölkələrdən biri olub. Sudan, həmçinin Afrikanın digər ölkələrinin azadlıq hərəkatlarına dəstək verib.

Laçın-Xankəndi yolundakı aksiya artıq 23 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 23 gündür davam edir.

Sülhməramlılara məxsus növbəti avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz keçib

Azərbaycanlı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekofəalların və könüllülərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil etdikləri etiraz aksiyası davam edir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyaya baxmayaraq, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.
Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti üç minik, iki təminat və bir media avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.

ABŞ-ın Meyn ştatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

ABŞ-ın Meyn ştatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yanvarın 1-də “Azərbaycan Meyn Cəmiyyəti” tərəfindən təşkil olunmuş bayram tədbirində ştatın Azərbaycan, əfqan, türk, alban, Ukrayna, Rusiya, Litva, İran, İraq, Livan, özbək, tacik və digər etnik icmaları təmsil edən 150-dən çox qonaq iştirak edib. Bundan əlavə, tədbirdə ştatın dövlət və qeyri-hökumət qurumlarının təmsilçiləri də olub.