05 January 2023

Azərbaycan Ordusu dünya miqyasında neçəncidir?

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.
Xudaferin.eu AZƏRTAC-a istinadənxəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.
2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.
Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.

Laçın-Xankəndi yolundakı aksiyada tələblər dəyişməyib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyası 25 gündür davam edir.
AZƏRTAC-ın aksiya yerinə təyin olunmuş əməkdaşı xəbər verir ki, etirazçılar bu dəqiqələrdə yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində ingilis və rus dillərində tələblər yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olundu

Cənubi Sudanda xidmət edən Azərbaycan sülhməramlısı Birləşmiş Millətlər Təşkilatının (BMT) medalı ilə təltif edilib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin tviter hesabında məlumat verilib.
Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov - BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.

Xudaferin.eu