Azərbaycan Prezidentinin Əbu-Dabidəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber” telekanalı və digər media qurumları Türkiyə ictimaiyyətini mövzu ətrafında geniş məlumatlandırıblar.