27 January 2023

Səfirlik: Əminik ki, silahlı hücumun təşkilatçıları və iştirakçısı tezliklə cazalandırılacaq

Azərbaycanın Rusiyadakı səfirliyi İrandakı diplomatik missiyamıza basqın nəticəsində həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, səfir Polad Bülbüloğlu və səfirliyin əməkdaşları silahlı hücumun təşkilatçısının və iştirakçısının tezliklə cazalandırılacaqlarına əminlik ifadə ediblər.

Mariya Zaxarova: Azərbaycanın İrandakı səfirliyinə hücum bizi şoka saldı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəmizin İrandakı səfirliyinə hücum nəticəsində mühafizəçinin qətlə yetirilməsi ilə bağlı azərbaycanlı həmkarlarına başsağlığı verib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, diplomat bu barədə teleqram kanalında yazıb.

Kolumbiya mətbuatında Ulu Öndər Heydər Əliyev haqqında məqalə yayımlanıb

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-dən olan “AlPress” xəbər portalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən bəhs edən yazı dərc olunub.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, tanınmış jurnalist və adıçəkilən xəbər portalının baş direktoru Roberto Trobaxonun müəllifi olduğu məqalədə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, habelə 20 Yanvar faciəsindən bəhs edilir.

Bəyanat

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş terror hücumu nəticəsində səfirliyimizin mühafizə xidmətinin əməkdaşının qətlə yetirilməsi bizi sarsıtdı. Bu xain və alçaq hücumu şiddətlə qınayırıq və mərhumun doğmalarına, eləcə də Azərbaycan xalqına başsağlığı verir, hadisə zamanı yaralanmış digər şəxslərin tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.