Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik

Bu gün- 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

İllərdi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün mühüm rol oynayır.

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq və ixtidar-müxalifət birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər.

Vətən müharibəsi zamanı xaricdə fəaliyyət göstərən təşkilatlarla yanaşı Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti, Xudaferin (www.xudaferin.eu) Jurnalı, eləcədə "Ya Qarabağ, Ya Ölüm" Beynəlxalq Dostluq Qrupu düşmənin məkrli informasiya təxribatlarına qarşı əzimlə mübarizə aparmış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində misilsiz xidmətləri Zəfərimizə layiqli töhfə olmuşdur.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti, Xudaferin (www.xudaferin.eu ) jurnalının kollektivi və "Ya Qarabağ, Ya Ölüm" Beynəlxalq WhatsApp qrupu adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edirik. Ölkəmizə daima sülh, əminamanlıq, firavanlıq, xalqımıza isə can sağlığı, ruzi-bərəkət arzulayırıq!

Tanrı Azərbaycanı qorusun.

31 dekabr, 2022-ci il, Amsterdam Niderland.

Xudaferin.eu

16:35