Tahir Hacıyev: “Belə təşkilatlara dəstək verən, yaxud vermək istəyən iş adamları qurumun başına keçməməlidirlər…”
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayına görə, Rusiya ilk yerdədir. Bu səbədən də, təbii olaraq, ən böyük diaspor qurumlarımız məhz bu ölkədə olmalıdır. Bəs, bu say çoxluğu ölkəmizə dəstəkdə necə əks olunur və soydaşlarımızın Rusiyada təşkilatlanması, gücə çevrilməsi hansı mərhələdədir? Rusiyadakı azərbaycanlıların təşkilatlanması, birlik olması üçün illərdir səy göstərən, bu işə əmək verən Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbərlərindən biri, xeyriyyəçi iş adamı Tahir Hacıyevlə də bu barədə söhbətləşdik.
– Tahir müəllim, ilk olaraq özünüz haqda məlumat vermənizi xahiş edirik.
-Mən 1955-ci ildə Göyçayın İnçə kəndində doğulmuşam. Çoxuşaqlı ailə olmuşuq. Atam həmişə istəyib ki, biz şəhərdə təhsil alaq və şəhərdə məskunlaşaq. O, özü Göyçayda kolxozda sədr işləyib. Harada dağınıq kənd olsa atamı ora göndəriblər ki, oranı ayağa qaldırsın. Biz fəxr edirik ki, elə bir kişinin övladlarıyıq.
Təhsilə Göyçay internat məktəbində başlamışam. İndi də o məktəblə əlaqəm var. Həmişə çalışmışam ki, o məktəb üçün nəsə edim. Sonra – 1972-ci ildə Bakı fizika-riyaziyyat təmayüllü məkətbi bitirmişəm. ATİ-yə hazırlaşırdım, amma qəbul ola bilmədim deyə hərbi xidmətə yollandım. 1976-cı ildə inşası başlanan BAM-ın tikintisinə getmək üçün müraciət etdim. Amma elə oldu ki, Moskvada olipmiya kompleksinin inşasına getdim. 36 nəfərlə getmişdik, onlardan rəhmətə gedənlər də var, həyatda olanlar azdır.
Qonşu kənddən evləndikdən sonra Moskvada məskunlaşdım və burada da institutu bitirdim. İş fəaliyyətinə metrotikintidən başladım, elə oradan da təqaüdə çıxdım. 2 övladım, 7 nəvəm var. Böyük oğlum Samir təqaüddə olan pod-polkovnikdir. Bir qızım bizim kompaniyada mühasibdir, digər qızım isə burada Milli Təhlükəsizlik Xidmətində çalışır, mayor rütbəsinə sahibdir. Böyük nəvəm Lomonosov adına MDU-nun tələbəsidir. 2-ci nəvəm də bu il hazırlaşır. Uşaqlar burada böyüyüblər, rus-azərbaycan dillərini səlis bilirlər. Mən həmişə tərəfdarı olmuşam ki, uşaqlar öz dilimizi yaxşı bilsinlər. Öz ailəm və yaxınlarımda buna nail olmuşam, amma ümumrusiya çərçivəsində yox. Bu, çox çətindir, 2-3 il Rusiyada yaşayandan sonra soydaşlarımız dillərini itirməyə meylli olurlar.
– Sizcə, bunun səbəbi nədir, Azərbaycan dilində məktəbin olmaması, yaxud laqeydlik?
– Bu, həm məsuliyyətsizliyin, həm məktəb olmamağın nəticəsidir. Biz azərbaycanlılar öz dilimizə çox biganə yanaşırıq. Hələ 1976-cı ildə bura gələn iki kəlimə rusca bilməyənlər çalışırdılar ki, övladlarına rus dili öyrətsinlər. Onlara deyirdim ki, tələsməyin, bu uşaq ruslarla ünsiyyətdə olaraq rus dilini öyrənəcək, sən ona öz dilini öyrət. Burada Azərbaycan məktəbi də yoxdur. Rusiya üzrə yalnız Moskvada Kərim Kərimov adına bir məktəb var, o da getdikcə populyarlığını itirir. Hərçənd ki, ictimaiyyət arasında, toy məclislərində, toplandığımız bütün yerlərdə təbliğ edirik ki, insanlar heç olmasa evdə məişət səviyyəsində öz uşaqları ilə Azərbaycan dilində danışsınlar. Ona da nail olmaq olmur. Rusiyaya gələnlərin 1-ci nəsli öz dilində danışır, 2-ci nəsil öz dilini təmiz bilir, nəvələrim də bilir, amma bir az zəif. Çünki 3-cü nəslin ünsiyyət mühiti azərbaycanlılardan çox, rusdillilər olur. Yəni mühit buna məcbur edir. Çünki dövlət dili rus dilidir, bağça, məktəb rus dilindədir. Öz dilini bilənlərimiz bunu məişət səviyyəsində bilir.
– Rusiyada diaspor fəaliyyətiniz necə başladı?
– Mən hər zaman deyirəm ki, ictimaiyyətçi olmurlar, ictimaiyyətçi doğulurlar və ölürlər. İctimaiyyətçi çalışaraq püxtələşmir, bu, onun qanında olmalıdır. Biz Moskvada rəsmi təşkilat yaratmağa 2002-ci ildən başladıq. Əvvəllər 1999-cu ildə qeydiyyatdan keçmiş “AzərRos”, Dünya Azərbaycanlıları Konqressi var idi. Onların hər birinə əlimdən gələn dəstəyi verirdim. Anlamaq istəyirdim ki, bu təşkilatların hansı bizim millət üçün daha yararlıdır. Hərəsinin öz funksiyası var idi. DAK ölü vəziyyətə düşdü. Ona Sabir Rüstəmxanlı rəhbərlik edirdi. 2001-ci ildə rəhmətlik Heydər Əliyev və Putinin dəstəyi ilə qeydiyyatdan keçmiş Ümumrusiya Azərbaycanlıları Konqresi (VAK) də 2016-cı ildə bağlandı. Bağlanmalı idi də. DAK bu gün qeydiyyatdadır, amma fəaliyyəti çox genişlənmədi. 2016-cı ildə də ÜAK (VAK) konqress bağlandı. Bizim aid olduğumuz təşkilat Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyətı təşkilatıdır. Bu, üç səviyyədədir. 1-ci federal milli nazirlikdir. 2-ci səviyyə regional təşkilatdır. 3-cü səviyyə hər munisipial dairədə yerli təşkilatdır. Köhnə raykom-partiya sisteminin strukturuna bənzəyir. Rayonda bir təşkilat varsa, ikincisi ola bilməz. Amma qeyri-rəsmi təşkilatlar, dərnəklər çoxdur. Bizim fəaliyyətdə olduğumuz təşkilat Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı təşkilatıdır. Adından göründüyü kimi, torpaq-sahə muxtariyyatı verilib. Yəni dinini, dilini, adət-ənənəni bu dövlətin içində qoruyub–saxlamaq hüququn var.
Bildiyiniz kimi, Rusiya çoxmillətli dövlətdir. O vaxt Avropa Şurası Boris Yeltsinə qəbul etdirdi ki, siz istənilən azsaylı xalqlara belə bir milli-mədəni hüquq verməlisiniz ki, o xalqlar öz milli adət-ənənəsini qoruyub saxlaya bilsin. Bundan da bəzi xalqlar gözəl istifadə edə bilir. Bizim xalq isə çox təəssüf ki, istifadə edə bilmir.
– Bizdə niyə alınmır ki?..
– Mən Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatına üstünlük verirəm. Bu təşkilat dövlət içində dövlət deməkdir. Bunun prezidenti Putinin yanında nümayəndədir. Hər 3 aydan bir Putinin yanında buna dair iclas keçirilir və istənilən məsələ üzrə dövlət dəstəyi tələb edilə bilər. Hansısa xalqın milli-mədəni mənsubiyyətini qoruyub-saxlamaq barədə nə problem varsa, bunu iclasda prezident Putinə bildirə və çözə bilər. Qeyri-millətlər də bundan gözəl istifadə edirlər. Təəssüf ki, gedən hadisələrin nəticəsi parçalanma oldu. O zaman “AzərRos”un Şurasının 45 üzvü var idi, 27-dən çox hüquqi şəxs qismində regional təşkilatlar da bu qurumun üzvü idi. Son dəfə Mehriban Sadıqovanın başçısı olduğu “AzərRos”un son qurultayında Şura üzvləri 13 nəfər, hüquqi şəxs qismində təşkilatların sayı isə 7 oldu. Biz azərbaycanlılar ictimai təşkilata daha çox qazanc mənbəyi, bir hissəmiz də reklam vasitəsi kimi baxırıq. Söhbət təşkilat rəhbərlərindən gedir, millətdən yox. Amma elə təşkilatlar da var ki, aşağıdan yaranaraq yuxarı səviyyəyə çıxıblar. Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti vilayət təşkilatı belə qurumdur. Burada da Qalib Ağayevin (keçmiş sədr, 2018-ci ildən təşkilata Elşən İbrahimov rəhbərlik edir – müəl.) rolu müstəsnadır. Moskva vilayətində 64 şəhər var. 64 yerli milli-mədəni muxtariyyatlar yaratmaq mümkündür. Biz hal-hazırda onun 27-də fəaliyyət göstəririk. Onun 4-ü rəsmi milli-mədəni muxtariyyətdir. 13-ü isə nümayəndəlikdir. Təşkilat rəsmi milli-mədəni muxtariyyət kimi çalışanda, maliyyə hesabatlarını təqdim etmək lazımdır. Ancaq çox vaxt bu təşkilatların formal inzibati hesabat məsələlərində səhlənkarlıq edildiyinə görə, onların xeyli hissəsi qapadılır. Biz öncə nümayəndəlik yaradırıq ki, onun normal işlədiyini ortaya qoya bilirsə, özünü doğruldursa, rəsmi qeydiyyatdan keçiririk və o rəsmi milli-mədəni muxtariyyət olur.
Moskvada 14 rəsmi təşkilatı biz yaratmışıq. O zaman bu işləri Qalib Ağayevlə görmüşük. Hətta Moskvada 146 munisipal dairə var. Orada 146 təşkilat ola bilər.
İş prinsipinə gəlincə, belə təşkilatlara dəstək verən, yaxud vermək istəyən iş adamları özləri qurumun başına keçməməlidirlər. Onlar təşkilatçılıq işlərini bacaran talantlı insanlara dəstək olmalıdır. Mənim məqsədim reklam olunmaq deyil. Etdiklərimi reklama gərək duymadan edirəmsə niyə reklam olunmağı istəməliyəm. İnsan əməllərinə görə məqam gələndə onsuz da tanınır. İş görmədən, vətən üçün əmək vermədən reklam olunmaq istəyənlər bizim təşkilatda yoxdur. Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti çox müsbət işlərə imza atacaq. Pandemiya dönəmində üz-üzə görüşlər keçirmək mümkün olmasa da, zoom görüşlər keçirdik. Təşkilatın Youtube kanalı da bu yaxınlarda açıldı. Biz illərdir fəaliyyətdə olmuşuq, amma bunu göstərməyə cəhd etməmişik. Əsasən də fəaliyyətimizi sosial şəbəkələrdə işıqlandırmağa 2-ci dərəcəli kimi baxmışıq.
– Bu günə qədər hansı layihələri həyata keçirmisiniz?
– Biz 2011-ci ildə regional təşkilat yaradandan sonra “Azerbaydjan qlazami Rossiyskix şkolnikov i studentov”-“Rossiyya qlazami azerbaydjanskix şkolnikov i studentov” adlı layihə həyata keçirdik. Sonra “Turçiya qlazami Rossiyskix şkolnikov i studentov” adlı layihə keçirdik. Bu layihələri Türkiyədə, Antalyada keçirmişik. Azərbaycanda bu layihəni Göyçayda və Mingəçevirdə keçirdik. Rusiyada Kalmıkiyadan tutmuş Perm, Rostov, İjevsk və müxtəlif regionlarda həyata keçirmişik. Layihə çərçivəsində məktəblərə, universitetlərə gedib müəllimlərlə danışırıq və başa salırıq ki, onlar da bu işdən qazanclı çıxacaqlar. Əslində isə, bu, onların borcudur. Nəinki məktəblərdə, istənilən sinifdə heç olmasa 2-3 azərbaycanlı uşaq var. Mən Moskvada bunu gəzib görmüşəm. Əvvəlcə Azərbaycanın şimalından tutmuş cənubuna, tarixindən tutmuş müasir həyatına qədər, iqtisadiyyatından siyasi həyatına qədər suallar tərtib edirik və uşaqlara deyirik ki, müsabiqəyə hazırlaşsınlar, 1 həftə, yaxud 1 aydan sonra müsabiqə olacaq. Həmçinin, həmin məktəblərdən fəal müəllimələri tapırıq ki, uşaqları hazırlaşdırsınlar. Həmin məktəbin akt zalında Azərbaycan atributları, həm də məhsullarını təşkil edirik. Çünki müsabiqənin sonunda furşet veririk. Akt zalında ən azı 100-dən yuxarı uşaq və tələbə olur. Onların qarşısında bu uşaqlar verilən suallara cavab verirlər. Hər uşaq çıxış edəndə jüri ona xal verir. Müsabiqədə bir nəfər seçilir, ona deyilir ki, yay tətilində sən Azərbaycana gedəcəksən. Suallara cavab verən uşaqların qalanına isə hədiyyələr verilir. Beləliklə, seçilən uşaqları Azərbaycana aparırdıq. Onlar axtarıb-araşdırdıqlarına görə Azərbaycan haqda məlumatları məndən də yaxşı bilirdilər. Müsabiqədəki uşaqlar isə Azərbaycan məhsulları ilə ölkəmizi daha yaxşı yadda saxlayırdılar.
– Bəs Rusiyalı gənclərimizin Azərbaycanla mənəvi bağı itirməməsi üçün nələr etməliyik?
-Azərbaycan reallığını həqiqətləşdirmək lazımdır.
-Necə?
-İndi miqrasiya dövrüdür. 90-cı illərdən – SSRİ dağıldıqdan sonra burada yaşayan insanlar səpələndi. Azərbaycanlılar da miqrasiyaya başladılar. Bizim millətin də gedəcəyi ən yaxın ölkə öncə Rusiya, sonra isə Avropa oldu. Bizim nəslin uşaqlığı Azərbaycanda keçidyi üçün torpaq bizi çəkir, amma bu günki uşaqların vətəni doğulduğu, böyüdüyü yerdir. Onların damarından axan qan azərbaycanlı qanıdır. Amma mühit onları Azərbaycansızlaşdırır. Sual və tapşırıq da budur ki, necə edək, bu insanlar Azərbaycanı unutmasınlar. Gəlin qeyri-millətlərə baxaq. Məsələn, yəhudilərə və xoşumuz gəlməyən ermənilərə Min illərdir bu millətlər dünyanın hər yerinə səpələniblər. Necə olur ki, onlar dillərini unutmurlar… Çünki onlar kilsə tərəfindən təşkilatlanıblar, oradan idarə olunurlar. Maliyyəni də kilsədən yığırlar. Kilsə millətin qaymağını təşkilatlandırır, o qaymaq da kütləni idarə edir. Amma bizdə bu yoxdur. Bizdə məscidə gedəndə deyirlər, sən sünnisən, mən şiə, ya da əskinə.
– Bəs, bizdə bu kilsə rolunu hansı qurum yerinə yetirməlidir?
“MOSKVADA 14 TƏŞKİLAT YARATMIŞIQ” – “Amma qeyri-rəsmi təşkilatlar, dərnəklər çoxdur”

(Ardı var)
“Hürriyyət”
Xudaferin.eu
12:33
Digər xəbərlər