NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində treninq

Milli Müdafiə Universitetində NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treninq keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər təşkil edilir.

Dekabrın 9-dək davam edəcək treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xudaferin.eu

16:19