Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Tərtər və Ağdamdakı mina partlayışlarına münasibətində vurğulayıb.

“Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir. Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanmışdır. Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib”, - deyə ombudsman qeyd edib.

Xudaferin.eu

13:07