Siyasi şərhçi: Paşinyanın həqiqəti dilə gətirməsi diplomatiyamızın növbəti uğurudur
Ermənistan rəhbərliyi gec də olsa dərk etdi ki, təxribatlar, terror aktları törətməyin sonu yoxdur. İkinci Qarabağ döyüşlərində ağır məğlubiyyətə uğrayan və kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistanın siyasi və hərbi rəhbərliyi bundan sonra Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyəcəklərini dərk etdilər. Məğlubiyyətdən bir müddət sonra fəallaşan revanşistlərin də bütün cəhdləri uğursuz oldu. Sərhədboyu ərazilərdə təxribatlar törədən erməni silahlı birləşmələri yerindəcə susduruldu. Hətta müxtəlif ermənipərəst qüvvələrin erməni hərbi birləşmələrini silahlandırmaq cəhdləri də baş tutmadı. Artıq Ermənistan rəhbərliyi yeganə çıxış yolunun sülh müqaviləsini imzalamaqda gördü və bu istiqamətdə addımlar atmağa başladı. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə, Moskvada və digər şəhərlərdə keçirdikləri ikitərəfli və üçtərəfli görüşlərdə özünü sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi göstərirdi, ancaq bu görüşdən ayrılan kimi sözünü danırdı. Bütün bunların faydasız olduğunu dərk edən baş nazir nəhayət “Qarabağ Azərbaycandır!” reallığını etiraf etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov söyləyib.
O bildirib ki, Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanımaqla da bunu təsdiqləmişdi. Həmin görüşdə sülh müqaviləsi imzalanmadı, ancaq bu müqavilənin imzalanması yolunda mühüm nailiyyətlər əldə edildi. Bunlardan ən önəmlisi isə şübhəsiz ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması oldu. Həmin görüşdən sonra imzalanan bəyanatda Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiqliklərini təsdiq etdilər. Söz yox ki, bundan sonra Ermənistanda Nikol Paşinyana qarşı etirazlar başlandı. Ancaq Paşinyan əsl reallığı öz xalqına başa saldı. O, bundan sonra parlamentdə və jurnalistlər qarşısındakı çıxışlarında da Praqadakı etirafını təsdiqlədi.
Ə.Bədəlov Ermənistan baş nazirinin bir neçə gün əvvəl-mayın 22-də keçirdiyi mətbuat konfransında çıxışına münasibət bildirərək deyib ki, Ermənistan ölkəmizin 86,6 min kvadratkilometrlik ərazisini tanıyır və buraya Qarabağ da daxildir. “Paşinyanın bu etirafının kökündə, əslində, Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti dayanır. Dövlətimizin başçısının iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, xarici ölkə başçıları ilə keçirdiyi, həmçinin ikitərəfli və üçtərəfli görüşlərində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirməsi, nəhayət, Ermənistan rəhbərliyi tərəfindən də etiraf olundu. 2019-cu ildə Şuşada “Qarabağ Ermənistandır və nöqtə”, - deyən Paşinyanın üç il sonra öz mövqeyindən imtina etməsi və həqiqəti dilə gətirməsi diplomatiyamızın növbəti uğurudur. Ermənistanın baş naziri buna qədər Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etsə də, Qarabağın Azərbaycan ərazisi olduğunu bu cür açıq şəkildə etiraf etməkdən yayınırdı. İndi isə bu həqiqəti etiraf etmək məcburiyyətindədir. Çünki əksər dövlətlər də bu reallığı qəbul edir və işğalçı ölkə ilə əməkdaşlıqdan yan keçir”.
Siyasi şərhçi bildirib ki, Ermənistanın baş naziri Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu haqda dediklərindən sonra Xankəndidə separatçılar arasında çaxnaşma başlayıb. Separatçıların təcili olaraq qondarma “parlamenti” toplamasının, Paşinyanın bu etirafına etiraz etmələrinin heç bir faydası yoxdur. İndi Qarabağda yaşayan ermənilərin yalnız bir yolu var - ya Qarabağı tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək.
Ə.Bədəlov deyib ki, dövlətimizin başçısı Qarabağda yaşayan ermənilərə qarşı humanizm nümayiş etdirir, onların bütün digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara sahib olduqlarını vurğulamaqla ölkəmizdə haqq-ədalət prinsiplərinin aliliyini bir daha təsdiqləyir. Qarabağın erməni əhalisi bu humanizm prinsiplərindən yararlanmalı, yeganə nicat və inkişaf yolunun yalnız Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçdiyini dərk etməli və bu tarixi şansı qaçırmamalıdırlar.
“Həm separatçılar, həm də revanşistlər bütün fitnəkar planlarından əl çəkməlidirlər. Paşinyanın da “Ermənistanın təhlükəsizliyinin təminatı bütün qonşularla münasibətlərin tənzimlənməsi şəraitində mümkün olacaq sülhdür. Bu asan proses deyil, amma bizim xalqımızın istədiyi və gözlədiyi budur”, - deməsi separatçılara ciddi xəbərdarlıq olmalıdır. Onlar dərk etməlidirlər ki, nə qədər təxribatlar törətməyə cəhd etsələr də, sonda Azərbaycanın bayrağının altından keçməyə məhkumdurlar”, - deyə Ə.Bədəlov bildirib.

Xudaferin.eu
16:32
Digər xəbərlər