Tahir Budaqov: Vətən müharibəsində şanlı Qələbəmizdə ölkəmizdə yaşayan bütün xalqların payı var

Bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən rus əsilli vətəndaşlarımızın payı var.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 3-də “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanda mövcud olan icmalar cəmiyyət həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar. 30 illik yubileyini qeyd edən Azərbaycanda Rus İcması da bu baxımdan istisna deyil.

Xudaferin.eu

13:50