Görünür, bu gün çoxumuzun vicdanı susub, ya da nəsə kimə görəsə susub...
Öncədən deyim ki, mən mustəqil bir azərbaycanlı olmaqla yanaşı, 33 ildir vətəndən uzaqlarda yaşayıram...
Son illər və bu günlər sosial şəbəkələrdə yazıçı Anara qarşı tərbiyəsiz hücumlara dözə bilməyib bir neçə söz demək istəyirəm.
Öncədən bildirim ki, mən nə yazıçılar, nə də jurnalistlər İttifaqının üzvüyəm. Hərçənd, 50 il fasilədən sonra Azərbaycan Qürbət mətbuatının davamçısı olan Xudafərin (www.xudaferin.eu) jurnalının təsisçisi və baş redaktoruyam. Anarın nə vəkili,nə də ruporuyam.
Bizim gəncliyimiz Vahabzadələrin, Anarların yaradıcılığı ilə milli-mənəvi dəyərlərlə qidalanıb. Bizim tərbiyəmizdə onların bizdə milli süurun formalaşmasında xidmətləri valideynlərimizin əməyindən qat-qat çoxdur.
Anar bizim gəncliyimiz və milli sürumuzun şəxsiyyət vəsiqəsidir. Mən hələ də inana bilmirəm ki, özünü azərbaycanlı sayan kimsə Anara dil uzada.
Ancaq sosial şəbəkələrdə nə görürük?... Nəyinki Anarın özü, hətta atası, anası, ovladları müzakirə mövzusu olub. Özü də xaincəsinə, paxıllıqsasına.
Rəhmətlik Heydər Əliyev səsi olmasa da Azərbaycan mahnılarına sevgisini "Küçələrə su səpmişəm" mahnısı ilə izhar elədi. Hamı bəyəndi. Anar musiqimizə olan sevgisini "Laçın" mahnısı ilə bildirdi. Sosial şəbəkələr ələ salir ki, Anar müğənnilik eşqinə düşüb... Bu nə qədər ədalətli yanaşmadır?...
Anar sovet totalitar rejimi zamanı Azərbaycanın haqq səsi olub. Anar həmişə Azərbaycan olub və gəncliyini buna kökləyib, azərbaycançılığa.
Anarın redaktor olduğu Qobustan jurnalı səviyəsində hələ bu günə kimi Azərbaycanda ikinci bir jurnal nəşr olunmayıbdır. Bu Qubustan jurnalı məhz ona görə sovet vaxtı əl-əl gəzərdi.
Anara hücum çəkənlər, AYIBDIR!!! Siz düşməni bizə güldürürsünüz...
Anar ən çətin anlarda bizim milli heysiyatımız olub və bizim milli heysiyatimizla oynamaq olmaz!!!!
Məndən bu qədər...
P.S. Bilirəm məni də söyəcəksiniz, söyün, ancaq Anarı yox!!!
Anar bizim heysiyatımızdır.
Çox istərdim ki, məni səmimi və anlayışla qarşılayaydınız...
Dərin hörmət və ehtiramla Elman Mustafazade
Amsterdam
Vicdan susanda...

Xudaferin.eu
22:22
Digər xəbərlər