ADİL MİNBAŞININ 3 İL ƏVVƏL «TƏZADLAR»A SÖYLƏDİKLƏRİNİ ABŞ KONQRESİ İNDİ AÇIQLADI

«ABŞ Konqresi Bayden ailəsinin Rusiyadan “milyonlar” aldığını bildirib»- "Fox News" bu barədə yazıb…

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer ABŞ prezidenti Co Baydenin xarici əməliyyatları ilə bağlı hesabat yayıb və bu hesabatda prezidentin ailəsi və onun tərəfdaşlarının vitse-prezidentliyi dövründə Rusiyadan olan iş adamlarından “milyonlar” aldıqlarının ehtimal edildiyi bildirilir.

Xatırladırıq ki, "House GOP release bank records on Hunter Biden payments from Russian, Kazakh oligarchs, total clears $20M" başlıqlı məqalədə deyilənlərin əsas faktlarını tanınmış hüquqşünas, Baş ədliyyə müşaviri Adil Minbaşı hələ 3 il əvvəl «Təzadlar»a müsahibəsində qeyd etmişdi ki, Co Baydenin özü və oğlu Hunterin «Bunisimo Neft-Qaz Holdinqi» ilə bağlı əlaqələrində korrupsiya faktı vardır. Hansı ki, Adil Minbaşı Trampa qarşı impicment elan olunması ilə bağlı Senatda müzakirələr başlamamışdan əvvəl qəzetimizə müsahibəsində bildirmişdi.

Bəs Co Baydent hansı korrupsiya fəaliyyətində suçlanır?

Beləliklə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer ABŞ prezidenti Co Baydenin xarici əməliyyatları ilə bağlı hesabat yayıb və bu hesabatda prezidentin ailəsi və onun tərəfdaşlarının vitse-prezidentliyi dövründə Rusiyadan olan iş adamlarından “milyonlar” aldıqlarının ehtimal edildiyi bildirilir. Bu barədə «Fox News» (https://www.foxnews.com/politics/house-republicans-release-bank-records-..." sərlövhəli məqalədə bu barədə bəhs edib. Adı çəkilən TV Kanal, həmçinin bank qeydlərinin skrinşotlarından ibarət reportaj da yayımlayıb. Sitat: “Komitə Çin, Rumıniya, Qazaxıstan, Rusiya və Ukrayna da daxil olmaqla xarici mənbələrdən Bayden ailəsinin bank hesablarına milyonlarla dolların daxil olduğunu müəyyən edib. Lakin Baydenlər və onların tərəfdaşlarının 20 milyon dollardan çox xarici ödəniş müqabilində hansı xidmətləri göstərdiklərini açıqlanmır…», -deyə sənəddə deyilir.

Hesabatda “Rosemont Seneca Thornton” shell şirkətinə 3,5 milyon dollar köçürdüyü iddia edilən rusiyalı sahibkar Yelena Baturinanın da adı çəkilir. Sənəddə eləcə də Ukraynanın “Burisma” neft-qaz holdinqi ilə əlaqələrə də toxunulur. Bundan başqa, memorandum qazaxıstanlı oliqarx Kenes Rakişevin ödənişlərinə də aiddir. Baydenin bu şəxslər və ya onların nümayəndələri ilə şəxsən görüşdüyü bildirilir.

Hesabatı tərtib edən Comer deyib ki, hazırkı prezidentin oğlu Hunter Bayden Qazaxıstan, Rusiya və Ukraynadakı oliqarxlardan milyonlarla pul çıxarmaq üçün atasının nüfuzundan istifadə edib.

Əlaqədar: Joe Biden oğlunun iş ortaqları ilə danışdı, Hunter Baydenin ortağı bunu təsdiqləyib. Bundan əvvəl Comer Baydeni oğlu Hunterin Ukraynadakı biznesi ilə məşğul olmadığı barədə yalan danışmaqda ittiham etmişdir. O, bu bəyanatı kiçik Baydenin ortağı Devon Arçerin ifadəsinə əsaslanaraq edib: Sitat: «Bayden 10 il ərzində, o cümlədən Hunterin Ukrayna neft şirkətinin direktorlar şurasında işlədiyi 2014-cü ildən 2019-cu ilə qədər oğlunun tərəfdaşları ilə dinamik telefonla 20 dəfə danışıb və Burisma qaz şirkəti ətrafında söhbət olub». Bununla belə, Ağ Ev bildirib ki, Arçerin ifadəsində heç vaxt prezident Baydenin oğlu və ya tərəfdaşları ilə iş müzakirə etdiyini və ya səhv bir şey etdiyini eşitmədiyini göstərib.

Respublikaçılar isə Bayden və onun oğlunu Ukraynada korrupsiya sxemlərində iştirakda şübhəli bilirlər. Keçmiş prezident Donald Trampın tərəfdaşları Hunterin Burisma holdinqinin korrupsiya sxemlərində əli ola biləcəyinə inanırdırıblar. Tərəfdarların fikrincə, ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə vitse-prezident vəzifəsində çalışmış Co Bayden oğluna kömək etməyə çalışıb, Ukrayna hakimiyyətinə təzyiq göstərib və «Burisma»nın sahibi Nikolay Zloçevskini araşdıran Baş prokuror Viktor Şokini istefaya göndərməyə məcbur da edib.

***

Bax belə! «Təzadlar» Adil Minbaşının müsahibə və təhlillərini, proqnozlarını təhlil etdikcə daha maraqlı məqamların doğruluğunun arxivləşdirildiyinin şahidi olur.

Asif Mərzili

15:20