60-ın mübarək, Əziz Dost!

Elman bəy Mustafazadənin doğum günüdür. 60 yaşı tamam olur.

Artıq 3-cü onillikdir ki, Avropada mühacir həyatı yaşayan Elman bəyin xüsusi təqdimata ehtiyacı yoxdur. O, böyük bir məkanda - Niderlandın sahillərini yuyan Şimal dənizindən tutmuş Avropanı Asiyadan ayıran Ural dağlarına qədər olan bir ərazidə bütün vasitələrlə Azərbaycan işartılarını tapır, onları işığa çevirmək üçün maddi və mənəvi dəstəyi əsirgəmir. Bu gün onun səsi haralardan gəlmir? Biz onu mütəmadi olaraq Almaniyada, Polşada, Baltikyanı ölkələrdə, Rusiyada və Avropanın digər dövlətlərində yaşayan həmvətənlərimizin arasında görürük.

Bu il 60 yaşını qeyd edən Elman bəy özünün çoxşaxəli fəaliyyətilə çoxlarımıza örnəkdir. O, professional jurnalistdir, insanlar arasında körpü yaradan təşkilatçıdır, Azərbaycanın səsini, ağrılarını dünyaya çatdırmaqdan yorulmayan vətənpərvərdir, iş adamıdır, bir sözlə işığını ətrafdakılardan əsirgəməyən bir ziyalıdır.

Çox vaxt deyirlər ki, Avropada həyat 60 yaşından başlayır. İnanır və arzu edirik ki, Elman bəy özünün uğurları ilə bizləri hələ çox sevindirəcəkdir. Bunun üçün Allahdan ona möhkəm can sağlığı, bolluca ömür arzu edirik.

60-ın mübarək, Əziz Dost!

Xudaferin.eu

18:58