Düşmən südü əmən xainlərimiz, rusa maşalıq edən əxlaq yoxsulu satqınlarımız, çörəyini yeyib, suyunu içdikləri gözəlim Azərbaycandan qeyri hamıya nökərçilik etməyə hazır olan şərəf yoxsullarının son günlər birgə səylə müharibə əlili, veteranları və şəhid ailələrinə yönəlmiş təxribatçı fəaliyyətlərini görməzdən gəlmək özü bir növ fərarilikdi, onlara bənzərlikdi.
Bir xalq olaraq 30 il bu Zəfərə qovuşmaq üçün çalışdıq. Kimlər canından keçdi, kimlərsə malından və kimlərsə heç öz xainliyindən belə keçmədi, əl çəkmədi. Biri rusa, biri farsa, biri ingilisə, biri erməniyə, biri Mozambikə və s. işlədi. Bunlardan məmləkətə və məmləkət insanının rifahı üçün işləyən birisini tanıyırsınızmı? Bu gün də eyni xislətlə qazanılmış zəfərə çirkab atmağa çalışmaqdadırlar. Komandandan tutmuş əsgərədək hər kəsi hədəfə alıblar. Biri maaşlarını, biri təqaüdlərini kəsir. Kimiləri yüksək məqamlarda, kimlər isə əks qütbdə olsalar da, eyni işi görməkdədirlər. Utanmadan da «niyə 30 il gözlədik» deyə soruşanlar var? Yadıma bir lətifə düşür.
Deyirlər ki, tısbağadan sormuşlar: «Qonşu kəndə nə qədər vaxta gedə bilərsən?» Tısbağa fikirləşib deyir: «Yağışı, yağmuru, çamuru, küləyi, eniş-yoxuşu nəzərə aldım və 3 günə gedə bilərəm. Amma mən 6 gün deyirəm». 6 gün ötmüş, o, gəlib çıxmamış. Gediblər ki, tısbağa hələ yolun yarısındadır. Sormuşlar: «Bəs 6 günə gəlib çıxacaqdın. Nə oldu?»
Tısbağa deyir: «Yağışı, yağmuru, çamuru, küləyi, enişi, yoxuşu nəzərə almışdım, amma millətin «köpəklərini» nəzərə almamışdım. Elə sürət götürən kimi, gəlib məni arxası üstə çevirdilər. Allah məmləkətimizi belə «köpəklərdən» qorusun!
Yəqin ki, ağıllı oxucularımız nə dediyimi anladılar və bu gün bu adam cildinə girmiş bu köpəklər məmləkətin qazilərini və şəhidlərini hədəfə alıblar. Savaş günü gəmi siçovulları kimi ölkədən qaçıb gedənlər və ya gizlənənlər sülh dövründə «divan strateqlərinə» dönüblər. Əlləri altındakı komputer «siçanını» (ing. mouse, rus. мыш) Baydenin nüvə raketinin düyməsi hesab edirlər. Hər kəsdən hesab sorurlar.
Ona görə də bu yazını yazdım. Məcburən yazdım. Çünki biz susduqca bu soysuzlar səslərini durmadan qaldırmaqdadırlar. Biriləri təzə gəlin ərini tərifləyən kimi Rusiyanı tərifləyir. Biriləri Paşinyanı öz prezidenti sayır. Biri İran mollalarının iti olduğunu bəyan edir. Biriləri bayrağımıza, biriləri qazilərimizə dil uzadır. Biriləri «Şuşa» adını brend kimi qohumlarıyla birgə bazara çıxarır. Biriləri dövlət idarələrində rus dilini işlək hala gətirir. Bu sahədə tam bir cəzasızlıq hökm sürməkdədir. Sorğusu yox, cəzası yox, cəriməsi yox…
Bəzi məmurların əməlləri cəmiyyətdə ciddi çatlar yaratmaqdadır. Özü də bunu qəsdən etdiklərini fəxarətlə elan edirlər. Bir «mənşəyi şübhəli» məmur müharibə əlillərinə «ot yolduracağını kollegiya iclasında elan edirsə», durum vahimdir (bu haqda yazı hazırlanmaqdadır — X.Ə.).
Məlum kolona aid olan kadrlar müharibə iştirakçılarından ermənilərin heyfini çıxmağa çalışmaları barədə illərdir haray çəkirik. Faydası nədir? İndi də informasiya buraxırlar ki, elə bu döyüşənlərin hamısının problemi var. Biz deyirik ki, bəli var. Bu problemin cavabını, problemsiz bir ailədən bir əsgər tapıb göndərməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gedib soruşun. Bir də ki, hər kişidən törəyən, gedib Vətən qoruya bilməz. Vətənini qoruyana əsgər deyilər. Vətənsizin oğlu əsgər ola bilməz. Əsgər isə zəfərlə şərəfləndirilmiş bir veterandır. Sən milyonlar oğurlayacaqsan, haqqına girdiyin o kasıb 200 manata oğul böyüdəcək, sonra Vətənə sipər edəcək, amma sənin milyonlar yemiş oğlanın isə əsgər olmayacaq. Bu gün bir millətin düşünmə zamanıdır. Tarix önümüzə bunca şans atıb və bundan iki qat çox xaini isə içimizdə öz əlimizlə bəslətməkdədir. Biz döyüşçülər bunu görür və deyirik. Bu Dövlətə, bu Bayrağa və bu Millətə müxalif olan hər şeyə qarşıyıq…
Önümdə qardaş Türkiyədən olan şəhid komando uzman çavuş Murad Akmanın Türk xalqına ünvanladığı bir məktubu var. Bu məktubun yayınlanması onu yazanın şəhid olmasını təsdiqləyir.
Məktubda deyilir: «Bir ailəm olsaydı, bu məktubu onlara yollardım. Amma ailəm yoxdur. Sizə kazarmadakı yerimdən yazıram. Burada Urfa, İzmir, Diyarbəkir, Trabzon, Adana, Ağrı, Ədirnə və Türkiyənin 4 yanından bir-birini tanımayan, amma bir-birini qorumağa and içmiş bir sürü əsgər var. Bir azdan əməliyyata gedəcəyik. Tək istəyimiz itki vermədən geri dönməkdir. «Əgər ölərsəm»… deyə bir məktub yazmaq çox çətindir. Heç bir insan ölümü ağlına gətirmək istəməz. Hər zaman «bir ümid var» deyərlər. Əsgərlikdən sonra bu məktubu cırıb atacağam. Bu an oxuyursunuzsa, demək məktubu cırıb atmaq qismət deyilmiş. Zatən əlim çox da qələmə yatmaz. Əlim silah tutmağı daha yaxşı bilər. Sizi qoruyum deyə, siz öyrətdiniz, silah tutmağı.
Siz bu məktubu oxuduğunuz zaman mən nədən öldüyümü belə bilməyəcəyəm. Ya bir minanı tapdadım, ya da bir neçə mərmi dəydi. Biləniniz varmı, mən necə öldüm?
Hər televiziyaya baxdığımda bir-birinizi öldürdüyünüzü, bir-birinizin canını necə yaxdığınızı gördüm. «Musiqinin səsini yüksəltdi»-deyə qonşusunu vuranlar, «qız tanışıma baxdı»-deyə adam bıçaqlayanlar, gücü qadına yetənlər, 10 quruş üçün adam vuranlar, biləniniz varmı, mən kimi qorumaq üçün öldüm?
«Əti az bişib» deyə qarsona cuman adam, sən rahat uyuyasan deyə başımın üstündən mərmilər keçərkən, qarşıma nə çıxdı kəsib yedim. «Maşınıma toxundular» — deyə maşından əlində silahla düşən adam, məni körpə ikən zibilliyə atıb gedən, anam, söyləyin, mən kimin üçün öldüm?
Yetimxanada və əsgərlikdə ən gözəl şeyin, öz çörəyini bölmək olduğunu öyrəndim. Bəs sizə nəyi bölməyi öyrətdilər?
Öncə sizləri Allaha, sonra da bir-birinizə əmanət edirəm. Mən sizdən razı oldum, Allah da sizdən razı olsun!»
Anladınızmı?Bu sözləri kimlərəsə mirzəlik edən jurnalistlər yox, hər yetənə «ləbbeyk» deyən yazıçı yox, yalnız və yalnız döyüşçü yaza bilər. Sizin bunu anlamanızı istərdim. Hələ biriləri döyüşçüləri iyrənclikdə tayı olmayan «şoulara» yem etməyə girişdilər. Ayıblar olsun!
Bu gün eyni sualı 3000 — ə yaxın şəhidimiz də verərdi. Bəs Siz nəyi bölməyi öyrəndiniz? Vətəni, təzə-köhnə adıyla şəhidləri, veteranları və daha nələri…
Suallar çoxdur: Biz sizlərin bu məmləkətə daraşıb yağlı aş kimi yeyib, sonra da qazisinə, şəhidinə dil uzada bilməniz üçünmü döyüşdük? Şəhid qanları ilə suvarılmış bir məmləkətdə bunca xainlərin gəzməsi, yaşaması belə bizlər üçün təhqirdir. Biz nələr üçün döyüşdük? Bu suala bir cavab verən tapılacaqmı?!
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Biz nələr üçün döyüşdük?

Anladınızmı? Bu sözləri kimlərəsə mirzəlik edən jurnalistlər yox, hər yetənə «ləbbeyk» deyən yazıçı yox, yalnız və yalnız döyüşçü yaza bilər. Sizin bunu anlamanızı istərdim. Hələ biriləri döyüşçüləri iyrənclikdə tayı olmayan «şoulara» yem etməyə girişdilər. Ayıblar olsun!
Bu gün eyni sualı 3000 — ə yaxın şəhidimiz də verərdi. Bəs Siz nəyi bölməyi öyrəndiniz? Vətəni, təzə-köhnə adıyla şəhidləri, veteranları və daha nələri…
Suallar çoxdur: Biz sizlərin bu məmləkətə daraşıb yağlı aş kimi yeyib, sonra da qazisinə, şəhidinə dil uzada bilməniz üçünmü döyüşdük? Şəhid qanları ilə suvarılmış bir məmləkətdə bunca xainlərin gəzməsi, yaşaması belə bizlər üçün təhqirdir. Biz nələr üçün döyüşdük? Bu suala bir cavab verən tapılacaqmı?!
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Xudaferin.eu
16:03