Qurd (Qurdlar) tayfasını necə kürd ediblər?

ƏSİL TARİXİMİZİ ÖYRƏNƏK!

Sağda oturan sağ bəylər,
Solda oturan sol bəylər,
Eşikdəki inaqlar,
Düpdə oturan xas bəylər”.
Oğuz Xaqan

Salam olsun, Xas bəylərə, Xas ərlərə, Xəzərlərə (Kaspiy)…

(Əvvəli: https://fedai.az/?p=73607, https://fedai.az/?p=73688, https://fedai.az/?p=73961)

Salarilər dövlətindən sonra (941-981, və ya 1062) Qaramanlar burada dövlətçiliyi əldən versələr də Anadoluda türk dilini dövlət dili edən bir ttürk dövləti (1250-1487) yaratmışdılar. Qaraman Salur tayfasının bir hissəsidir. Əfsanələr bu etnonimi əcdadın adı ilə əlaqələndirirlər. Əbülqazi yazır ki, Manqışlağa (X-XI əsrlərdə) bir çox illərin (ellərin) başında gəlmiş Qaraman-bəyin adı ilə bağlıdır (bax: Кононов, Родословная, с. 68).

Akmanlar (Ağmanlar) haqqında isə məlumatlar çox azdır. Tarixi mənbələrdə onlar haqqında olan məlumatları diqqətinizə çatdırmaq yerinə düşərdi. Nəsrəddin Marginaninin “Məşaih-i x “’Türk” əsərində Əhməd Yəsəvi dövründə Türküstanda iki türkmən tayfasının (Akmanlar və Karamanlar) yaşadığı bildirilir. Marginaninin yazdığına görə Akmanlar və Karamanlar Xoca Əhmədin oğlunu öldürdüyünə görə bu müqəddəs Şeyx tərəfindən lənətlənmişlər (757. c. 316-318. 773, c. 311). (С.Г. Агаджанов «Очерки истории огузов и туркмен Средней Азии IX-XIII вв»).

Digər mənbələrdə də göstərilir ki, Xoca Əhməd Yasəvinin (1105-1166) dövründə Türküstanda iki böyük türkmən tayfası Akman və Qaraman yaşamış və Abdalların əfsanəsinə görə onların əcdadları Akman və Qaraman Abdallardan ayrılmışlar (С.Агаджанов, 1969, с.227). 1370-ci ildə Səmərqənd (Nurata) yaxınlığından Çinə, Sinxua mahalına köçən Salarlar Akman və Karamanı öz əcdadları hesab edirlər. Hətta Geytszı şəhərində onların hörmətlə yanaşdıqları Qaraman məzarı var (Тенишев, 1976, s.25-26). Qaraman (və Akman) etnoniminin etimologiyasına görə D.İ. Eremeyev maraqlı bir fərziyyə irəli sürür. O, adının ikinci hissəsini (həmçinin türkmən, sarman və besərmən etnonimlərini) “adam, xalq” kimi izah edir (Еремеев, 1970, s. 135-136).

N.A.Aristovun fikrincə, keçmişdə “torpaq”, “ölkə” mənasını verən kişi və ya qadağa sözü sonralar türkmən adında olduğu kimi, ümumi mənalı prefiksə çevrilmişdir (Aristov, 1897, s. 6). Qaraman etnonimi NRB-də, Türkiyədə, Makedoniyada da tez-tez rast gəlinir, məsələn, Türkiyədə qoyun cinsi Qaraman adlanır (Тенишев, 1976, s. 46). Etnotoponimiyaya görə, türkmən etnosu Qaraman da Krımda yaşayıb (Лезина, Суперанская, с.85).

“Salar, böyük bir hissəsi Türkmənistan ərazisində yaşamış böyük oğuz-türkmən tayfasıdır. Onların əhəmiyyətli bir hissəsi XI-XII əsrlərdə qərbdə digər oğuz-türkmən tayfaları ilə birlikdə qalmış və XII-XIII əsrlərdə Kiçik Asiyada Qaraman Bəyliyi (Karaman Oğulları) yaratmışlar.

“SALUR TAYFALARININ BİRLİYİ beş böyük türkmən tayfasının: salurların, arsarların, təkələrin, yomudların və sarıqların hərbi birliyidir. Çovdur kimi bu birlik də XIV əsrdə yaranıb və 16-cı əsrə qədər mövcud olmuşdur.

Hesab edirəm ki, Ağhunlu (Akhoyunlu, sonradan Ağqoyunlu) və Qarahunlu (Karahoyunlu, Qaraqoyunlu) tayfalarının adı da yanlış olaraq, bizə «Ağ və Qara qoyunlu» kimi təqdim edilir. Ağ tatar Qara tatar, Ağ Avar, qara Avar və s. Bunca tayfalar arasında Tarixdə bir bəyliyi olmayan xalqların hansısa çarlığından və ya dövlətindən yazanların elminə baxın. Türkün ən kiçik tayfasının tarixi bir qədim dövlətin tarixindən üstündür. Bilməlisiniz ki, Türk tarixini oğurlamaq istəyən istənilən xalq, bir cəngavərin geyimini geymiş 7 yaşlı uğaqlara bənzər şəkildə gülünc görsənirlər. 800 il öncəyə getsəniz Avropa dövlətləri olmayıb. 500 il öncəyə getsəniz Rusiya olmayıb. Eləcə də qeyriləri. Onlar sabah da olmayacaqlar. Amma Tanrıdan gələn bir qövm olan türklük əbədidir və daim olacaqdır.

Digər bir araşdırmaçımız Namiq Atabəyli isə «Atabəylərin xristian tarixi: türk-qıpçaqların slavyan və erməni-qriqorian özünütanımı» adlı məqaləsində yazır: «Deyləmi-Gilanilərlə yerli Turani-Zəngilər idilər. Bu gün el arasında nədənsə Zəngiləri daha çox «dağlı” (kord) anlayışını verən Kürd kimi çağırmağı sevirlər. Lakin onları, yəni turani əsilli Zəngiləri əsla atəşpərəst-yezidilərin «kürd” etnonimi ilə qarışıq salmaq olmaz. Onların xristian hissəsinə də «erməni”, yaxud «alban” deməyin elmi tarixşünaslıq baxımından heç bir mənası yoxdur. Yezidilərin Hind mənşəli olması çoxdan sübut edilmiş bir məsələdir. Yunan və Roma qədim elmi mənbələrində «alban” və «Albaniya” kimi çağrılmış Şirvan kilsələri turani-zəngi xalqının bir müddət xristianlığı qəbul etmiş hissəsinin dini abidələri olmuşdur. Bunların əksəriyyəti İslamın qəbulundan sonra «pir” kimi sitayiş yeri sayılmışdır».

Salarlara gəlincə isə bu ad altında dövlət quran tayfaların biri də kəngərli tayfasıdır. Bunu unutmaq olmaz. Üç Okların Dağ Alp (Dağ xan) oğlu Salğur (Salvur) soyundan və Qazan xan sülaləsindən sayılırlar. Xatırladım ki, Böyük Arsaqlar da 24 Oğuz boyunun sol qolunu təşkil edən Üç Okların Göy Alp (Göy Xan) oğlu Bayandur boyundandır. Bu gün hayların «artsax» həyasızlığı cavabsız olaraq ortadadır. Bir soruşan yoxdur ki, ay hay-boş qaraçısı, Arşakuni, yaxud da Arsaq deyilən tayfanın sənə nə dəxli var?

Xristianlıqla bağlı olayları adını yanlış olaraq erməni qoyduğumuz hay boşlar, müsəlman gördükdə isə adına yanlış olaraq kürd dediyimiz kurmancları ortaya atılması bir antitürk tezisinin tərkib hissələridir. Müasir kürdlərin türklərlə tale birliyi var. Səlcuqlularla birgə bölgəyə yürüş edənlərin bir qismi də kürd tayfaları olmuşdur.

Ola bilsin ki, Şah-Ərmən sülaləsinin adı “bu türkmən ailəsinin idarə etdiyi bölgənin əsasən ərmən türklərinin etnik tərkibi və siyasi tarixindən” irəli gəlir. Ərəb tarixçisi İstəxri yazırdı: “Biz Ərməniyyə, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. Ərəb Xilafəti dövründə I, II, III Ərməniyyələrin yaranmasını bizimkilər hələ də hay-ermənilərlə bağlayacaq qədər sadəlövh olaraq qalmaqdadırlar. Ona görə də həmin dövrün tarixi olaylarını izləyənlər burada hayların və kurmanşilərin izinə rast gələ bilməzlər.

Səlahəddin Əyyubi Şiə-Fatimi xilafətinə son qoyub Əyyubilər dövlətini qurduqdan sonra öz ərazilərini genişləndirmək, Fərat və Dəclə vadilərini öz torpaqlarına qatmaq istəyirdi. Bu vəziyyət Mosul atabəyliyi ilə Artuklular üçün ciddi təhlükə yaratmağa başladı. Əhlət şahı II Sökmən, həm Mosul Atabəyi İzzəddin Məsudun, həm də Artuklu Kutbəddin İlqazinin qohumu olduğu üçün Səlahəddini Urfa, Səruc və Nusaybin götürüb Mosula çatmaqdan çəkindirmək üçün elçilər göndərdi. Sonda Abbasi xəlifəsi Nasir Lidinillah, Azərbaycan Atabəyi Qızıl Arslan və Seyhus-Suyuh Sədrəddinlə əməkdaşlıq edərək onu Mosulun mühasirəsindən çəkindirdi. Səlahəddin dönüb Sincarı mühasirəyə alanda Atabəy İzzəddin Məsud yenidən Sökmən və İlqazidən kömək istədi. Sökmən görkəmli adamlarından Seyfəddin Bəgtimuru göndərərək mühasirənin qarşısını almaq istəyirdi. Lakin o, Əyyubilərin irəli sürdüyü şərtlərə qəzəblənərək geri qayıtdı.

Əhlətin zənginliyi ətrafdakı hökmdarların bu şəhərə tamah salmasına səbəb oldu. Bunlardan İldəniz oğlu Cahan Pəhlivan, Səlahəddin Əyyubi, qardaşı oğlu Takiyyüddin Ömər, Əyyubi məlik Mevdud b. Adil və Səlcuqlu Tuğrulşahı saya bilərik. Sökmənin 1185-ci il iyulun 10-da vəfat etməsi bu hökmdarların Əhlətlə bağlı ambisiyalarını daha da artırdı. Çünki Sökmən özündən sonra heç bir övlad qoymamışdı və ondan sonra dövlətə başçılıq edəcək başqa bir xanədan yox idi.

II Sökmən uzun illər hökmdarlıq etdi və təxminən səksən yaşında öldü. Bütün ətrafdakı hökmdarlar ona hörmət edirdilər. O, ağıllı, uzaqgörən və ədəbli bir hökmdar idi. Xalq da onu sevirdi. Onun cəsarəti və gürcülərə qarşı cihadı onu xalqın qəlbində taxt-tac halına gətirmişdi. Ona görə də onun xatirəsi uzun müddət xalqın qəlbində yaşadı. Doğrudan da, Əhlət onun hakimiyyəti illərində özünün ən yüksək zirvəsinə çatmışdır.

II Sökmənin oğlu olmadığından və bu işi öhdəsinə götürəcək sülalədən kimsə olmadığından xalqın və dövlət məmurlarının xahişi ilə məmləkətlərindən Bəgtimuru övladlığa götürərək dövlətini ona vəsiyyət etdi. Bu vəsiyyətə uyğun olaraq Bəgtimur sülalənin başçısı oldu (1185-1193). Səlahəddin dövlət adamlarını bir yerə toplayıb bu məsələdə onlarla məsləhətləşdi. Onlardan bəziləri «Əhlət çox möhtəşəm və zəngin bir vilayətdir, indi baxımsızdır» deyərək onu Mosulun mühasirəsindən əl çəkib Əhlətə getməyə təşviq edirdilər.

Səlahəddin nə edəcəyinə tam qərar verə bilmədi. Bu əsnada Əhlətin görkəmli şəxsiyyətlərindən, əmirlərindən və camaatdan gələn məktublar onu Əhlətə dəvət edirdi. Əslində bu, sadəcə bir taktika idi. Çünki o dövrdə Azərbaycan və Həmədan hakimi Şəmsəddin Pəhlivan da gözünü Əhlətə dikmişdi. Əhlətlilər Səlahəddin və Pəhlivanı bir-birinə qarşı qoyub öz ölkələrini qorumaq istəyirdilər. Vali Davud və adamlarının təşviqi ilə Səlahəddin Nəsirəddin Məhəmmədi, Müzəffərəddini və digər əmirlərindən bəzilərini Əhlətə göndərdi. Özü də Meyyafarikinə yola düşdü.

Pəhləvan Əhlətə gəlib qərargahını qurmuşdu. Nəhayət, camaat və Bəgtimur Əyyubilərə qarşı Pəhləvanla əməkdaşlıq etmək qərarına gəldilər. Bu arada Səlahəddin Meyyafarikini (29 avqust 1185) ələ keçirərək xəlifəyə xəbər göndərərək Əhlət, Diyarbəkir və Mosul üzərindəki hökmranlığının təsdiqlənməsini tələb edir. Bəgtimur Pəhlivanla razılaşaraq Əhlətin Əyyubilər tərəfindən işğalının qarşısını aldı. II Sökmən kimi qüdrətli bir hökmdardan sonra Bəgtimurun ölkə idarəsinə hakim olması Əhlətşahlar üçün böyük xoşbəxtlik idi. Xalqın dəstəyini və məhəbbətini qazanan Bəgtimur, Əyyubilərin ən güclü dövründə Əhlətə hücumunun qarşısını aldı.

Lakin Əyyubilərdən olan Takiyyüddin Ömər 1191-ci ildə Əhlətşahların hakimiyyəti altında olan Hanini ələ keçirərək Əhlətə yürüş etdi. O, bir müddət şəhəri mühasirədə saxlasa da, heç bir nəticə əldə etmədən oranı tərk etməli oldu. Sonra Malazgirtə hücum etdi. Lakin Ərzurum məliyi Saltukun qızı Mama Xatun əhlatşahların köməyinə gəldi və Malazgirtin işğalının qarşısını aldı. Bu səbəbdən mühasirə uzun müddət davam etdi və Takiyyüddin 1191-ci ilin oktyabrında vəfat edəndə Bəgtimur rahat nəfəs aldı. Lakin Əyyubilərin Əhlətə basqın etmək istəyi 1193-cü ildə vəfat edənə qədər davam etdi.

Bəgtimur Səlahəddinin vəfatını eşidəndə çox sevindi və adını əl-Məlikü’l-Müəzzəm Səlahəddin Əbdüləziz qoydu. Onun bu davranışı tarixçilər tərəfindən pislənir…

Tariximizdən ayrı düşməmiz və tarixçilərimizin yalan və saxta mənbələrlə işləməsi, avrosentrizmin antitürk siyasətinin təntənəsidir. Bu kahinlər fars, kürd, erməni və s. kimi tarixi nailiyyətləri olmayan tayfalara özlərinə toxunanadək hər cür yalan uydurmağa icazə verirlər. Ermənilər öz yalanlarına necə aludə olublarsa, Britaniyanı da onlar kəşf etdiklərini yazıb kitab şəklində buraxıblar. Britaniya alimləri bu uydurmanı yığışdırmaq üçün ermənilərə vaxt qoyub və o uydurmanı yox etdiriblər…

Bu tarixi epizodlara geniş yer verməm, hər iki qurucunun künyəsində əl — Kurdi və əcdadlarının künyələrində isə Börü sözlərinin olmasıdır. Türklük dənizinin içində qeyri bir tayfadan hökmdar olması mümkün deyildi. Adicə bir fakta diqqət edək ki, Ərmən şahilərin hökmdarının anası yad millətdən olduğu üçün taxtdan salınaraq öldürülmüşdü.

Eyni yanlışa Böyük Türk şairi Nizami Gəncəvi haqqında da yol verilib. O da Qurdlar tayfasından çıxmış bir dahidir.

Qurdlar tayfası yunan mənbələrində Pelasq — Palasak (Balasak) tayfası sayılan Giperboree — Böyük Börü adlandırılan tayfadan qeyrisi deyildir. Heredot, Strabon, Diador, Plutarx və bir çox qədim müəlliflərin söz açdığı Hiperboree ölkəsinin sakinləri-tayfanın nümayəndələri Tanrıyla yaxınlığı ilə seçilirdi. Onlar müqəddəs hesab olunurdular. Yunan mənbələrinin dediyi kimi yunan dilini öyrənmiş iki müdrük Aristey (əslində Arestay) və Abaris hiperboreeli, yəni Qurdlar tayfasından olan dahilərdən sayılırdı. Yunanca «hyper» sözü «normadan böyük, yaxud da «yuxarıda olan, yəni göydə olan» anlamında işlənən bir sözdür. Bu baxımdan da hiperboree, «Böyük Börü» və ya «Göy Börü» deməkdir. Nizami Gəncəvi də Qurdlar tayfasından olduğunu dönə-dönə qeyd edib. Onun Şeyx titulu, məhz bu müqəddəs tayfaya aid olmasıyla bağlı ola bilər. Bu tayfanın ən sonuncu tanınmış nümayəndələrindən biri də Əhməd bəy Ağaoğludur. O da Qurdlar tayfasındandır. Bizim beyinsizlərimiz «qurd» sözünü «kürd» kimi bizə sırımağa çalışırlar. Bu bir boşboğazlıqdır. «Kitabi Dədə Qorqud»dakı Bay Börə adı da Qurd bəy deməkdir. Bu barədə geniş araşdırmamı başa çatdırdığıma görə tezisləri sizlərlə paylaşıram. Yetərli mənbələr dediklərimi təsdiq edir.


Böyük Nizami Gəncəvi öz nəsli barədə yazdığı bir sözü, “gər madəri mən Rəiseyi-qord, madər sifatənə piş-e-mən mord” bizə «qord» sözünü «kürd» kimi sırımaq istəyənlərə şair sonrakı bənddə, sanki özü cavab verərək yazır («Leyli və Məcnun»):

TÜRK OLUB DƏDƏMİN DƏDƏSİ BAŞDA,
QURD OLUB HƏRƏSİ AĞILDA, HUŞDA…

Sətri tərcümə: Mənim dədələrimin hamısı türkdü. Gücdə isə hamısı qurddu.

Yəni N. Gəncəvi müqəddəs Qurdlar tayfasının nümayəndəsidir və şeirdə işlətdiyi qord, heç də farsca «güclü», «məğrur» deyil, elə işlətdiyi türkizmlərdən biridir. Ərəb mənbələrində bu tayfa ilə Dərbənd yaxınlığında qarşılaşmış bir ərəb sərkərdəsi başına gələnləri tam bir dəhşət içində nəql edib…
Nizami Gəncəvi öz əsərlərində «türk» sözünü «gözəllik» sözünün sinonimi kimi işlətməsi, Arslana xitabən «O boyun olduğunuz ənamı mənə göndərin (Firdovsiyə vəd edilən ənama işarətlə), Çünki qələm də bizdədir, qılınc da» deməsi onun türk olmasını şəksiz edir…

Böyük Nizaminin «Xosrov və Şirin» əsərindəki Minacatdan bu beytlərə diqqət edin:

Xudaya! Gilimiz mayələnirкən
Bir vəsiqə yazdın o gün bizə sən.
Sənin xidmətində buyurdun, duraq,
Muzdunu verməyi vəd etdin ancaq…
…Yetmiş iкi iz var yolumda müşкül,
Yetmiş biri tiкan, ancaq biri gül.

Nizami Gəncəvi «Xosrov və Şirin».

Nizami bu gün Dünya tarixçilərinin ilkin olan xalqın gül olduğunu vurğulayır və qeyrilərinin sonradan yarandığını deyir. Çoxları bu 72 sayını məzhəb, təriqət kimi, Allaha gedən yol kimi şərh etsə də, burada əslində Tanrıya yol başlayan 72 xalqdan, millətdən bəhs edildiyini deyə bilərəm. Yəni şeirdən də bu dediyimiz aydın görünür. «Gilin mayalanması» xalqların, insanın yaranması olmasını hər kəs bilir. Bu rəqəmin isə 3-ə bölünməsi yazının əvvəlində dediyim 3 oxla əlaqəsi var: OKUZ-OKUR-OKOT…

… Ortada sahibsiz qalmış bir tarix var. O da Türkün, Azərbaycanın tarixidir. 30 illik müstəqillik geridə qalsa da biz hansısa mütərəqqi bir konsepsiya əsasında öz tariximizi ortaya qoya bilməmişik. Bu gedişlə də qoymaq niyyətində deyilik. Böyük bir konsepsiyaya ehtiyac da yoxdur. Türklər öz Sak (Sang) tarixinə sahib çıxmalıdır.

İstər yanlış olaraq Şumer deyilən Sang İqiqanın Kəngər xalqı, istər Aratta, istər Xatti, istər Midiya, istərsə də Albaniya sak ölkələri idilər. Bu gün yalançı assimlyasiya nağılı uydurub «türkləşmə»dən dəm vuran bisavad separat meyillilərdən soruşmaq istərdim: Bəs nə əcəb sizlər türkləşməmisiniz? Bu adamlar unudurlar ki, Türk cəmiyyəti mühafizəkardır. Hələ əsrlərcə öncə Marko Polo da bunu görüb yazmışdı. Təbiətin bir hissəsi olan insan da onun qanunlarına tabedir. Maddənin itməməsi qanunu eyniylə xalqlara və millətlərə də aiddir. Dil, milli kimlik əşya deyil ki, onu salıb itirəsən? Assimlyasiya avrosentristlərin növbəti məkrli oyunlarıdır. XVIII əsrədək sak, skif dedikləri türkləri bu gün saklardan uzaq tutmaq üçün dəridən qabıqdan çıxırlar. Amma bu mümkün deyil. Sonuc olaraq, hər kəs, Matlok kimi, «Ey insanlar, hamınız türksünüz», yaxud da Tur Heyerdal kimi əcdadlarının buradan getdiyini anlamağa başlayıblar.

Xüsusən də, Babil tarixçisi Berosus (e.ə. 300 -cü il) və bütün qədim tarixçilər, xüsusən 19-cu əsrdə Persepolis və Assuriya yazıları, E. Norris, Fr. Lenormant, ser H.C. Rawlinson, J. Oppert, I. Taylor, N.L. Westergaard, F. de Saulcy və M. S. Zaborowski kimi Qərb dilçiləri, tarixçiləri və antropoloqlar Midiyanın dil, din və irq baxımından Turani (Sak, Tatar, Türk) olduğunu açıqlamışdılar. Ancaq bəzi Qərb pastor tarixçiləri və erməni tarixçiləri, VI əsrdə bir keşişin Midiyanı İran adlandırdığını iddia edərək Midiyalıların iranlı olduqlarını iddia etdilər. Xüsusilə, 1950-ci ildən etibarən, sonralar devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvi 17 qərb şərqşünasını toplayaraq bu coğrafiyadakı bütün qədim qövmləri İranlıya çevirən bir kitab yazdırdı. Bu tarixdən sonra İranlıların Midiya iddiası geniş yayıldı. Təəssüf ki, türk tarixçiləri bu yalan görüşü təkrarladılar.

Son Əhəmənilər və Sasanilər də Medes Kayani adlanırdılar. Çünki «Kay» sözü, İranlılara görə Kayanilərin, Qədim Yunanlar və Qərblilərə görə isə Midiya Krallığının ünvanı sayılırdı; «bəy» və ya «cənab» anlamındadır. İran əsilli padşahlar Kay ünvanıyla və adıyla anılmamışlar. «Kəyan taxtı» Kayların taxtı idi. Firdovsi kimi yalançı və fırıldaqçı birini bu gün az qala tarixi mənbə kimi nəzərdən keçirənlər nə qədər zavallıdırlar. Heç olmasa Nizami Gəncəvinin «İsgəndərnamə»sində onun fırıldaqçı olması haqqında yazılanlardan kimsə danışmayıb. Türklər isə tarix boyu bu tituldan istifadə etmişlər. Məlum olduğu kimi, Osmanlıların boyu “Kayı, əslində bu ad “Kayı” yox, “Kay” olmalıdır. Oğuz tarixinin ən görkəmli bilicisi Faruk Sümər yazır: “Kayı türkmənlərinin bir çoxu Kayı-Kolan adlanır. Kayılar ən şərəfli boylardan olublar”.

Azərbaycanda çoxsaylı nüfusa malik tayfalardan biri olan Kolanı tayfasının tariximizdə az araşdırılması onun qədim tarixiylə və bir başa saklarla bağlı olmasına görədir. Azərbaycanda tarixi varolmamızı IX-X əsrlərdən qabağa daşımağa nə Avrosentristlər, nə də Kommunistlər icazə verməyibdilər.


Eradan əvvəl Anadoluda mövcud olmuş Gelaniya və Sak/sang tayfası kimi və onun hökmranlıq qolu olması ilə bağlıdır. Bu geniş bir mövzu olduğu üçün sizlərə Herodotun ruscaya yanlış tərcümə edilən bir hissəsini təqdim edirəm: » Herodot skiflər haqqında yazarkən Targitos (Targitay,Tangrıtay) oğullarının adını Arpoxais ( Ərbəksay-Arbaksar), Lepoxsais (Alpoksay-Alpoksar) və Koloxais (Koloksay- Kolangsar) (IV,5), yaxud Qeraklın (Qoroğlu) oğullarını Agathyrsos (Ağacəri), Gelonos (Kolanlı), Skithes (İskit) (IV, 10) adlandırıb. Bu ad makedonlarda-Gauanes, Airopos və Peredikkas (VIII,137), şimali germanlarda — Elqfrodi, Forir və Bödwar, yaxud Wili, Wodin və We, yaxud da Ingiwio, Istwio və Irmino adlandırırdılar.

Bu adlardan yalnız biri yunan, iran, german və hind dilində «üçüncü» mənasında işlənilib.

«Frid», «Tritos»,»Frita», «Trita». Bu da sonuncu oğulun sıra nömrəsidir və işarət Kolaksarın üstünə düşür». Bu faktı adicə tərcümə yoluyla «azdırılır»…

Digər mənbələr də Midiyalıların İranlı ola bilməyəcəyini göstərir. Çünki sakların ironi qövmlərə aidiyyatı yoxdur. Məsələn, Tövrat, Tövratın Yaradılış kitabında Hz. Nuhun üç oğluna bəşəriyyətin mənşəyi haqqında deyildikdə, Midiya və digər Türk soylularının adları keçərkən, nə Fars, nə də İranın adı xatırlanmır.

Bu gün Abbasqulu Ağa Bakıxanov, Məhəmmədhəsən Vəlili (Baharlı) və s. kimi diletant raşdırmaçıların rusların sifarişiylə, S. P. Zelinskidən iqtibas etdiyi yalan məlumatları tələsik təkrarən nəşr ediblər. (Vəlili-Baharlı, Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat. Bakı, Hökumət mətbəəsi, 1921. / 1993-cü il çapında (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı). Baharlının əsərinin etnoqrafiyaya qətiyyən aidiyyatı yoxdur və bu zavallı kürd adı görüncə russayaq bu kəndləri kürdlərə aid edib və assimlyasiya olduğunu yazıb. Amma necə ola bilər ki, «bu kəndlərin heç birində heç bir toponimdə, adicə bir dərənin belə adı kurmancca deyil?»-deyə bir sual qoymayıb. Bunun açması M. Kaşğarinin «Divani lüğəti it Türk» əsərində konkret olaraq yazılıb ki, dağlarda yaşayan türkə kürd deyilir. Bu qədər sadə. Yəni, ümumiyyətlə, «kürd» adının kurmanc, zaza, yezdi və s. ironi tayfalara heç bir aidiyyatı yoxdur. Bu tam başqa bir mövzudur.

Biz öz tariximizlə «silahlanmadıqca» bu sahibsiz dərəyə yığışanlar çox olacaq. Amma onların ziyafəti, Qurd ayağa qalxanadəkdir…

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Xudaferin.eu

02:15