«KÜRDÜSTAN OLSA, VAHİD AZƏRBAYCAN DA OLAR»???!!! Yaxud, AZƏRBAYCANDA OYUNLAR, OYUNLARDA İSƏ AZƏRBAYCAN GEDİR!!!
Yenə gözlər dikilib dağlara qaldı,
Yüksəkləri verdik ümid alçaqlara qaldı!
Baba Pünhan
Rəhmətlik şair Qabil deyiridi ki, «Qiyamət oluruq biz, səhv düşəndə yerimiz». Xüsusilə də son 10-15 ildə yerləri səhv düşənlərimizin sayı-hesabı yoxdu deyə, qiyaməti bu dünyada görür, qiyamət-qiyamət əməllərin, işlərin şahidləri oluruq. Bir sözlə, məmləkətdə hər şey o qədər baş-ayaq edilib ki, heç kəs öz işi ilə məşğul deyil. Padşah vəzr-vəkilin əlinə, vəzir-vəkillər də hamılıqla padşahın yerinə göz dikib. Baş nazir varmı-yoxmu bilinmir. Nazirlər öz sahədərində ölkənin dərdlərinə çarə bulmaq əvəzinə, bir-birinə badalaq atır, ya da «qıcanırlar». Ölkənin yarısını sel aparıb, hələ də bir-iki «solo» xaric, Milli Məclisdən bir səs-soraq çıxmır, yəni məsələyə parlamentin münasibəti yoxdu. Ordu birbaşa vəzifəsinin icrasını «lazım»ın gəlməsinə bağlayıb. Müxalifət edam cəzası ilə çoxdan dünyasını dəyişdiyini qəbullanmaq istəmir. Heç kim-heç kimin kitabını oxumadığı bu məmləkətdə şairlər siyasətdən danışır, siyasətçilər şeir yazır, elm adamları məmurluq eşqi ilə alışıb-yanır, məmurlar ucdantutma elmlər namizədi, elmlər doktorudular. Hələ professor, akademik rütbəsinə yüksələn alim məmurlarımızdan heç danışmıram. Küllən iş adamları deputatlıq peşindədilər, deputatlar isə obyekt, dükan-bazar sahibləridi. Danışmalı olanlar susmaqla, susmalı olanlar isə danışmaqla baş girələyirlər. Vəzifəsi eşitmək olanlar özlərini karlığa, danışmaq olanlar lallığa(ya da gicliyə - S.Ə.)görmək olanlar isə korluğa vurublar və sair və ilaxır. Hamı da özünü elə aparır ki, guya, elə belə də olmalıdı. Nəticədə, bu xaos və qarmaqarışıqlıqların içindən, bəzən təlafisi mümkün olmayan, bəzən də çox ciddi fəsadlar törədən əməllər, əngəllər, daha nələr, nələr ortaya çıxır ki, bunun da altını, həmişə olduğu kimi, sadə xalq və onsuz da, istər ölkə içində, istərsə də beynəlxalq müstəvidə nüfuzuna sağalmaz yaralar vurulmuş dövlət çəkir. İlərdi ki, davam edən bu ağılalmaz, anlaşılmaz bir mühitin gətirdiyi təlaş və həyacan içində ümidlərini Allaha bağlamış əhli-məmləkət isə ümidsizlikdən doğan xəyal qırıqlıqlığını yaşamaqdadı.
Nə isə, gəlin, onsuz da gərgin olan əsəblərinizi daha da gərmədən, birbaşa mətləb üstünə gələk. Dediyim kimi, bu məmləkətin gətirildiyi yolsuzluqların içində, hər kəs öz kefinə görə, özünə yol açmağa, görməli olduğu işlərdən başqa hər şeyə burnunu soxmağa həvəs göstərməkdən, nə yorulur, nə usanır, nə də utanır. Bəzən adama elə gəlir ki, indi utanmazlıq, yaltaqlıq qədər dəbdə olan bir peşəyə çevrilib və bunu etməkdən yalnız tənbəllər, bir də axmaqlar yararlanmaq istəmirlər. İqtidar siyasətçilərinin məsuliyyətsizliyi, müxalifət və bitərəflərin isə tənbəlliyi fonunuda yaranmış boşluğu doldurmaq istəyən xeyli qəttəzə «siyasətçilər» peydahlanıblar ki, işlər belə gedərsə, işləri onsuz da zor olan məmləkətdə, ortaya çıxacaq əlavə problemlərin fəsadlarına qatlaşmaq doğrudan-doğruya zor olacaq.
Bu günlərdə «DİPLOMAT» qəzetinin 100-cü yubiley sayını mənə gətirən dostlarımız, XALQ ŞAİRİ SÖHRAB TAHİRin müsahibəsində söylədiyi bəzi şeylərdən təəccüb və heyrətlə danışdılar. Bu qəzetin yönü-yöntəmi barədə heç nə demək istəmirəm, nə edillərsə, əcəb edillər, əllərinin də içindən gəlir, necə deyərlər, «bacarana baş qurban» . Azərbaycanda son zamanlarda, çox, özü də çox təhlükəli miqyaslara gəlmiş istər «KÜRDOFİLLİK», istərsə də «KÜRDOFOBİYA» ilə də bağlı heç nə deməyəcəm. Dövlətdən belə-belə məsələləri önləmək üçün məvacib alanlar, zəhmət çəkib, aradabir də görməli olduqları işlərlə məşğul olsunlar. Kürd millətindən olan bəzi vətəndaşlarımızın isə, yaranmış cəzasızlıq mühitinin gətirdiyi bulanlıq sularda balıq tutmaq sevdaları da, qayət anlaşılan bir məsələdi. Hər halda, bütün oyunçular, qarşı tərəfin verdiyi imkanlar qədərində oynayırlar və burada da təəccüblü heç nə yoxdu. Burada da dövləti belə əsassız və əxlaqsız problemlərdən qoruma görəvi olanların nə səsi var, nə də ünü. Genəldə isə, bizim nə kürd nə də digər millətlərdən olan vətəndaşlarımızla hər hansı formada problemimiz yoxdu və inşallah bundan sonra da olmayacaq. Zira, ortada əsrlərə dayanan ortaq bir tariximz var və Azərbaycan, bu Vətəni sevən, bayrağına baş əyən, dövlətinə bağlı olan hər bir vətəndaşının doğma Vətənidi.
Ancaq bizim xalq şairinin özünü, necə deyərlər, «kraldan artıq kral», «Roma Papasından artıq katolik» və ya «kürddən artıq kürd» kimi qələmə verməsini heç qanammadım. Açığı, qocaman şairin beynəlxalq statuslu «siyasi şərhçi», millətlərarası münasibətlərin «böyük bilicisi» və görkəmlli «kürdşünas» statusunda ortaya atılmasında nəsə bir əmma olmamış deyil. Olsun. Ancaq elə şeylər var ki, bu yaşında, bu başında olan bir şəxsin onlardan danışması bir yana, düşünməsi belə, bir mənada savadsızlıq nümunəsi, digər mənada isə, sadəcə ayıbdı. Onun nələrdən danışdığını olduğu kimi oxucuların və ictimai rəyin dəqqətinə çatdıracam. Orasını da deyim ki, XALQ ŞAİRİnin bütün bu dediklərinə əsaslı şərh vermək istəyindən də, son anda vaz keçdim. Açığı, burada üstünə gedəsi olsan, adamı çilik-çilik edəcək məqamlar da qədərindən artıqdı. Ancaq ötən həftələrdə Türkiyə qəzetlərindən birində, «Knal- D»-nin məşhur aparıcısı Məmmədəli Birandın, hər nə qədər bizi qane etməsə də, əslində bir az da özündə həqiqətləri əks etdirən yazısına görə, onu yerdən yerə vuran qəzet və televiziyalarımızın, aparıcı yazar və telejurnalistlərimizin Söhrab Tahirə də eyni münasibət göstərəcəklərini umduğumdan, məsələnin geniş şərhini onların öhdəsinə buraxmaq qərarına gəldim. Baxaq görək, bizim qoçaqlar nə qədər səmimidilər və Türkiyə-Azərbaycan dövlətlərinin qardaşlıq münasibətlərinə ciddi xələl gətirəcək açıqlamalarda bulunan XALQ ŞAİRİnə də analoji təpkiləri sərgiləyə biləcəklərmi? Ancaq elə indidən, geniş şərh olmasa da, bəzi düşüncələrimi mən də söyləmək zorundayam ki, adam bir də, başının keçməyəcəyi yerlərə bədənini soxmasın ki, yaşının ahıl çağında, iki arada-bir dərədə qalıb canı sıxılmasın.
Beləliklə, buyurun oxuyun və görün bizim Xalq Şairimiz nələrdən necə və niyə danışır:
1-ci sitat:
«… Bu yüz ildə kürd xalqı çox şücaətli döyüşlər göstərmişlər, azadlıq yolunda olmazın fədakarlığını ediblər. Boş əllə böyük dövlətlərə qarşı, azadlıq mübarizəsi apararaq döyüşüblər. İngilis dövlətinə, Amerika dövlətinə, Türkiyə dövlətinə, İran və İraq dövlətlərinə qarşı vuruşaraq bir çox olmazın qəhrəmanlıqları göstəriblər. Kürd xalqının ən böyük faciəsi onun beş yerə parçalanmasıdır. Belə desək, Kürdüstan ərazisi beş dövlət tərəfindən işğal olunub. Və bu xalq beş işğalçı dövlətin ərazisində yaşayır… Mən inanıram qardaş kürd xalqı, öz azadlığını əldə edəcəkdir. Kürdüstanın yaranması, vahid Azərbaycanın da yaranmasına zəmin yaradacaqdır…»
Burada, əslinə baxsan, elə bir şərhə ehtiyac da yoxdu. Adamın ağzının dediklərini öz qulaqları duymaya bilər. Ancaq bütün bu cəfəngiyyatların bircə məqsədi var ki, o da Türkiyə dövlətinin işğalçı dövlət oldüğunu elan etməkdi. Yoxsa, kürdlərin İngilis, Amerika dövlətləri ilə döyüşdüyü də hardan çıxdı. Əgər bir XALQ ŞAİRİ, qəhrəman adlandırdığı bu toplumun PKK-çı kəsiminin on illərdi ki, ingilislərə də, amerikanlara da, bəzi hallarda yəhudilərə də, ya tətikçilik, ya da vassallıq edərək, eramızdan əvvəlki tarixdən üzübəri heç zaman mövcud olmamış xəyali «Kürdüstan»ı yaratmaq üçün hər türlü aşağılıqlara qol qoyduqlarını bilmirsə, niyə belə məsələlərə burnunu soxur? Yox, əgər bilə-bilə danışırsa, o zaman bunun adı başqa şeydi ki, onu söyləməyi S.Tahirin nə yaşına, nə başına, nə də öz tərbiyəmə yaraşdırammadım. Terrora, qanlı cinayətlərə, dinc əhalini dükan-bazarlarda xain partlayışlarla qanına qəltan etməyə, silahsız insanları pusquya salıb gülləboran etməyə, qadın, uşaq, qoca demədən, acımasızca günahsız insanları qətlə yetirməyə, «yalın əllə» qəhrəmanlıq, azadlıq mübarizəsi deyən bu adam Azərbaycanın Xalq şairidisə, onda mən də Ermənistanın Milli Qəhrəmanıyam. Görən Söhrab müəllimin xəbəri varmı ki, onun bu qədər öydüyü «azadlıq mücahidlərinin» uydurduqdarı xəyali «Kürdüstan»nın xəyali xəritəsinin bir hissəsi də, Xalq Şairi olduğu Azərbaycanın sərhədləri daxilindədi. Doğrudan da, adamın öz dediklərini öz qulaqları duymaz hala gəlib ki, belə bir vəziyyətdə Vahid Azərbaycanın yaranmasını da Kürdüstanın yaranması ilə bir başa əlaqələndirir. Ermənistan-Azərbaycan münasibətlərindən, Qarabağ problemindən danışarkən, hakimiyyətin sülh siyasətini tam dəstəkləyən humanist bir şairin, birdən-birə minlərlə günhasız insanların axıdılan qanları, alınan canları bahasına başa gələn terrorun dəstəkçisi obrazında ortaya çıxmasının da, hansı səbəblərdən qaynaqlandığını ayırd etməyi oxucuların öhdəsinə buraxıram.
Məmmədəli Birandın üzərinə aslan kimi yeriyən qoçaqlarımıza da bir şeyi xatırlatmaqda yarar görürəm. Nəzərə alın ki, Birand, Söhab Tahir və Azərbaycanın ŞANLI ZİYA(n)LILAR ODUSUnun digər «əsgər»lərindən fərqli olaraq, dediklərində də, yazdıqlarında da Türkiyənin hakimiyyətilə hesablaşmır. Amma, kim nə deyir-desin, Söhrab Tahirə dediklərinin Azərbaycan hakimiyyəti tərəfindən sıcaqlıqla qarşılanacağına tam təminat verənlər olub. Yoxsa, o, başını kəssən də, bu tip uzaq gedəcək bəyanatlar verməyə, belə «ciddi» açıqlamalarda bulunmağa cəsarət edə bilməzdi. Yəni, deyirəm ki, bizim mətbu və teleefilərin «Bamsı Beyrəklər»i və «Sarı donlu Selcan xatunlar»ı bunları bilsinlər ki, birdən Xalq Şairinin üstünə qədərindən sərt gedib özlərini oda salmasınlar. Təbii ki, əgər gedə biləcəklərsə.
2-ci sitat:
«… Mən indiyə qədər kürd qızının başqa millətə ərə getdiyin görməmişəm… Mən görməmişəm ki, çörəyin xatirinə, kürd qızı fahişəxanalara düşsün, görməmişəm. Avropada da görməmişəm…»
Bu şairin, ya fantaziyaları çox güclüdü, ya da müsahibədən əvvəl Tahir Süleymanla yaxşı «vurublar». Çünki burasını lap ağardıblar. Kimin qızının kimə ərə getdiyini belə müzakirə etməyin nə anlam daşıdığını, üstəlik də bu məsələni belə abartmağın hansı məqsədə xidmət etdiyini şəxsən mən anlamadım. Bəlkə, bu da, «azadlıq mübbarizəsi» ideolojisinin tərkib hissələrindən biridi, deyə bilmərəm. Acaq hər nədisə, barəsində danışılması ayıb olan bir məsələdi. Babalı danışanların boynuna. O ki qaldı, fahişələrə və fahişəxanalara, qoy bizim «XALQ ŞAİRİ» də, Tahir Süleyman da necə bilirlər elə də düşünsünlər. Lakin burada «XALQ ŞAİRİ»nə deyəcək bir çift sözüm var. Hə, çox hörmətli şair, öncə onu deyə bilərsinizmi, Avropadan belə, bütün fahişəxanaların milli tərkibini araşdırmaq tapşırığını kimdən almışdınız? Yoxsa, bu qədər dəqiq hökm vermənin imkanı yox ki? Əks təqdirdə, sayı yüzminlərlə deyil milyonlarla ölçülən fahişələrin içərisində kürd qızlarının olmadığını təyin edə bilmək üçün ayrı işlərlə məşğul olmanız gərəkdi ki, bu barədə də danışmağı nə yaşınıza, nə də başınıza yaraşdıra bilmirəm. «Lənət olsun» mənim içimdəki bu türk əxlaqına, ona görə. Ayıbdı, vallah ayıbdı, indi bəzi adamlar da durub fikirləşərlər ki, bu qədər net danışa bilməsi üçün, gərəkdi ki, Söhrab Tahir ömrünün azı tən yarısını fahişəxanalarda keçirmiş olsun. Sadəcə məlumat üçün deyim ki, fahişəxanalarda çörək yox, pul qazanırlar. Bu mənada, bəlkə də siz haqlısınız. Bəziləri, doğrudan da, o yerlərə çörək dalınca deyil, pul dalınca gedə bilərlər. Hər halda Allah bazar versin, bundan bizə nə, özləri bilər, siz də, bir «böyük demokrat, azadlıq carçısı» (Tahir Süleyman öz qəzetində Shrab Tahiri belə təqdim edib – S.Ə.) kimi öz fikilərindən vaz keçmək zorunda deyilsiniz.
3-cü sitat:
«… Mən kürd yolçusu(dilənçisi) görməmişəm. Kürdü mən həmişə başı uca görmüşəm. Biz sürgün olanda misal üçün deyirəm…»
Açığı bu cümlənin özündə nəyi ehtiva etdiyi və «XALQ ŞAİRİ»nin nə demək istədiyi bir az dolaşıq göründü mənə. Əslində bir dilənçidən milliyətini soruşmaq böyük qəbahət sayılmalıdı məncə. Ən azı, tanımadığın qadının yaşını soruşmaq qədər ayıb olan bir işdi. Tərbiyəsizlikdi. İndi, gəl, fikirləş görüm, bu «böyük demokrat və azadlıq capçısı», bu boyda «ziyalı» bir insan hər gün, hər addımbaşı rastlaşdığı dilənçilərin milliyətini necə təyin edə bilir. Bəlkə adamda görücülük, baxıcılıq qabiliyyəti də var. Ola bilər...
Ancaq, yox, elə ancaqsız filansız, bu məmləkəti çıldırtmaq həddinə gətiriblər. Görün bu boyda problemlərin içində, dərdlərin ortasında oturub nələrdən və kimlərdən danışırıq? Təəssüf, çox təəssüf…
Bu lənətə gəlmiş müsahibəni kaş nə görəydim, nə də Söhrab Tahiri bu qədər incidəcək sözlər yazaydım. Amma adam da gedib şeirini yazmır ki. Bu da bizim başımıza təzə Vəzirov kəsilib, hər sözü bir anektod, hər kəlməsi bir gülməcədi. Hələ mən üzə çıxası sitatlardan danışdım. Başlıqları da «vaabşe» aləmdi, məsələn, adam bizə «Dostdan düşmən düzəltmək ən böyük xəyanətdi» dərsini verir. Belə yerdə deyiblər ki, «adımı sənə qoyaram, səni də yana-yana». Guya indi bunlar bizə ağıl verir, «dotluq»dərs keçirlər. Kim, kimi, kimə düşmən edir görəsən? Bir də, adama deməzlərmi ki, soğan yeməmisiniz, içiniz niyə göynəyir. Əslində, siz belə sərək və sərsəm yazılarla, açıqlamalarla özünüzü bizə düşmən elan etmənizin yəqin ki, fəqindəsiniz? Bu biri yandan da qardaş Türkiyə dövlətinə böhtan atırsınız və bizi də onlara düşmən obraszında təqdim etmək istəyinə qulluq edir, bütün bu sərsəmləmələriniz. Bir də, onu da bilməmiş deyilsiniz ki, dostla qardaş arasında seçim etmək məcburiyyəti yarananda, hallal süd əmmiş kişilər qardaşlarına sahib çıxmağa üstünlük verirlər. Boşuna özünüzü zorlayıb, bizə dostluqdan, qardaşlıqdan dərs keçmək zəhmətini çəkməyin. Biz bu dərsimizi DƏDƏMİZDƏN yüz il öncədən almışıq:
«YADIN OĞLU YAĞLI AŞA MEHMANDI,
DAR GÜNÜNDƏ BAXARSAN Kİ, SƏNNƏN BEZDİ USANDI.
DAVA GÜNÜ DÜŞMANINLA DÜŞMANDI,
MİN İL KEÇSƏ, QOHUM SƏNNƏN YAD OLMAZ.»
Deyib DƏDƏLƏR DƏDƏSİ ƏLƏSGƏR BABAMIZ.
Ələsgərdən sonra min dənə də Söhrab Tahir gələ, nə ondan yaxşısını deyə, nə də ondan yaxşısını yaza bilər. Aşınız çox yağlıdısa, öz başınıza yaxın.
Doğrusu, bu məsələnin belə həssas bir zamanda, Azərbaycanın dünyaca tərk edilərək təkləndiyi bir vaxda ortaya çıxması da, yəqin məqsədsiz deyil. Belə dar macalda, beynəlxalq arenada, hələlik yeganə tərəfdaşımız olan Türkiyə cümhuriyyətinə qarşı səslənən bu fikirlərin, qarşılıqlı münasibətlərdə izsiz ötüşəcəyinə inanmaq da bir az zor görünür. Üstəlik də, Baş nazir Ərdoğanın Bakıya səfəri ərəfəsində verilən bu bəyanatın, sadəcə, xoşməramlı sadəlövhlükdən doğduğunu da düşümənin özü saləlövhlük və ya gerizəkalılıq əlamətidi. Kim nə deyir desin, işin içində iş var və XALQ ŞAİRİnin düyməsinə basan baymaqlar yeni fitnələr və fitnəkarlıqlar planlayan beyinlərin iradəsinə tabedi, deyə düşünməkdəyəm. Kaş ki, yanılmış olaydım, amma yaşayarıq, görərik. Əslində, mənə elə gəlir ki, bu məsələ Məmmədəli Biranda qaşı başdadılan həmlənin cavab tədbiridi. Başqa sözlə Biranadı kim danışdırırsa, Söhrab Tahiri də o danışdırır. Hədəf isə, təklənmiş Azərbaycanın yegənə müttəfiqini də, ən yaxşı halda neytrallaşdırmağa cəhd etməkdi. Bizi Məmmədəli Birandın qabağına Sevil Nurieva ilə «Zərif çərşənbə»də çıxarmaq ideyası da o başların işidi. Yoxsa, belə «strateji uyqulamalar» kimin yastığının altından çıxır görən? Zira, balinalarla dgyüşlərə kilkələri çıxaran başların nəyə ümid etdiklərini anlamaq bir az zor gəlir adama. Bir də, son zamanlarda Azərbaycanın çox önəmli, bəzən hətta taleyüklü məsələlərində qadınların ön plpada getdirilmələrini heç qanammıram. Bu kimi məsələlər, bayquş məkanına çevrilən efirlərdə, mllətə «Zərif çərşənbə»dən dərs keçmək qədər asan və sadə bir iş dyil, cənablar və xanımlar.
Dedim ya, bu ölkədə heç kim, görə bildiyi, görməli olduğü işlə məşğu olmur. Elə isə, qoy, parafrazımız da, özünü mediamızın və məbuatımızın patriarxı sayan və nədənsə Məmmədəli Birandın qarşısına, özünü yox, Sevil xanımı çıxaran Ağayi Mirşahindən improvizə olsun: «AZƏRBAYCANDA OYUNLAR, OYUNLARDA İSƏ AZƏRBAYCAN GEDİR!!!»
P.S. Deyirəm görən, Söhrab Tahirin bu durlü açıqlamalarından sonra, mərhum dostu Məmməd Araz yuxusuna girmədi ki?
Hə, Sörab müəllim, giridi-girmədi???
Yəqin girər, «Sənə vediyim salama heyif» demək üçün.

Sərdar Əlibəyli
Xudaferin.eu
09:56
Digər xəbərlər