Moldova KİV-ləri Prezident İlham Əliyevin xalqa müraciətinə yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti və söylədiyi fikirlər Moldovanın nüfuzlu KİV-lərində geniş işqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “AVA”, “Timpul”, “Jurnal”, “Point” və digər xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri rus və rumın dillərində çatdırılıb.

Məqalələr Prezident İlham Əliyevin “Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi” fikri xüsusi olaraq vurğulanıb. Məqalələrdə Azərbaycan Prezidentinin müraciətdəki digər fikirləri də yer alıb.

Emil Hüseynli

Xudaferin.eu


 

16:15