BİLİRDİNİZMİ - 21

...ki, Zbiqnev Bjezinski 1997-ci ildə Bakıda olarkən Heydər Əliyevi təəccübləndirib?

Məşhur Amerika politoloqu Zbiqnev Bjezinski 1997-ci ildə Bakıya – Heydər Əliyevlə görüşə gəlir. 
Bu tarixçəni politoloq özü 2010-cu ildə Amerikanın Ceymstaun Fondunda  keçirilən bir görüşdə danışmışdı. Demişdi ki, Bakı-Ceyhan layihəsi ilə bağlı ABŞ prezidenti B.Klintonun etibarlı nümayəndəsi kimi Azərbaycana getmişdim.
Həmin gün Rusiyadan da yüksək vəzifəli qonaqlar gəlmişdi. Heydər Əliyev məni gec,  axşam saat 12-nin yarısında qəbul etdi. 
Mən əlimi atıb cibimdən B.Klintonun Azərbaycan prezidentinə göndərdiyi məktubu çıxardım.
Heydər Əliyev məktubu götürüb, zərfin açıq olduğuna təəccübünü gizlətmədi:
- Bəs niyə zərfin ağzı açıqdır?
Mən dedim ki, B.Klinton mənə inanır, ona görə məktubda nə yazıldığını məndən gizlətmir...
Sonra söhbətmiz gecəyə qədər davam etdi. Amma o, zərfin açıq olmasına təəccübünü görüşün sonuna qədər də gizlədə bilməmişdi...
Z.Bzejinski gülə-gülə bu “anlaşılmazlığın” səbəbini də özünəməxsus tərzdə izah etmişdi: “Bəlkə də bu təəccüb sovetlərlə Qərbin diplomatiyası arasındakı üslub fərqindən irəli gəlirdi...”

21:30