Diplomatlarını Ağdama göndərməyən ölkələr - SİYAHI
Öz diplomatlarını Ağdama göndərrməyən ölkələr - SİYAHI
Xəbər verdiyimiz kimi, avqustun 16-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər ediblər. Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaq idi. Eyni zamanda, diplomatik korpus nümayəndələrinə 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Onlar hazırda davam edən genişmiqyaslı quruculuq işləri və yol-infrastruktur, kommunikasiya, şəhərsalma prosesləri ilə də yaxından tanış olublar.
Xudaferin.eu xəbər verir ki, Ağdama səfər edən heyətə 41 ölkə və 13 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxil olub.
İsveç, Kolumbiya, Macarıstan, Meksika, Braziliya, İsrail, Litva, İndoneziya, Liviya, Tacikistan, Gürcüstan, Yaponiya, Argentina, Slovakiya, Sudan, Xorvatiya, Latviya, Türkiyə, Böyük Britaniya, Rumıniya, Rusiya, Çin, Estoniya, Ukrayna, Pakistan, İtaliya, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliyi, Polşa, Mərakeş, Serbiya, Belçika, İsveçrə, İraq, ABŞ, İran, Qazaxıstan, Almaniya, Bolqarıstan, Çexiya, Qətər kimi ölkələrin və BMT, TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri humanitar fəlakət yaradan Ermənistandan fərqli olaraq Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul olunan Ağdam-Xankəndi yolundan istifadənin real olduğuna şahidlik ediblər.
Lakin təəssüf ki, ermənilərin hazırda şər-böhtan, əsassız ittihamlarla dolu çirkin kampaniyaya başladıqları bir zamanda həqiqətləri yerindəcə görmək, haqqı yalandan ayırmaq üçün Azərbaycanın təqdim etdiyi bu imkandan yararlanmaq istəməyən və bu təşəbbüsə qatılmayan diplomatlar və hərbi nümayəndələr də olub.
Azərbaycanın Ağdama səfərlə bağlı dəvətinə Fransa, İspaniya, Venesuela kimi ölkələr, ümumiyyətlə, reaksiya verməyiblər.
Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Monteneqro, Malayziya, Belarus, Yunanıstan, Avstriya, Küveyt, Koreya, İordaniya və Əlcəzairin diplomatik nümayəndələri zəng edib müxtəlif səbəblərlə əlaqədar, yaxud bəziləri heç bir səbəb demədən səfərə qatılmayacaqlarını ifadə ediblər.
Bu, əslində onların Ağdama səfərdən deyil, həqiqəti görməkdən imtina etməsidir.

Xudaferin.eu
15:17
Digər xəbərlər