Müharibədə yalnız insanlar zərər çəkmirlər, həm də şəhərlərə, kəndlərə ciddi ziyan dəyir. Bir çox yaşayış məskənləri müharibələr zamanı ya xarabalığa çevrilir, ya da tamamilə yer üzündən silinir.
Birinci Dünya müharibəsi dövründə (1914-1918) Fransa və Belçikanın şimalında bəzi şəhər və kəndlər “şəhid şəhərlər” adlandırılmağa başlandı. Bunlar hərbi əməliyyatlar nəticəsində ən çox zərər çəkmiş ərazilər idi. Şəhərlərin strateji aviasiya tərəfindən bombardmana məruz qalmasının həmin dövrədək misli görünməmiş həddə çatdığı İkinci Dünya müharibəsi zamanı (1939-1945) bu termindən istifadə daha da genişləndi.
1960-cı illərdə Latın dilindən “şəhərə qarşı zorakılıq” kimi tərcümə olunan “urbisid” termini yarandı. Bu terminin yaranması ABŞ-da şəhərlərdə zorakılıq və dağıntıların miqyasının artmasına gətirib çıxaran sürətli qloballaşma və urbanizasiya prosesi ilə bağlı idi. Lakin bu termin 1990-cı illərin əvvəllərində Sarayevo (Bosniya və Herseqovina) hadisələrindən sonra geniş şəkildə istifadə olunmağa başlandı. Burada müharibə və şəhərin 4 il mühasirədə qalması faciəvi nəticələrə gətirib çıxarmışdı.
Son 10-15 ildə Şərqin ərəb dövlətlərində baş verən inqilablar, münaqişələr, qeyri-stabillik və müharibələr nəticəsində “şəhid şəhərlər” sırasına İraqın Mosul, Suriyanın Dəməşq və Hələb şəhərləri də daxil olub - bu şəhərlər demək olar ki tamamilə dağıdılıb.
1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında başlayan Birinci Qarabağ müharibəsi və ondan sonrakı 30 il ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun işğal altında saxlanılması nəticəsində onlarla kənd və şəhər xarabalığa çevrilib.
Bir sıra şəhərlər sadəcə dağıdılıb və sonradan sonuncu daşına qədər sökülərək tikinti materialı kimi istifadə edilib. İşğalçılar nə yaşayış obyektlərinə, nə memarlıq abidələrinə, nə də qəbiristanlıqlara “rəhm etməyiblər”.
Erməni barbarlarının Qarabağda urbisid siyasətinin ən bariz nümunəsi Ağdam şəhəridir. Erməni silahlı qüvvələri Ağdamı ələ keçirəndən sonra rayon ərazisində misli görünməmiş dağıntılar törədiblər. Rayondakı tarixi, mədəni və dini abidələrinin əksəriyyəti, maddi-mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən məhv edilib. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Günbəzi, Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid günbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri də vəhşicəsinə dağıdılıb.
Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Cümə məscidi və onun minarələri də vəhşicəsinə uçurulub.
Ermənilərin Ağdamda törətdikləri dağıntıların miqyası beynəlxalq təşkilatları da dəhşətə gətirdi. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Xirosiması” adlandırdı. 2010-cu ildə “Əl-Cəzirə”nin internet nəşri Ağdamı “ruhlar şəhəri” siyahısına saldı.
Füzuli şəhəri də Ağdamın taleyini yaşayıb. “Azərbaycan hərbçiləri Füzuli şəhərini işğaldan azad edəndə bayraqlarını sancmaq üçün bir dənə də olsun salamat bina tapa bilmədilər, dağılmış Mədəniyyət Evinin fasadı ilə kifayətlənməli oldular. Vaxtilə böyük və çiçəklənən Füzuli şəhəri – Dağlıq Qarabağ ətrafındakı böyük ərazinin bir hissəsi – 27 il bundan əvvəl talan edilmiş və dağıdılmışdı”, - “Euronews” telekanalının Füzulidən reportajı belə başlayır.
Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin çoxsaylı memarlıq abidələrinin aqibəti də faciəli olub. İşğala məruz qalmış digər kənd və şəhərlərimiz də erməni barbarları tərəfindən dağıdılaraq yerlə yeksan edilib.
Vətən müharibəsində Azərbaycanın qələbəsi bu ərazilərin ermənilər tərəfindən işğalına son qoymaqla yanaşı, işğalın barbar mahiyyətini də üzə çıxardı. Hazırda müvafiq dövlət qurumları tərəfindən işğalçı qüvvələrin Azərbaycanın şəhər və kəndlərinə vurduğu maddi ziyanın qiymətləndirilməsi aparılır. Gələcəkdə bu məlumatlar müvafiq məhkəmə iddialarının təməlini təşkil edəcək ki, bu iddialara əsasən də, Azərbaycan tərəfi Ermənistanın vurduğu milyardlarla ziyana görə təzminat ödəməsinə nail olmağa çalışacaq.
Qeyd edək ki, Ermənistanın işğal dövründə Qarabağda həyata keçirdiyi urbisid siyasəti ilə bağlı ətraflı məlumatı Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış Karabakh.Center saytında əldə etmək mümkündür.
Qarabağın şəhid şəhərləri

Xudaferin.eu
20:55
Digər xəbərlər